Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
472
70. Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"
71. (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək)
dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey
olacaqdır. Siz orada əbədi qalacaqsınız!
72. Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz
Cənnətdir!
73. Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!
74. Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində
qalacaqlar.
75. Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən
üzmüş olacaqlar!
76. Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).
77. Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy
Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz
(həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!
78. (Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır: ) "Biz sizə haqqı
gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı".
79. Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də
(onlara əzab verməklə) düzgün iş görürük!
80. Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını
eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini)
yazırlar!
81. (Ya Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi
mən olaram!
82. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən
tamamilə uzaqdır!"
83. (Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana
qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
473
84. Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
85. Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər
ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona
məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!
86. (Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət
edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illallah"
deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri
Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).
87. And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah!" -
deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?
88. Onun (Muhəmməd əleyhissəlamın): "Ey Rəbbim! Bunlar iman gətirməyən bir
qövmdür!" - deməsi də (dərgahımızda mə’lumdur)!
89. (Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın
deyə, rastlaşdıqda) "Salam!" de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq
biləcəklər!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
474
.
44
.
əd-Duxan
(Duman) surəsi
(Məkkədə nazil olmuşdur, 59 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ha, Mim!
2. (Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki,
3. Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə
kafirləri Öz əzabımızla) qorxuduruq!
4. Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur -
5. Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk -
6. Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O
(hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
7. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey
Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki,
Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!
8. Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin
Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.
9. Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə
ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər).
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
475
10. (Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün
müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını,
sanki bir duman bürüdüyünü görəcəklər!)
11. (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da,
Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən
napak şeyləri belə yeməyə məcbur olmuşlar).
12. (Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər: ) "Ey Rəbbimiz! Bizi bu əzabdan
qurtar. Biz, həqiqətən iman gətirəcəyik!" (Məkkə müşriklərinin bu yalvarışından sonra
Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı.
Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).
13. Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər
gəldi,
14. Onlar isə ondan üz çevirib belə dedilər: "(Bu başqası tərəfindən) öyrədilmiş bir
divanədir! (Özü heç bir şey bilmir, Qur’anı kimsə ona öyrədir)".
15. Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!
16. Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü),
şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!
17. And olsun ki, Biz onlardan əvvəl Fir’on qövmünü imtahana çəkmişdik. Onlara
möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.
18. (O demişdi: ) "Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən
sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir
peyğəmbərəm!
19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin
düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!"
20. (Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) "Mən sizin məni
daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!
21. Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!"
22. Sonra (Musa) Rəbbinə belə dua etdi: "Həqiqətən, bunlar günahkar bir qövmdür!
(Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)"
Dostları ilə paylaş: |