Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
463
25. Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də
O bilir.
26. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz ne’mətini onlara artıran
da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!
27. Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer
üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox)
ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə
qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində
eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də
vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl
uzadar).
28. (İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, ne’mətini (yağışını) açıb
paylayan Odur. İxtiyar sahibi Odur. Tə’rifə (şükrə) layiq olan da Odur.
29. Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət
nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!
30. Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz
əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu
əfv edər.
31. Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı
qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada
yetəniniz!
32. Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.
33. Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə
irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən,
(ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
34. Yaxud onları (gəmi əhlini) qazandıqlarına (günahlarına) görə məhv edər və bir
çoxunu bağışlayar!
35. Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki,
onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
464
36. Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət
mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə
təvəkkül edərlər;
37. O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə)
qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;
38. O kəslər üçün ki, Rəbbinin də’vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini
öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda)
sərf edərlər.
39. Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə’ruz qaldıqda (həddi aşmadan)
intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin
cəzası nədirsə, onu verərlər).
40. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik
edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O,
zalımları sevməz!
41. Zülmə mə’ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza
verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).
42. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad
törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!
43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox
bəyənilən əməllərdəndir!
44. Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya
Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: "(Pərvərdigara!) məyə dünyaya
qayıtmağa) bir yol varmıdır?" - deyən görəcəksən.
45. Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən
boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını
görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü
özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!" Bilin ki, zalımlar
(kafirlər) daimi əzab içində olacaqlar.
46. Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar
tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin e’tiqadına görə) zəlalətə saldığı kimsə
üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
465
47. (Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün
(qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin də’vətini qəbul edin! (Ona iman gətirin!)
O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir
imkan olmaz!
48. (Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də’vətindən) üz döndərsələr (əsla ürəyini
qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti)
təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (ne’mət) daddırsaq,
ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik
toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!
49. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq
qız, istədiyinə də ancaq oğlan verir.
50. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız)
edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
51. (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan
peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-
maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur
pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub
danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi)
ancaq vəhylə (ilham və rö’ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın
kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın
izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən)
ucadır, hikmət sahibidir!
52. (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə
əmrimizdən olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən Qur’an) göndərdik. Sən
(bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən
dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz
yola yönəldirsən (islam dininə də’vət edib haqqa qovuşdurursan).
53. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün
işlər axırda Allaha qayıdacaqdır!
Dostları ilə paylaş: |