Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
554
.
62
.
əl-Cumuə
(Cümə) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi),
müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şə’ninə
tə’riflər deyər!
2. (Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər
göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara
(Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər,
onlara Kitabı və hikməti (Qur’anı və şəriəti) öyrədər.
3. (Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış
başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər
dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o
Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da
(başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
4. Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət
(kərəm) sahibidir!
5. Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata
yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
555
öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab
daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı
bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına
dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım
(kafir) qövmü doğru yola yönəltməz!
6. (Ya Peyğəmbər!) De: "Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün
Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda
(Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı ne’mətlər, əbədi həyat övliyalara
ancaq öləndən sonra qismət olar).
7. Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə
heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
8. (Ya Peyğəmbər!) De: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz
gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada)
nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
9. Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə
tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
10. Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi
diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə
qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
11. Onlar (mö’minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə
(minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De:
"Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi
verənlərin ən yaxşısıdır!" (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı
xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən
təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu
eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on
iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş
məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
556
.
63
.
əl-Munafiqun
(Münafiqlər) surəsi
(Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin,
doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! - deyirlər. Allah sənin
Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı
olduqlarına şəhadət verir.
2. Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər.
Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!
3. Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir
oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr
olmuşlar.
4. (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna
gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir
(ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və
mö’minlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə
olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları
öldürsün, necə də haqdan döndərilirlər!
5. Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!"-
deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə
üz çevirdiklərini görərsən.