Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
547
13. (Ey mö’minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan
çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına
görədir.
14. Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə
(kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə
sizinlə vuruşmağa cür’ət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və
düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman
edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm
olmalarıdır.
15. Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə
(Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir
əzab gözləyir.
16. (Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı
aldatmasına) bənzəyir. O, insana: "Kafir ol !" - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu
qoyub qaçaraq): "Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan
Allahdan qorxuram!" - deyər.
17. Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni
Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların
(kafirlərin) cəzası budur!
18. Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün
özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah
etdiklərinizdən xəbərdardır!
19. Allahı unutduları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa
düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!
20. Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə
qovuşanlardır!
21. (Ya Peyğəmbər!) Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, sən onun Allahın
qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi
olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün
çəkirik ki, bəlkə, düşünələr.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
548
22. O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O
rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman,
axirətdə isə yalnız mö’minləri bağışlayan Rəhimdir!)
23. O Özündən başqa heç bir tanrı (mə’bud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi,
müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən)
göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər
hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə)
olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.
24. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl
adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu
təqdis edib şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
549
.
60
.
əl-Mumtəhinə
(İmtahana çəkilən qadın) surəsi
(Mədinədə nazil olmuşdur, 13 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli)
tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar
etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz
olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar.
Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa
(Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq
üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi
(bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə
(düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
2. Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə
pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
3. Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-
əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-
birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
4. İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman
onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa
ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik.
Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət
olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin
bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara
bilmərəm (mənim bacardığım yalnız budur)!" - deməsi istisnadır (bunda sizin üçün