Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə160/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   156   157   158   159   160   161   162   163   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

505 



36. Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə 

nəsilləri məhv etdik. (Onlar: ) "Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer 

varmı?" (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.  

37. Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) 

hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!  

38. And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və 

Bizə heç bir yorğunluq da üz vermədi.  

39. (Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün 

doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər de!  

40. Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!  

41. (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun 

səsini) dinlə! (O gün İsrafil uca səslə: "Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış 

oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək 

üçün yenidən birləşməyi buyurur!" - deyəcək və suru ikinci dəfə üfürəcəkdir).  

42. O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya 

eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!  

43. Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır!  

44. O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından, 

qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə 

toplanacaqları məhşər günüdür).  

45. Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən 

(onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara 

Qur’anla öyüd-nəsihət ver!  

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

506 



 

 

 



.

51

.  


əz-Zariyat

  

(Sovurub dağıdan küləklər) surəsi  

(Məkkədə nazil olmuşdur, 60 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Toz-torpağı) sovurub-dağıdan küləklərə;  

2. Yağış yüklü buludlara;  

3. Asanlıqla üzüb gedən gəmilərə;  

4. Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,  

5. Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).  

6. Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!  

7. (Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,  

8. (Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz 

müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, 

Peyğəmbərə kahin deyirsiniz).  

9. Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan 

kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və 

Peyğəmbərdən də elə o dönər!)  

10. Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!)  

11. O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

507 



12. Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.  

13. O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.  

14. (Mələklər onlara deyəcəklər: ) "Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik 

gəlməsini istədiyiniz şeydir (əzabdır)!"  

15. Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;  

16. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər 

etmişdilər.  

17. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.  

18. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.  

19. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var 

idi.  

20. Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, 



vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.  

21. Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər 

görmürsünüz?  

22. Göydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə 

və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).  

23. Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız 

(dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.  

24. (Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib 

çatdımı?  

25. Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): 

"Bunlar tanımadığım kimsələrdir!" -dedi.  

26. O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.  

27. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

508 



28. (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya 

düşdü. Onlar: "Qorxma!" - dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya 

gələcəyi) ilə müjdə verdilər.  

29. (Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq 

dedi: "Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)"  

30. Onlar: "Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) 

biləndir!" - dedilər.  

31. (Sonra İbrahim) dedi: "Ey elçilər! Sizin işiniz nədir?"  

32. Onlar dedilər: "Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.  

33. Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).  

34. (Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin 

dərgahında xüsusi nişan qoyulmuşdur!"  

35. Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö’minləri 

çıxartdıq.  

36. Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) 

tapmadıq.  

37. Və orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut 

qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə 

çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır).  

38. Musanın hekayətində də (bir ibrət dərsi vardır). O zaman Biz onu Fir’onun yanına 

açıq-aşkar bir dəlillə göndərmişdik.  

39. O, bütün ə’yanları (və qoşunu) ilə birlikdə (imandan) üz döndərib (Musa barəsində): 

"Bu sehrbazdır, yaxud da dəlidir!" - demişdi.  

40. Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş 

görmüşdü (allahlıq iddiasına düşmüşdü).  

41. Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz 

onların üstünə hər şeyi qurudub məhv edən (xeyirsiz) bir külək göndərmişdik.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə