Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə139/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   135   136   137   138   139   140   141   142   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

433 



52. Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç 

yaşında zövcələr) olacaqdır.  

53. Haqq-hesab günü üçün (axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır.  

54. Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.  

55. Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri -  

56. Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!  

57. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!  

58. (Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.  

59. (Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) 

"Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) "Onlar 

rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!"  

60. (Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: "Xeyr, siz elə özünüz rahatlıq üzü 

görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu 

əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!  

61. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını 

Cəhənnəmdə ikiqat elə!"  

62. (Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: "(Dünyada) pis adamlar 

saydığımız kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük?  

63. Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə 

dəymirlər?!"  

64. Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) 

bir həqiqətdir!  

65. (Ya Rəsulum!) De: "Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. 

Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!  

66. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, 

yenilməz qüvvət sahibidir, çox bağışlayandır.  

67. De: "O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

434 



68. Siz isə ondan üz döndərirsiniz!  

69. (Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı 

aləmdən heç bir xəbərim yox idi.  

70. (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum 

üçün bir vəhy olunur!"  

71. (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən 

palçıqdan bir insan (Adəmi) yaradacağam.  

72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı 

ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!"  

73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;  

74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.  

75. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə 

mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"  

76. (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən 

məni oddan, onu isə palçıqdan yaratmısan!"  

77. (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) 

qovulmuşun birisən!  

78. Qiyamət gününə qədər Mənim lə’nətim sənin üstündən əskik olmasın!"  

79. (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!"  

80. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən,  

81. (Dərgahımda) vaxtı mə’lum olan günə (qiyamətə) qədər!"  

82. (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) 

hamısını (haqq yoldan) azdıracağam;  

83. Yalnız Sənin sadiq bəndələrindən başqa!  

84. (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm,  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

435 



85. And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların 

hamısı ilə dolduracağam!"  

86. (Ya Peyğəmbər!) De: "Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə 

sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən 

də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur’an 

mənim sözüm deyil, Allah kəlamıdır!)  

87. Bu (Qur’an) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!  

88. Siz onun verdiyi xəbəri (Qur’anda deyilənlərin doğru olduğunu) bir müddətdən 

(öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!"  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

436 



 

 

 



 

 

.



39

.  


əz-Zumər

  

(Zümrələr) surəsi  

(Məkkədə nazil olmuşdur, 75 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!  

2. (Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz 

Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha 

ixlasla tapın!)  

3. Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub 

(bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün 

ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində 

(qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni 

doğru yola müvəffəq etməz!  

4. Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən 

mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. 

Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, 

(hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!  

5. (Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü 

də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram 

(bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə