Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə155/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   151   152   153   154   155   156   157   158   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

487 



22. Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru 

danışanlardansansa, bizə və’d etdiyini (əzabı) gətir görək!" - deyə cavab vermişdilər.  

23. (Hud) demişdi: "(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız 

mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil 

bir qövm olduğunuzu görürəm!"  

24. Onu (özlərinə və’d olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud 

(şəklində) gördükləri zaman: "Bu bizə yağış yağdıracaq buluddur!" - dedilər. (Hud isə 

onlara belə dedi: ) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda 

şiddətli əzab vardır!  

25. O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!" Onlar (ertəsi gün) səhər çağı elə bir 

vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz 

günahkar qövmü belə cəzalandırırıq!  

26. (Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) 

sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə 

gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-

bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.  

27. And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının 

yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə, ayələri onlara cürbəcür 

şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).  

28. Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) 

onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlaşıb qeyb oldular. Bu, (Allaha 

yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz yalanları və öz 

uydurmalarıdır.  

29. (Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Qur’anı 

dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin 

yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Qur’an oxunub) 

qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin 

yanına qayıtdılar. (İşə bax ki, cinlər Qur’anı eşidib ona iman gətirdikləri halda, bu 

müşriklər hələ də ondan üz döndərirlər).  

30. Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən 

əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) 

haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

488 



31. Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona 

iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas 

edər!  

32. Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun 



əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. 

Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"  

33. Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın 

ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!  

34. Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün 

(onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli, 

Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: 

"Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"  

35. (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi 

kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) 

gəlməsini istəmə. Onlar və’d olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir 

saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Qur’an Allah dərgahından sizə olan) 

bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə 

ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)  

 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

489 



 

 

 



.

47

.  


Muhəmməd surəsi

  

(Məkkədə nazil olmuşdur, 38 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç 

edəcəkdir.  

2. İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil 

edilənə (Qur’ana) inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada 

və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).  

3. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn 

haqqa (Qur’ana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!  

4. (Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını 

vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) 

kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət 

qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb 

pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal 

müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür - 

müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün 

(vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.  

5. (Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) 

düzəldəcəkdir.  

6. Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə