Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə154/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   150   151   152   153   154   155   156   157   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

483 



35. Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi 

aldatmışdı!" Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı 

salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!  

36. (Və’dinə sadiq qalaraq mö’min bəndələrinə verdiyi ne’mətlərə və kafirləri, azğınları 

düçar etdiyi əzaba görə) göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha 

həmd olsun!  

37. Göylərdə və yerdə böyüklük (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz qüvvət 

sahibi, hikmət sahibidir!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

484 



 

 

 



 

 

.



46

 



əl-Əhqaf

  

(Qumsal təpələr) surəsi  

(Məkkədə nazil olmuşdur, 35 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ha, Mim!  

2. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah 

tərəfindəndir!  

3. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü 

sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları 

şeylərdən (qiyamətdən, imana də’vət edən öyüd-nəsihətdən) üz döndərdilər.  

4. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan 

başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə 

yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru 

deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur’andan) əvvəl 

(Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən 

sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!  

5. Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən 

daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların 

(bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

485 



6. İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) 

düşmən olacaq və onların ibadətini inkar edəcəklər.  

7. Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara 

söylənildikdə) kafirlər özlərinə gələn (Qur’an) barəsində: "Bu, aşkar bir sehrdir!" - 

deyirlər.  

8. Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!" - deyirlər. (Ya 

Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan 

(Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı 

daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, 

bağışlayandır, rəhm edəndir!"  

9. De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə 

edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən 

qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı 

fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız 

mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan 

bir peyğəmbərəm!"  

10. De: "Bir deyin görək, əgər (bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, 

İsrail oğullarından da bir şahid (Qur’anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə 

şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım 

olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"  

11. Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur’an, islam dini) yaxşı bir 

şey olsaydı, (mö’minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha 

əvvəl) iman gətirərdik. Onlar (Qur’anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə 

yalandır!" - deyəcəklər.  

12. Ondan (Qur’andan) əvvəl Musanın (İsrail oğullarına, mö’minlərə) rəhbər və 

mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur’an özündən əvvəlki ilahi kitabları) ərəb 

dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə 

(Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!  

13. Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm 

duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də 

görməyəcəklər!  

14. Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq 

orada əbədi qalacaqlar!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

486 



15. Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara 

yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə 

gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə 

müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə 

deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne’mətə 

şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh 

et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! 

(Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)"  

16. Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz 

və onlara verilmiş doğru və’də görə cənnət əhli içərisində olacaq kimsələrdir!  

17. (Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: "Tfu sizə! 

Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz 

mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və’d edirsiniz?! - deyən 

kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan, 

Allahın və’di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən 

(yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.  

18. Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə 

birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, 

doğrudan da, ziyana uğrayanlardır!  

19. Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və 

Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) 

əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.  

20. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə 

götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün 

(onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne’mətləri 

görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi 

xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür 

göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla 

cəzalandırılacaqsınız!"  

21. (Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən 

əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan 

qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün 

(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə