Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
53
109. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha
qayıdacaqdır!
110. (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara)
yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab
əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da
içərisində bə’zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.
111. Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər
sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.
112. Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu
zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı
qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola
bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur.
Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə
öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi
aşmışlar.
113. Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat
vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.
114. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir,
(onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh
şəxslərdəndirlər.
115. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız
qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!
116. Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın
əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
117. Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini
məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə
zülm etdilər.
118. Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin
barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi
istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar
olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
54
dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah
etdik.
119. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın
hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də
inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər.
(Ya Rəsulum!) De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir.
120. Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona
sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə
heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.
121. (Ya Rəsulum!) Sən müharibədən ötrü mö’minlərə (əlverişli) mövqelər hazırlamaq
üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)!
Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
122. (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə
məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki,
Allah onların yardımçısı idi. Gərək mö’minlər (hər işdə) Allaha təvəkkül etsinlər!
123. (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz
halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!
124. O zaman sən mö’minlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza
yetişməsi sizə kifayət etməzmi?"
125. Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə
üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım
edər.
126. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi.
Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,
127. O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın)
və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid sünlər.
128. (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini
qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.
129. Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə
əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
55
130. Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin.
Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
131. Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
132. Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!
133. Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün
hazırlanmış Cənnətə tələsin.
134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər,
qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.
135. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman
Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları
Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu)
bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
136. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar
axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə
gözəldir!
137. (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir.
İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
138. Bu, (belə əfvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər,
müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.
139. (Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və
qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan)
çox yüksəkdə durursunuz!
140. Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr
müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə
ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən
şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
141. (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv
etməsi üçündür.
Dostları ilə paylaş: |