Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə151/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   147   148   149   150   151   152   153   154   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

472 



70. Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"  

71. (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) 

dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey 

olacaqdır. Siz orada əbədi qalacaqsınız!  

72. Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz 

Cənnətdir!  

73. Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!  

74. Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində 

qalacaqlar.  

75. Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən 

üzmüş olacaqlar!  

76. Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).  

77. Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy 

Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz 

(həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!  

78. (Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır: ) "Biz sizə haqqı 

gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı".  

79. Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də 

(onlara əzab verməklə) düzgün iş görürük!  

80. Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını 

eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) 

yazırlar!  

81. (Ya Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi 

mən olaram! 

82. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən 

tamamilə uzaqdır!"  

83. (Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana 

qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

473 



84. Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!  

85. Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər 

ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona 

məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!  

86. (Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət 

edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illallah" 

deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri 

Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).  

87. And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah!" - 

deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?  

88. Onun (Muhəmməd əleyhissəlamın): "Ey Rəbbim! Bunlar iman gətirməyən bir 

qövmdür!" - deməsi də (dərgahımızda mə’lumdur)!  

89. (Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın 

deyə, rastlaşdıqda) "Salam!" de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq 

biləcəklər!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

474 



 

 

 



 

.

44

.  

əd-Duxan

  

(Duman) surəsi  

(Məkkədə nazil olmuşdur, 59 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. (Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki,  

3. Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə 

kafirləri Öz əzabımızla) qorxuduruq!  

4. Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur -  

5. Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk -  

6. Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O 

(hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!  

7. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey 

Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, 

Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!  

8. Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin 

Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.  

9. Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə 

ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

475 



10. (Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün 

müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, 

sanki bir duman bürüdüyünü görəcəklər!)  

11. (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, 

Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən 

napak şeyləri belə yeməyə məcbur olmuşlar).  

12. (Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər: ) "Ey Rəbbimiz! Bizi bu əzabdan 

qurtar. Biz, həqiqətən iman gətirəcəyik!" (Məkkə müşriklərinin bu yalvarışından sonra 

Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. 

Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).  

13. Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər 

gəldi,  


14. Onlar isə ondan üz çevirib belə dedilər: "(Bu başqası tərəfindən) öyrədilmiş bir 

divanədir! (Özü heç bir şey bilmir, Qur’anı kimsə ona öyrədir)".  

15. Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!  

16. Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), 

şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!  

17. And olsun ki, Biz onlardan əvvəl Fir’on qövmünü imtahana çəkmişdik. Onlara 

möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.  

18. (O demişdi: ) "Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən 

sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir 

peyğəmbərəm!  

19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin 

düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!"  

20. (Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) "Mən sizin məni 

daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!  

21. Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!"  

22. Sonra (Musa) Rəbbinə belə dua etdi: "Həqiqətən, bunlar günahkar bir qövmdür! 

(Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)"  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə