Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə148/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   144   145   146   147   148   149   150   151   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

463 



25. Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də 

O bilir.  

26. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz ne’mətini onlara artıran 

da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!  

27. Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer 

üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) 

ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə 

qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində 

eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də 

vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl 

uzadar).  

28. (İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, ne’mətini (yağışını) açıb 

paylayan Odur. İxtiyar sahibi Odur. Tə’rifə (şükrə) layiq olan da Odur.  

29. Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət 

nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!  

30. Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz 

əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu 

əfv edər.  

31. Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı 

qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada 

yetəniniz!  

32. Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.  

33. Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə 

irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, 

(ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!  

34. Yaxud onları (gəmi əhlini) qazandıqlarına (günahlarına) görə məhv edər və bir 

çoxunu bağışlayar!  

35. Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki, 

onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

464 



36. Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət 

mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə 

təvəkkül edərlər;  

37. O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) 

qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;  

38. O kəslər üçün ki, Rəbbinin də’vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini 

öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) 

sərf edərlər.  

39. Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə’ruz qaldıqda (həddi aşmadan) 

intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin 

cəzası nədirsə, onu verərlər).  

40. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik 

edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, 

zalımları sevməz!  

41. Zülmə mə’ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza 

verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).  

42. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad 

törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!  

43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox 

bəyənilən əməllərdəndir!  

44. Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya 

Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: "(Pərvərdigara!) məyə dünyaya 

qayıtmağa) bir yol varmıdır?" - deyən görəcəksən.  

45. Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən 

boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını 

görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü 

özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!" Bilin ki, zalımlar 

(kafirlər) daimi əzab içində olacaqlar.  

46. Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar 

tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin e’tiqadına görə) zəlalətə saldığı kimsə 

üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

465 



47. (Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün 

(qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin də’vətini qəbul edin! (Ona iman gətirin!) 

O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir 

imkan olmaz!  

48. (Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də’vətindən) üz döndərsələr (əsla ürəyini 

qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) 

təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (ne’mət) daddırsaq, 

ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik 

toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!  

49. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq 

qız, istədiyinə də ancaq oğlan verir.  

50. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) 

edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!  

51. (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan 

peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-

maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur 

pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub 

danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) 

ancaq vəhylə (ilham və rö’ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın 

kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın 

izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) 

ucadır, hikmət sahibidir!  

52. (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə 

əmrimizdən olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən Qur’an) göndərdik. Sən 

(bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən 

dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz 

yola yönəldirsən (islam dininə də’vət edib haqqa qovuşdurursan).  

53. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün 

işlər axırda Allaha qayıdacaqdır!  

 

 



 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə