Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə153/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   149   150   151   152   153   154   155   156   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

480 



8. O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi 

(Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya 

Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!  

9. O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri 

(qiyamət günü) alçaldıcı bir əzaba düçar olacaqlar!  

10. Qarşıda (öləndən sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə 

də Allahdan başqa dost tutduqları (ibadət etdikləri bütlər) onlara bir fayda verəcəkdir 

(Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar böyük bir əzaba düçar olacaqlar!  

11. Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı 

bir əzab gözləyir.  

12. Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada) ruzi 

axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!  

13. Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da 

Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!  

14. (Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir 

qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab 

günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin 

hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir).  

15. Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra 

siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.  

16. And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud 

mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara 

pak ne’mətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına) 

üstün etmişdik.  

17. Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər 

göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin 

büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra 

aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) 

Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların 

arasında hökm edəcəkdir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

481 



18. Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona 

(o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa 

özünü məhvə düçar edərsən! Peyğəmbər mə’sum olduğu üçün Muhəmməd 

əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).  

19. Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. 

Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!  

20. Bu (Qur’an) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm 

üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!  

21. Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər 

görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman 

edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Dünyada naz-ne’mət içində yaşayan 

kafirlər: "Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş 

edəcəkdir!" - deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. 

Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı 

yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş mö’minlərə məxsusdur).  

22. Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində 

əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir. 

(Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində 

cəzalandırılacaqdır).  

23. (Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ 

yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və 

qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim 

onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr 

edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. 

Çünki alimlə cahilin məs’uliyyəti eyni ola bilməz!)  

24. (Qiyaməti inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat 

yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, 

nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; 

yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq 

zənnə qapılırlar! (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki 

bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

482 



25. (Qiyamətə dair) ayələrimiz onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman onların 

dəlili: "Əgər doğru deyirsinizsə, (vəfat etmiş) atalarımızı (dirildib) gətirin görək!" - 

deməkdən başqa bir şey deyildir.  

26. (Ya Peğəmbər!) De: "Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü 

(dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir şəkk-şübhə yoxdur, lakin 

insanların çoxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılışından çox asan 

olduğunu) bilməz!"  

27. Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün - məhz o 

gün batil danışanlar (Allaha iftira yaxanlar) ziyana uğrayacaqlar!  

28. (Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) 

görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə 

deyiləcəkdir: ) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) 

veriləcəkdir!  

29. Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz 

sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!"  

30. İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə (Cənnətə) 

qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)  

31. Kafir olanlara isə (belə deyiləcəkdir): "Məgər ayələrim (dünyada) sizə 

oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür 

göstərdiniz və günahkar bir tayfa oldunuz!  

32. (Sizə: ) "Allahın (ölüləri dirildəcəyi barədəki) və’di haqdır və o saata (qiyamətin 

qopacağına) heç bir şəkk-şübhə yoxdur!" - deyildiyi zaman: "O saat nədir, bilmirik! 

Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin 

deyilik!" - deyə cavab verdiniz.  

33. (O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və 

istehza etdikləri (əzab) onları saracaqdır!  

34. (Onlara belə) deyiləcəkdir: "Siz bu gününüzə qovuşacağınızı (dünyada) 

unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). 

Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də 

olmayacaqdır!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə