Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
550
örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq Sənə
təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin
hüzurunadır.
5. Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa
çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən
yenilməz qüvvət sahibi, hikmət sahibisən!"
6. (Ey mö’minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid
bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan)
üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir;
O, tə’rifə (şükrə) layiqdir!
7. (Ey mö’minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə
müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah
(hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!
8. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə
yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli
olanları sevər!
9. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və
çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq
edənlər əsl zalımlardır!
10. Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman
onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə
lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları
kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar
bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə
qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla
evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında
saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən)
istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri
mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər.
Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
11. Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa
və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
551
kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin.
İman gətirdiyiniz Allahdan qorxun!
12. Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və
zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa
gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad
etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə
sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan
onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
13. Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin.
Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini
üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini
üzmüşlər!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
552
.
61
.
əs-Saff
(Səf) surəsi
(Mədinədə nazil olmuşdur, 14 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şə’ninə
tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
2. Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə’zi müsəlmanlar:
"Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı
onların yolunda qoyardıq!" - deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx
mö’minlərin xoşuna gəlmədi).
3. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
4. Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
5. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: "Ey qövmüm! Mənim
Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni
incidirsiniz?" Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola
yönəltməz!
6. Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları!
Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra
gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa,
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
553
yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar mö’cüzələr gətirdikdə onlar: "Bu,
açıq-aydın sehrdir!" - dedilər.
7. İslama də’vət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə
sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola
yönəltməz!
8. Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə
söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini)
tamamlayacaqdır.
9. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz
Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!
10. Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli
əzabdan xilas etsin?
11. (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah
yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə
qədər xeyirlidir!
12. (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar
axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük
qurtuluşdur (uğurdur)!
13. (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne’mət) də - Allah dərgahından kömək və
yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Mö’minlərə (dünyada zəfərlə,
axirətdə Cənnətlə) müjdə ver!
14. Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki,
Məryəm oğlu İsa həvarilərə: "Allah yolunda mənim köməkçilərim kimdir?" - demiş,
həvarilər də: "Allahın köməkçiləri bizik!" - deyə cavab vermişdilər. Nəhayət, İsrail
oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri
düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
Dostları ilə paylaş: |