Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə158/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   154   155   156   157   158   159   160   161   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

497 



24. Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) 

onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla 

vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər 

əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahli Məkkə müşriki 

müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, 

o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın 

bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdu).  

25. Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, 

qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır 

(Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mö’min kişi və qadınları 

bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı 

olmasaydı (Allah siz mö’minlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). 

Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin 

vermədi). Əgər onlar (mö’minlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz 

onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!  

26. Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə 

sazişinə "bismillahir-rəhmanir-rəhim", "Muhəmmədun rəsulullah" sözlərini yazmaqdan 

imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil 

olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö’minlərə öz 

dərgahından arxayınlıq (qəlb rahatlığı, mə’nəvi möhkəmlik) göndərmiş və onlara təqva 

gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah" sözünü) xas etmişdi. Onların bu 

sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi 

biləndir!  

27. And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu 

təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, 

(bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil 

olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə 

(Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin 

yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl 

Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq "inşallah" demək 

lazımdır!)  

28. Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu 

göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! 

Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

498 



29. Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar 

(mö’minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən 

onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən 

görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki 

mö’minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. 

İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu 

bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə 

qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək 

üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan 

bağışlanma) və böyük mükafat (Cənnət) və’d buyurmuşdur!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

499 



 

 

 



 

.

49

.  

əl-Hucurat

  

(Otaqlar) surəsi  

(Mədinədə nazil olmuşdur, 18 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən 

önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) 

biləndir!  

2. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə 

ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, 

əməlləriniz puç olar.  

3. Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta 

çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir 

(mö’minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat 

(Cənnət) gözləyir!  

4. (Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı 

kəsmir!  

5. Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) 

onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah (tövbə edənləri) bağışlayandır, rəhm 

edəndir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

500 



6. Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun 

doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə 

peşman olarsınız!  

7. (Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox 

işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı 

sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa 

qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!  

8. Bu isə Allah dərgahından olan lütf və ne’mət sayəsindədir. Allah (hər şeyi) biləndir, 

hikmət sahibidir!  

9. Əgər mö’minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər 

onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) 

qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin 

arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!  

10. Həqiqətən, mö’minlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə 

düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki 

günahlarınız bağışlanıb) rəhm olunasınız!  

11. Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa 

qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. 

Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o 

birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb 

tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) 

çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə 

etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)  

12. Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin 

bə’zisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb 

axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini 

yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. 

Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!  

13. Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra 

bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. 

Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən 

çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə