Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə157/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   153   154   155   156   157   158   159   160   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

493 



37. Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla 

tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi 

(yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.  

38. Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə 

çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik 

etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah 

zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər 

(Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-

dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

494 



 

 

 



 

.

48

.  

əl-Fəth

  

(Fəth) surəsi  

(Mədinədə nazil olmuşdur, 29 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, 

Kə’bənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb 

olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!  

2. Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan 

ne’mətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!  

3. Allah sənə yenilməz qələbə verəcəkdir!  

4. Mö’minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) 

arxayınlıq (rahatlıq və mə’nəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki 

ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın 

tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar 

vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

5. (Cihad əmri ona görədir ki) Allah mö’min kişiləri və qadınları əbədi qalacaqları, 

(ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü 

örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur (uğurdur)!  

6. (Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin 

özünə, nə də mö’minlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman 

(bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

495 



Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) 

onlara lə’nət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis 

məskəndir!  

7. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, 

hikmət sahibidir!  

8. (Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın 

əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.  

9. (Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona 

(Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız 

və (Allahı) səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyəsiniz!  

10. (Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey’əti-rizvanla) sənə 

bey’ət edənlər, şübhəsiz ki, Allaha bey’ət etmiş olurlar. Allahın (qüdrət) əli onların 

əllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri 

yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük 

mükafat verər!  

11. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: "Mal-dövlətimiz 

və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim 

bağışlanmağımızı dilə!" Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: 

"Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim 

mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!  

12. Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö’minlər 

(döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş 

gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə 

düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!  

13. Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün 

cəhənnəm odu hazırlamışıq!  

14. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də 

əzab verər. Allah bağışlayandır, rəhm edəndir!  

15. Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) 

getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: "Qoyun biz də sizin arxanızca gələk!" 

Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə 

aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: "Siz əsla bizim 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

496 



arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur" Onlar deyəcəklər: Xeyr, 

siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)". Xeyr, 

onlar özləri çox az qanan kimsələrdir!  

16. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: "Siz (bir müddətdən sonra) 

çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da 

onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, 

Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz 

çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər".  

17. (Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də 

xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) 

altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu 

şiddətli bir əzaba düçar edər!  

18. (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət etdikləri 

zaman Allah mö’minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq 

qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq 

(rahatlıq, səbir, səbat, mə’nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq 

bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.  

19. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz 

qüvvət sahibi, hikmət sahibidir!  

20. Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu 

(Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö’minlərə işarə olsun və sizi doğru 

yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə 

müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).  

21. Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, 

yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək 

qənimətlər və’d buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə 

qadirdir!  

22. Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa 

çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.  

23. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən 

Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə 

peyğəmbərlər və mö’minlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə