Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə145/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   141   142   143   144   145   146   147   148   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

453 



daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi 

(Allahın əzabını onlardan dəf edə bilmədi).  

83. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə 

sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: 

peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - 

batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına - 

qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı).  

84. Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) 

qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!"  

85. Amma əzabımızı gördükləri zaman iman gətirmələri - Allahın Öz bəndələri 

barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq 

heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı 

gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar 

(məhv oldular).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

454 



 

 

 



 

 

.



41

.  


Fussilət

  

(Müfəssəl izah edilmiş) surəsi  

(Məkkədə nazil olmuşdur, 54 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. (Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.  

3. Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş bir 

kitabdır.  

4. (Bu Qur’an) həm (mö’minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri 

cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qur’andan) üz 

döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).  

5. (Ya Peyğəmbər!) Onlar deyərlər: "Sənin bizi də’vət etdiyinə (tövhid dininə) qarşı 

qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz 

dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz 

istədiyimizi!)"  

6. (Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin 

tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay 

müşriklərin halına!  

7. O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

455 



8. İman gətirib yaxşı işlər görənləri tükənməz (minnətsiz) ruzi gözləyir!"  

9. (Ya Peyğəmbər!) De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona 

şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!  

10. O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan 

ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) 

müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını 

soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).  

11. Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü 

yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: "İstər-istəməz vücuda 

gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab 

verdilər.  

12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki 

gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində 

göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün 

işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) 

bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi 

olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!"  

13. (Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, 

imandan) üz döndərsələr, de: "Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu 

tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!"  

14. Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: "Yalnız Allaha ibadət edin" - 

deyən peyğəmbərlər gəldiyi zaman onlar: "Əgər Rəbbimiz (bizim ancaq Ona iman 

gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər 

endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!" - deyə cavab 

vermişdilər.  

15. Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: 

"Bizdən daha qüvvətli kim ola bilər?!" Məgər onlar düşünmədilərmi ki, özlərini 

yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.  

16. Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə 

üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha 

rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

456 



17. Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu 

(küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların 

ucbatından zəliledici ildırım əzabı yaxaladı.  

18. İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.  

19. Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən 

axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.  

20. Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər 

barəsində onların əleyhinə şəhadət verəcəkdir.  

21. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri 

də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə 

yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!"  

22. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən 

qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın 

bilməyəcəyini zənn edirsiniz.  

23. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan 

oldunuz!  

24. İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar 

(Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq 

istəsələr də, onların bu istəyi qəbul ediməz).  

25. Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-

səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar 

caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan (kafir) ümmətlərlə 

birlikdə o söz (əzab hökmü) onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan 

çəkənlər oldular!  

26. Kafir olanlar (öz dostlarına): "Bu Qur’anı dinləməyin, o oxunduqda (eşidilməsin 

deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!" - 

dedilər.  

27. Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli 

cəzasını verəcəyik!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə