Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
50
78. (Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların
oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o
tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan)
deyildir. Onlar isə: "Bunlar Allah tərəfindəndir", -dedilər. Bunlar isə heç də Allah
tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, "Bu, Allah
dərgahındandır",- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
79. Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən
sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz
kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq
və itaət sahibi) olun!" - deyər.
80. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə
müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr
edərmi?!
81. (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim
kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq
inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan
əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər.
(Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər
şahidlərdənəm", - deyə buyurmuşdu!
82. Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah
sahibləridir).
83. Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar?
Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun
hüzuruna qayıdacaqlar.
84. (Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə,
İshaqa, Yə’quba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair)
peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz
yalnız Ona (Allaha) təslim oluruq!"
85. Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz
və o şəxs axirətdə zərər çəkənlərdən olar!
86. İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna
(Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
51
gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar
dəstəsini haqq yola yönəltməz!
87. Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lə’nətinə düçar
olmaqdır!
88. Onlar bu lə’nət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara
(mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!
89. Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah
bağışlayandır, rəhm edəndir!
90. İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri
əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!
91. Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və
(əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir
əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!
92. Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki,
Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!
93. Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə’qub peyğəmbərin) yalnız özü özünə
haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya
Rəsulum! Yəhudilərə) de: "Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin
və onu oxuyun!"
94. Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!
95. (Ya Rəsulum!) De: "Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim
dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi"
96. Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə’bəd) Bəkkədəki evdir ki, o,
şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.
97. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-
amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq
baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah
qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar).
Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
52
98. De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın
ayələrini (dəlillərini) inkar edirsiniz?"
99. De: "Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən
kimsələri Allahın yolundan dərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız?
Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir".
100. Ey mö’minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa,
onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.
101. Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz
necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola
yönəldilmişdir.
102. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda
(müsəlman kimi) ölün!
103. Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb
bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə
düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-
birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan
xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş
olasınız!
104. (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr
edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən
nicat tapmış şəxslərdir.
105. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və
ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
106. Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara
olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın
əzabı!" - deyiləcəkdir.
107. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik
qalacaqlar!
108. Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər
əhlinə) zülm etmək istəməz.
Dostları ilə paylaş: |