Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə149/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   145   146   147   148   149   150   151   152   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

466 



 

 

 



.

43

.  


əz-Zuxruf

  

(Qızıl bəzəklər) surəsi  

(Məkkədə nazil olmuşdur, 89 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,  

3. Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik.  

4. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox 

ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).  

5. Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına 

buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, 

sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!)  

6. Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.  

7. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!  

8. Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. 

Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu 

müşrikləri də belə bir cəza gözləyir).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

467 



9. Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): "Göyləri və yeri kim 

yaratmışdır?" - deyə soruşsan, mütləq: "Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) 

bilən (Allah) yaratmışdır!" - deyə cavab verəcəklər.  

10. O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə 

biləsiniz deyə, orada sizin üçün yollar saldı.  

11. O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. 

Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) 

belə çıxardılacaqsınız!  

12. Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar 

olduğunuz gəmiləri və heyvanları yaratdı.  

13. Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin 

ne’mətini yada salaraq deyəsiniz: "Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! 

(Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.  

14. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!"  

15. Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad 

isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür!  

16. Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!  

17. Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, 

qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.  

18. Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə 

bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?  

19. Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) 

yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu 

barədə) sorğu-sual olunacaqlar!  

20. Onlar dedilər: "Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!" 

Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. 

Onlar ancaq yalan danışarlar.  

21. Yoxsa onlara bundan (bu Qur’andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan 

başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

468 



22. Xeyr (belə bir şey yoxdur). Onlar: "Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) 

gördük və biz də onların ardınca getdik!" - deyirlər.  

23. (Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) 

qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri 

(valıları) sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) 

onların ardınca getməkdəyik!" - dedilər.  

24. (Hər peyğəmbər öz ümmətinə) belə dedi: "Əgər sizə atalarınızın sitayiş etdiyini 

gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!" Onlar: "Biz sizinlə 

göndərilənləri (şəriəti, mö’cüzələri) inkar edirik!" - deyə cavab verdilər.  

25. Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) 

yalançı sayanların axırı necə oldu!  

26. Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: "Mən sizin ibadət 

etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;  

27. Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola 

müvəffəq edəcəkdir!"  

28. (İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz 

etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) 

qayıdalar!  

29. Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Qur’an) və (həqiqəti, şəriət 

hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim!  

30. Onlara haqq (olan Qur’an) gəldikdə: "Bu sehrdir, biz onu inkar edirik!" - dedilər.  

31. Onlar dedilər: "Məgər bu Qur’an iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük 

bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məs’uda) nazil edilməli 

deyildimi?"  

32. (Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı 

paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz 

bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən 

üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) 

daha yaxşıdır!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə