Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə143/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   139   140   141   142   143   144   145   146   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

447 



qımıldanmağa belə cür’əti çatmadığından Allah Özü cavab verəcəkdir: ) "Bir olan (heç 

bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!"  

17. Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) 

ola bilməz. Allah tez haqq-hesab çəkəndir!  

18. (Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə 

biməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) 

qorxut. (O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!  

19. Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!  

20. Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri 

(bütlər) isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, 

görəndir!  

21. Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə 

olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub 

getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın 

əzabından) qoruyan bir kimsə tapılmadı.  

22. Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö’cüzələr gətirmiş, 

onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. 

Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!  

23. Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.  

24. Fir’onun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: "Bu sehrbazdır, 

yalançıdır!" - dedilər.  

25. (Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, mö’cüzələrlə) gəldikdə 

onlar: "Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını 

(qızlarını) isə diri saxlayın!" - dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.  

26. Fir’on dedi: "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. 

Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad 

törədəcəyindən qorxuram".  

27. Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm 

mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

448 



28. Fir’on ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: "Məgər siz bir adamı: 

"Rəbbim Allahdır!" - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-

aşkar mö’cüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); 

yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, 

Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola 

müvəffəq etməz.  

29. Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) 

qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə 

bilər?!" Fir’on dedi: "Mən sizə ancaq münasib gördüyüm rə’yimi bildirirəm, mən sizə 

ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!"  

30. O mö’min adam dedi: "Ey qövmüm! Mən sizə (kafir) firqələrə gəlmiş olan bir günün 

gəlməsindən qorxuram!  

31. Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza 

verilməsindən (ehtiyat edirəm). Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! (Allah 

Öz qullarına onlar günah etmədən cəza verməz, günahı olanları da cəzasız buraxmaz!)  

32. Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram!  

33. (Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Allahın əzabından) qoruyan 

tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!"  

34. And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(mö’cüzələr) gətirmişdi. Siz 

onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: "Allah 

ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!" - dediniz. Allah (küfr etməklə) həddi 

aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!  

35. O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində 

mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət 

artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini (təkəbbür, zülm sahibi olan hər bir 

qəlbi) belə möhürləyər!  

36. Fir’on (istehza ilə) dedi: "Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara 

yetişim -  

37. Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, 

mən onu yalançı sayıram!" Fir’ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan 

çıxarıldı. Fir’onun hiyləsi ancaq boşa çıxdı. (Fir’on xeyli xərc çəkib uca bir bina tikdirdi. 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

449 



Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər 

getdi. O, Musaya heç bir şey edə bilmədi).  

38. O mö’min adam dedi: "Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım!  

39. Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!  

40. Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın 

mö’min ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!  

41. Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata də’vət etdiyim halda, siz məni Cəhənnəmə 

(cəhənnəm oduna) də’vət edirsiniz!  

42. Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız 

halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha 

(ibadət etməyə) çağırıram!  

43. Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə 

dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) 

yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) 

həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!  

44. (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi 

Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!"  

45. Beləliklə, Allah onu (o mö’min şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. 

Fir’on əhlini isə şiddətli əzab sardı (suya qərq oldular).  

46. Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) 

odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): "Fir’on əhlini ən şiddətli 

əzaba salın!"  

47. O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür 

göstərənlərə (öz başçılarına) deyəcəklər: "Biz (dünyada) sizə tabe idik. İndi siz 

cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!"  

48. Təkəbbür göstərənlər deyəcəklər: "Biz hamımız oradayıq (cəhənnəm odundayıq). 

Allah artıq Öz bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə 

yoxdur!)"  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə