Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
483
35. Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi
aldatmışdı!" Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı
salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!
36. (Və’dinə sadiq qalaraq mö’min bəndələrinə verdiyi ne’mətlərə və kafirləri, azğınları
düçar etdiyi əzaba görə) göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha
həmd olsun!
37. Göylərdə və yerdə böyüklük (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz qüvvət
sahibi, hikmət sahibidir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
484
.
46
.
əl-Əhqaf
(Qumsal təpələr) surəsi
(Məkkədə nazil olmuşdur, 35 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah
tərəfindəndir!
3. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü
sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları
şeylərdən (qiyamətdən, imana də’vət edən öyüd-nəsihətdən) üz döndərdilər.
4. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan
başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə
yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru
deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur’andan) əvvəl
(Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən
sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!
5. Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən
daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların
(bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
485
6. İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə)
düşmən olacaq və onların ibadətini inkar edəcəklər.
7. Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara
söylənildikdə) kafirlər özlərinə gələn (Qur’an) barəsində: "Bu, aşkar bir sehrdir!" -
deyirlər.
8. Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!" - deyirlər. (Ya
Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan
(Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı
daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O,
bağışlayandır, rəhm edəndir!"
9. De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə
edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən
qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı
fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız
mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan
bir peyğəmbərəm!"
10. De: "Bir deyin görək, əgər (bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar etsəniz,
İsrail oğullarından da bir şahid (Qur’anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə
şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım
olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"
11. Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur’an, islam dini) yaxşı bir
şey olsaydı, (mö’minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha
əvvəl) iman gətirərdik. Onlar (Qur’anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə
yalandır!" - deyəcəklər.
12. Ondan (Qur’andan) əvvəl Musanın (İsrail oğullarına, mö’minlərə) rəhbər və
mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur’an özündən əvvəlki ilahi kitabları) ərəb
dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə
(Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!
13. Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm
duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də
görməyəcəklər!
14. Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq
orada əbədi qalacaqlar!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
486
15. Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara
yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə
gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə
müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə
deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne’mətə
şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh
et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!
(Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)"
16. Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz
və onlara verilmiş doğru və’də görə cənnət əhli içərisində olacaq kimsələrdir!
17. (Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: "Tfu sizə!
Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz
mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və’d edirsiniz?! - deyən
kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan,
Allahın və’di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən
(yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.
18. Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə
birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar,
doğrudan da, ziyana uğrayanlardır!
19. Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və
Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı)
əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.
20. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə
götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün
(onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne’mətləri
görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi
xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür
göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla
cəzalandırılacaqsınız!"
21. (Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən
əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan
qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün
(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
Dostları ilə paylaş: |