Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
47
47. (Məryəm: ) "Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola
bilər?" - dedikdə, (Allah) buyurdu: "(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir
işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da (dərhal) olar.
48. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.
49. Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: )
"Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa
bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə
korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən
evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər
mö’minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.
50. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram
edilmiş bə’zi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.)
halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru
olduğunu sübut edən) bir mö’cüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!
51. Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət
edin! Budur doğru yol!
52. İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: "Allah yolunda
kim mənim köməkçim olacaqdır?" - deyə soruşdu. (O zaman) həvarilər dedilər: "Bizik
Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim
olduğumuza şahid ol!"
53. (Həvarilər dedilər: ) "Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və
peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!"
54. Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə
qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah
(bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).
55. O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz
dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman
gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma
qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm
verəcəyəm!
56. Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç
bir köməkçisi olmayacaqdır!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
48
57. İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını
tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!
58. (Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qur’andan Cəbrail
vasitəsilə) sənə söyləyirik.
59. Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu
(Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu.
60. (Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona
görə də şübhə edənlərdən olma!
61. (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən
(mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de:
"Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də
qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib
yalançılara Allahın lə’nət etməsini diləyək!"
62. Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki,
Allah yenilməz qüvvət, hikmət sahibidir!
63. Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad
törədənləri tanıyandır!
64. (Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan)
bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona
şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər
onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz,
həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!"
65. Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq
ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?
66. Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu
aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə,
(həqiqəti) Allah bilir, siz bilməzsiniz!
67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan,
haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan
deyildi.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
49
68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu
Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur!
69. Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız
özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.
70. Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar
edirsiniz?
71. Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu
gizlədirsiniz?
72. Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: "Mö’minlərə nazil edilənə
(Qur’ana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı)
isə onu inkar edin! Bəlkə, (mö’minlər öz dinlərindən) üz döndərsinlər.
73. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" (Ya Rəsulum! Onlara)
söylə: "Əlbəttə, doğru yol, Allahın yoludur". (Yəhudilər öz adamlarına dedilər: ) "Sizə
verilən şeyin (Tövratın və bə’zi digər ne’mətlərin) bənzərinin başqa birisinə
(müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə
edəcəyinə (inanmayın)!" (Ya Rəsulum!) De: "Həqiqətən, ne’mət Allahın əlindədir və onu
istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!"
74. (Allah) Öz ne’mətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!
75. Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə,
onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət
versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun
səbəbi budur ki, onlar: "Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını
mənimsəməyə görə) bizə irad tutulmayacaq", - deyər və bilə-bilə Allaha qarşı yalan
söyləyərlər.
76. Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə
xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.
77. Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət
ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara
nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir
əzab gözləyir!
Dostları ilə paylaş: |