Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə123/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   119   120   121   122   123   124   125   126   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

378 



60. (Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə 

verdiyi zəfər) və’di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni e’tinasızlığa sövq 

etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa 

sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra 

bilməsinlər!)  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

379 



 

 

 



 

 

.



31

.  


Loğman

  

(Loğman əleyhissəlam) surəsi  

(Məkkədə nazil olmuşdur, 34 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Mim!  

2. Bu hikmətli Kitabın (Qur’anın) ayələridir.  

3. (O Qur’an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və 

rəhmətdir.  

4. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.  

5. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət 

əzabından qurtarıb savaba yetişənlər də) onlardır!  

6. İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını 

anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu 

məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini 

alçaldıcı bir əzab gözləyir.  

7. Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) 

varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla 

(axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

380 



8. İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.  

9. Onlar orada əbədi qalacaqlar. Allahın (mö’minlərə verdiyi cənnət) və’di haqdır. O, 

yenilməz qüvvət, hikmət sahibidir!  

10. Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir 

dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm 

durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz 

göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) 

yetişdirdik.  

11. Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının 

nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq 

yoldan azmışlar).  

12. Həqiqətən, Loğmana: "Allaha şükür et!" (deyə) hikmət verdik. Kim (Allahın 

ne’mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun 

şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tə’rifə) layiqdir! (Onun bütün işləri 

bəyəniləndir!)  

13. (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə 

demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük 

zülmdür! (Ağır günahdır!)"  

14. Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl 

davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın 

süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana 

şükür et. Axır dönüş Mənədir!  

15. Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu 

işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). 

Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət 

günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) 

sizə xəbər verəcəyəm!"  

16. (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər 

hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) 

içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya 

gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri 

biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

381 



17. Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu 

yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib 

əməllərdəndir!  

18. Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. 

Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!  

19. Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini 

qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!  

20. (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və 

buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin 

istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və 

i. a.) ne’mətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də 

vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı 

olmadan Allah barəsində mübahisə edər.  

21. Onlara (Məkkə əhlinə): "Allahın nazil etdiyinə (Qur’ana) tabe olun!" deyildikdə, 

onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!" - deyə 

cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi 

həmin yolla gedəcəklər?)  

22. Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən 

möhkəm ipdən (dəstəkdən - Qur’andan, imandan) yapışmış olur. Bütün işlərin axırı 

Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)  

23. Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim 

hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik. 

Həqiqətən, Allah ürəklərdə olanları biləndir!  

24. Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) 

ağır bir əzaba düçar edəcəyik!  

25. (Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): "Göyləri və yeri kim 

yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: 

"Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus 

olduğunu) bilməz!  

26. Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən 

müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tə’rifə) layiqdir! 

(Onun bütün işləri bəyəniləndir!)  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə