Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə152/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   148   149   150   151   152   153   154   155   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

476 



23. (Allah buyurdu: ) "Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx. 

Siz (Fir’on və onun qövmü tərəfindən) tə’qib olunacaqsınız!  

24. Dənizi də açıq (və sakit) burax! (Dəryanı - Nil çayını keçdikdən sonra əsanı suya 

vurub orada açılmış yolları bağlama. Qoy Fir’on və qoşunu dəryada yollar açıldığını 

görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!"  

25. (Fir’onun bütün ə’yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən 

sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;  

26. Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər).  

27. Və zövq aldıqları neçə-neçə ne’mətlər (tərk etdilər).  

28. (Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını 

(İsrail oğullarını) varis etdik!  

29. Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! 

(Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. 

Budur küfrün nəticəsi!)  

30. İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq,  

31. Fir’ondan (xilas etdik). Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi!  

32. And olsun ki, Biz onları (İsrail övladını) Özümüz bilə-bilə aləmlərdən (bir hikməti-

ilahi ilə zəmanələrindəki bəşər əhlindən) üstün tutduq.  

33. Onlara (özlərini necə aparacaqlarını bilmək üçün) hər biri açıq-aşkar bir imtahan 

olan mö’cüzələr (dənizin yarılması, bildirçin əti, qüdrət halvası və s.) verdik.  

34. (Ya Peyğəmbər!) Bunlar (sənin qövmünün müşrikləri) mütləq deyəcəklər:  

35. "Bu (ölüm) elə bizim ilk (və son) ölümümüzdür ki var. Biz bir daha dirildiləcək 

deyilik!  

36. Əgər (öləndən sonra Allahın bizi dirildəcəyini) doğru deyirsinizsə, (bizdən qabaq 

ölmüş) atalarımızı (dirildib) gətirin görək!"  

37. (Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən 

padşahlarından Tövrata inanan Əbu Kərb Əs’ədin) Tübbə’ qövmü, yaxud onlardan 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

477 



əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları 

məhv etdik.  

38. Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!  

39. Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) 

əksəriyyəti (bunu) bilməz!  

40. Şübhəsiz ki, (haqqı batildən, yaxşını yamandan, mö’mini kafirdən) ayırd etmə günü 

onların hamısının (bir yerdə olma) vaxtıdır!  

41. O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Heç kəs heç 

kəsdən Allahın əzabını dəf edə bilməz!)  

42. Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət 

sahibidir!  

43. Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı  

44. Günahkar (kafir) kimsənin yeməyidir!  

45. O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar;  

46. Qaynar su qaynayan kimi!  

47. (Allah əzab mələklərinə buyurar: ) "Onu tutub Cəhənnəmin tən ortasına sürüyün!  

48. Sonra başına əzab olaraq qaynar su tökün!  

49. (Və ona belə deyin: ) "(Bu əzabı) bir dad görək! Sən ki (öz aləmində) çox qüvvətli, 

möhtərəm bir şəxs idin!"  

50. Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)!  

51. Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə -  

52. Bağçalarda və bulaqlar başında olacaqlar!  

53. Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.  

54. (Mö’minlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə 

evləndirəcəyik.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

478 



55. Onlar orada (cənnət ne’mətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən 

istəyəcəklər.  

56. Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) 

onları cəhənnəm əzabından qorumuşdur -  

57. Sənin Rəbbindən bir lütf olaraq (ya Peyğəmbər!) Bu, böyük qurtuluşdur (uğurdur)!  

58. Biz onu (Qur’anı ümmətin üçün) ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb 

öyüd-nəsihət qəbul edələr!  

59. (Ya Peyğəmbər!) Sən (müşriklərin ölümünü, məğlubiyyətini) gözlə. Şübhəsiz ki, 

onlar da (sənin ölümünü, məğlubiyyətini) gözləyirlər!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

479 



 

 

 



 

.

45

.  

əl-Casiyə

  

(Diz çökmüş camaat) surəsi  

(Məkkədə nazil olmuşdur, 37 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi (olan Allah) 

tərəfindəndir.  

3. Həqiqətən, göylərdə və yerdə mö’minlər üçün ibrətlər vardır!  

4. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam 

yəqinliklə inanlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq 

olmasına dəlalət edən) əlamətlər vardır.  

5. Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün 

göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra 

diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün 

(Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.  

6. (Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail 

vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana) 

inanmadıqdan sonra hansı kəlama inanırlar?  

7. Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə