Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə142/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   138   139   140   141   142   143   144   145   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

443 



66. Xeyr, yalnız Allaha ibadət et və (Onun ne’mətlərinə) şükür edənlərdən ol!"  

67. (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət 

günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə 

büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın 

qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və 

ucadır!  

68. Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən 

(Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman 

şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar 

(qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!  

69. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri 

öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər 

araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq 

edilməyəcəkdir!  

70. Hər kəs öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı 

biləndir!  

71. Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları 

açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən 

Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan 

peyğəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü 

biz) kafirlər barəsində vacib oldu!" - deyə cavab verəcəklər.  

72. (Onlara) belə deyiləcək: "Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi 

qalmaq üçün!" (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!  

73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca 

onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): "Salam əleykum! (Sizə salam 

olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!" - deyəcəklər.  

74. Onlar isə: "Bizə verdiyi və’dini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha 

həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər 

edənlərin mükafatı necə də gözəldir!" - deyəcəklər.  

75. (Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə 

təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

444 



(mö’minlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə mö’minlər tərəfindən 

bir ağızdan): "Aləmlərin Rəbbi olan Allaha həmd olsun!" - deyiləcəkdir!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

445 



 

 

 



 

 

.



40

.  


əl-Mu’min

  

(Mö’min) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən 

Allahdandır-  

3. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan 

(Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!  

4. Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların 

(indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal 

içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)  

5. Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və 

başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa 

(tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə 

mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir 

görəydin) Mənim cəzam necə oldu!  

6. Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə 

gerçəkləşdi!  

7. Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis 

edir, Ona (qəlbən) inanır və mö’minlərin bağışlanmasını diləyərək belə deyirlər: "Ey 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

446 



Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin 

yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!  

8. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh 

olanları da özlərinə və’d buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən 

yenilməz qüvvət, hikmət sahibisən!  

9. Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O 

gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən 

böyük qurtuluş (uğur) budur!"  

10. Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: 

"Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-

birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana də’vət olunduğunuz 

zaman öz küfrünüzdə davam edib dururdunuz!"  

11. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə 

atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir 

müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən 

diriltdin). Biz öz günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?"  

12. (Onlara belə cavab veriləcəkdir: ) "Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah 

çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik 

qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!"  

13. Sizə ayələrini (mö’cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən 

yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik 

qoşmaqdan imtina edən) kimsə ibrət alar!  

14. (Ey mö’minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) 

ibadət edin!  

15. Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin 

mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan 

vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy 

əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla 

bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!  

16. Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi 

Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) "Bu gün hökm kimindir?" (Heç kəsin 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə