Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə150/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   146   147   148   149   150   151   152   153   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

469 



33. Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri 

üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, 

Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin 

tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik.  

34. Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik).  

35. Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri 

qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə 

sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur!  

36. Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun 

(Şeytanın) yaxın dostu olar.  

37. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını 

güman edərlər!  

38. Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə 

deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq 

olaydı. Sən nə pis yolda imişsən!"  

39. Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) 

etdiyinizə görə əzaba da ortaqsınız!  

40. (Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq 

yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən?!  

41. Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq, 

(bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!  

42. Yaxud (sən həyatda ikən) onlara və’d etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz 

onlara (əzab verməyə) qadirik!  

43. Buna görə də sən özünə vəhy olunandan (Qur’andan) yapış. Həqiqətən, sən düz 

yoldasan!  

44. Şübhəsiz ki, o (Qur’an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir 

xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl 

etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

470 



45. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən 

və müxlis mö’minlərindən) soruş: "Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı 

müəyyən etmişik?!"  

46. Biz Musanı Öz mö’cüzələrimizlə Fir’on və onun ə’yan-əşrafının yanına 

göndərmişdik. O demişdi: "Mən aləmlərin Rəbbinin elçisiyəm!"  

47. (Musa) mö’cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö’cüzələrə lağ edib 

gülmüşdülər.  

48. Onlara bir-birindən böyük olan mö’cüzələr göstərdik, onları əzabla yaxaladıq 

(cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!  

49. Onlar dedilər: "Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi 

hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru 

yola gələcəyik!"  

50. Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.  

51. Fir’on öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, 

altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim 

qüdrətimi) görmürsünüzmü?!  

52. Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə 

bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!  

53. (Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və 

onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli 

deyildimi?!"  

54. Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət 

etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da 

peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir 

qövm idilər!  

55. (Fir’on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik.  

56. Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.  

57. (Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. 

(Müşriklərə xitabən: "Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

471 



odunsunuz!" ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: "Yəhudilər Üzeyrə, 

xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların 

hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!" - 

deyə sevindilər).  

58. Onlar dedilər: "Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!" Onlar bunu sənə yalnız 

(səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar 

höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!  

59. O (Məryəm oğlu İsa) ancaq ne’mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti 

ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.  

60. Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə 

ibadət edərdilər).  

61. Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) 

şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!  

62. Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!  

63. İsa açıq-aşkar mö’cüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmət 

gətirmişəm, həm də ixtilafda olduğunuz bə’zi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) 

izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!  

64. Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. 

Bu, doğru yoldur!"  

65. Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: "İsa 

Allahın oğludur!" - dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). 

Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!  

66. Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət 

saatından) başqa bir şeymi gözləyirlər?!  

67. Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!  

68. (Müttəqilərə belə deyiləcəkdir: ) "Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur 

və siz qəm-qüssə də görməyəcəksiniz!  

69. O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə