Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə147/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   143   144   145   146   147   148   149   150   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

460 



 

 

 



.

42

.  


əş-Şura

  

(Şura) surəsi  

(Məkkədə nazil olmuşdur, 53 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. Eyn, Sin, Qaf!  

3. (Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə 

(keçmiş peyğəmbərlərə) belə vəhy edir!  

4. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) 

uludur!  

5. Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb 

dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) 

bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!  

6. (Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. 

Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ 

etməkdir!)  

7. (Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün 

başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm 

olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur’an vəhy 

etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər) Cənnətdə, bir qismi (kafirlər) isə 

Cəhənnəmdə olacaqdır!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

461 



8. Əgər Allah diləsəydi, onların hamısını (eyni dində olan) vahid bir ümmət edərdi. 

Amma Allah istədiyini (haqq dinə gətirməklə) Öz mərhəmətinə qovuşdurar. Zalımların 

isə nə bir dostu olar, nə də bir imdada yetəni!  

9. Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi 

ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!  

10. Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim 

Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf 

qayıdıram! (Ona tövbə edirəm!)  

11. Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) 

zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi 

bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) 

görəndir!  

12. Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, 

(istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!  

13. (Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa 

düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, 

və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də’vət etdiyin (tövhid 

dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə 

edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!  

14. Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət 

(həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət 

gününə qədər tə’xirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında 

dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yə’qin ki 

bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya 

özlərinə Qur’an göndərilmiş müşriklər də) onun (Qur’nın, peyğəmbər əleyhissəlamın) 

barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.  

15. (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) də’vət et və sənə əmr 

edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə 

uyma və de: "Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə 

sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də 

Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir 

(hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

462 



haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə 

toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"  

16. Allahın də’vəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim 

kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha 

əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) 

qəzəbə və şiddətli əzaba düçar olacaqlar!  

17. Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi olan şəriəti) haqq olaraq 

nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat (qiyamət saatı) yaxındır!  

18. Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu 

bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə 

edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.  

19. Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, 

qüdrət sahibidir!  

20. Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəti istəyənə də 

ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.  

21. Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) 

edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (və’d) 

olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba 

düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!  

22. (Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların 

qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına 

gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin 

dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük ne’mət!  

23. Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya 

Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq 

məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, 

onun yaxşılığının savabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, 

qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)  

24. Yoxsa onlar: "(Muhəmməd) Allaha qarşı yalan uydurdu!" - deyirlər. (Ya 

Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan 

danışacağın təqdirdə Qur’anı sənə büsbütün unutdurar). Allah batili məhv edər və 

haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə