Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə159/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   155   156   157   158   159   160   161   162   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

501 



14. (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman 

gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: 

"Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman 

sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul 

etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O 

sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən

Allah bağışlayandır, rəhm edəndir!  

15. Mö’minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra 

heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! 

Məhz belələri (imanlarında) sadiq olanlardır!  

16. (Ya Peyğəmbər! Bu bədəvilərə) de: "Siz dininizi (həqiqi müsəlman olduğunuzu) 

Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. 

Allah hər şeyi biləndir!  

17. Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman 

olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru 

deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza 

minnət qoymuş olur!"  

18. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah 

sizin nə etdiklərinizi görəndir!  

 

 



 

 

 



 

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

502 



 

 

 



 

.

50

.  

Qaf surəsi

  

(Məkkədə nazil olmuşdur, 45 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə iman 

gətirmədilər)!  

2. Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb 

etdilər. Kafirlər dedilər:" Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq 

mələk peyğəmbər ola bilər!)  

3. Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq 

(qeyri-mümkün) bir qayıdışdır!"  

4. Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv 

etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!  

5. Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) 

içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).  

6. Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə 

bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!  

7. Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran 

dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!  

8. (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-

nəsihət olsun deyə etdik.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

503 



9. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) 

biçilən taxıl dənələri yetişdirdik.  

10. Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma 

ağacları (bitirdik) -  

11. Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. 

(Qəbirlərdən dirilib) çıxmaq da belədir!  

12. Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü 

peyğəmbərləri) təkzib etmişdi.  

13. Ad (qövmü), Fir’on (əhli), Lut qardaşları;  

14. Əykə əhli və Tübbə’ qövmü - bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim 

də onlara və’d etdiyim (əzab) gerçəkləşdi.  

15. Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri 

diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-

şübhə içindədirlər!  

16. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. 

Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən 

keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)  

17. Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə 

alan) iki mələk oturmuşdur!  

18. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) 

vardır!  

19. Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın 

(cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!  

20. (Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və’d olunmuş gündür 

(əzab günüdür)!  

21. Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də 

şahidlə (iki mələklə) gələcəkdir.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

504 



22. (Ona belə deyiləcəkdir: ) "Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) 

qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"  

23. Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: "Bu yanımdakı (Cəhənnəm üçün) 

hazırdır!"  

24. (Allah o iki mələyə buyuracaqdır: ) "Atın Cəhənnəmə hər bir inadcıl kafiri;  

25. Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) 

şəkk edəni!  

26. O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli 

əzabın içinə!"  

27. Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: "Ey Rəbbimiz! Onu mən azdırmadım. 

Fəqət o özü haqq yoldan çox azmışdı!"  

28. (Allah) buyuracaqdır: "Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada 

peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.  

29. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən 

deyiləm!"  

30. O gün Biz Cəhənnəmə: "Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə cavab 

verəcəkdir.  

31. Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.  

32. (Onlara deyiləcəkdir: ) "Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib 

Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;  

33. Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə 

gələn bəndə üçündür!  

34. Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!"  

35. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı 

(mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə