Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
395
65. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami,
nə də bir mədədkar tapa
biləcəklər.
66. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş
Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.
67. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa
bizi haqq yoldan azdırdılar.
68. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lə’nətə (əzaba) düçar elə!"
69. Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı)
onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli
(qədir-qiymətli) idi.
70. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
71. (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər
kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
72. Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi) göylərə, yerə və
dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub
çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır
əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır
nəticəsini bilmədi).
73. Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın,
mö’min kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı
ilə Adəm övladına tapşırdı). Allah (mö’minləri) bağışlayandır, rəhm edəndir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
396
.
34
.
Səbə’
( Səba ) surəsi
(Məkkədə nazil olmuşdur, 54 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də
həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən)
xəbərdardır!
2. Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir.
(Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!
3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər!
Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə
göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud
böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"
4. (Bütün bunlar ona görədir ki, Allah) iman gətirib yaxşı işlər görənləri
mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi
gözləyir!
5. Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli,
iyrənc bir əzaba düçar olacaqlar.
6. (Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə
nazil edilənin (Qur’anın) haqq olduğunu və onun (mö’minlərə) yenilməz qüvvət sahibi,
(hər cür) şükrə (tə’rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
397
7. Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər:
"Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən
yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?
8. Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?" Xeyr, axirətə
inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə
şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).
9. Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi?
(Yer və göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər).
Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik.
Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!
10. Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: "Siz ey dağlar, siz ey
quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şə’ninə tə’riflə deyin!" - deyə
buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində
mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).
11. (Biz Davuda belə buyurduq: ) "Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt,
(onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin,
biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən,
Mən sizin etdiyiniz əməlləri görürəm!"
12. Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol,
günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət
edirdi). Onun üçün mis mə’dənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində
yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi).
Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs
(Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından
daddırırdıq.
13. Onun (Süleyman) üçün nə istəsə - mə’bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən
ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər
çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi!
(Allaha) şükranlıqla itaət edin! (Bu ne’mətə şükür edin!) Bəndələrimdən (ne’mətlərimə)
şükür edəni azdır!
14. Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara
(cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın
əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə