Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə140/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   136   137   138   139   140   141   142   143   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

437 



(qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, 

(günahları) çox bağışlayandır!  

6. Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını 

(Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi 

olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, 

uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, 

laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə 

salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı 

yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə 

döndərilirsiniz? (İmandan necə dönürsünüz?)  

7. Əgər küfr etsəniz (Allahın ne’mətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq 

sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma 

bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın ne’mətlərinə) şükür etsəniz, 

sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahlar başqasının günahını daşımaz (hərə 

öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə 

(dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə 

olanları biləndir!  

8. İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) 

dərgahından ona bir ne’mət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və 

(xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey 

Peyğəmbər! Ona) De: "Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən 

cəhənnəm əhlindənsən!"  

9. Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə 

qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt’i bəndə 

kafirlə bildirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! 

(Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!"  

10. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim iman gətirən 

bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq 

(Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət 

edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) 

saysız-hesabsız mükafat veriləcəkdir!"  

11. De: "Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr 

olunmuşdur!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

438 



12. Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!"  

13. De: "Əgər Rəbbimə asi olsam. . , doğrusu, böyük günün (müdhiş günün, qiyamətin) 

əzabından qorxuram!"  

14. De: "Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik 

qoşmadan) tapınıram!  

15. Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər (axirəti əldən 

verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana 

uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!"  

16. Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini 

bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!  

17. Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf 

qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!  

18. O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. 

Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!  

19. (Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib 

olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!  

20. Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin 

yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və’didir. Allah 

və’də xilaf çıxmaz!  

21. (Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki 

bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o 

(əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. 

Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!  

22. Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan 

kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü 

(qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay 

qəlbləri Allahın zikrinə (Qur’ana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-

aydın azmışlar.  

23. Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, 

əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

439 



Ondan (Qur’anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın 

zikrindən (öyüd-nəsihətlərindən, və’dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları 

gedər. Bu (Qur’an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın 

(küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən 

olmaz!  

24. Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan 

(yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan 

kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): "Etdiyiniz əməllərin cəzasını dadın!" - 

deyilər.  

25. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (peyğəmbərləri) təkzib etmişdilər. 

Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.  

26. Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş 

biləydilər!  

27. Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul 

etsinlər!  

28. Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə 

bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.  

29. Allah (müşriklərlə müvəhhid mö’minlər barəsində) bir məsəl çəkir: "Bir adamın 

(kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı 

çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). 

Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tə’rif) ancaq Allaha 

məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!  

30. (Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!  

31. Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.  

32. Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri 

olduğunu deyən), özünə gələn həqiqəti (Qur’anı, peyğəmbəri) təkzib edən kimsədən 

daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! (Əlbəttə, 

vardır!)  

33. Haqqı (Qur’anı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və mö’minlər) isə əsl 

müttəqilərdir.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə