Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə32/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   28   29   30   31   32   33   34   35   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

93 



80. Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör 

nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara 

qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!  

81. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) 

özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!  

82. (Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz 

xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların 

(mö’minlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı 

tutmalarına görədir.  

83. Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin 

yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi 

(haqqa) şahid olanlarla bir yerə yaz!  

84. Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz 

halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!  

85. Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. 

Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!  

86. Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!  

87. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak ne’mətləri (özünüzə) haram 

etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!  

88. Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan 

qorxun!  

89. Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, 

sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə 

cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından 

on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. 

Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz 

andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). 

Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!  

90. Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan 

əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

94 



91. Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz 

qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?  

92. Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, 

Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qur’anı açıq-aydın təbliğ etməkdir).  

93. İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh 

əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis 

əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) 

daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri 

sevər!  

94. Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd 

etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata 

biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) 

şiddətli bir əzab gözləyir!  

95. Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. 

Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun 

cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun 

qiymətinə bərabər) bir heyvanı Kə’bəyə çatası (Kə’bənin yaxınlığında kəsilib oradakı 

yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın 

deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona 

bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc 

tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş 

görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!  

96. Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu 

yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz 

müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız 

Allahdan qorxun!  

97. Allah Beytülhəram (müqəddəs ev) olan Kə’bəni haram ayı (zülhiccəni), (Kə’bəyə 

gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) 

qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol 

müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) 

bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!  

98. Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

95 



99. Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ 

etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!  

100. (Ya Rəsulum!) De: "(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, 

murdarla təmiz (haramla halal) bir ola bilməz". Ey ağıl sahibləri, Allahdan qorxun ki, 

nicat tapasınız.  

101. Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində 

soruşmayın. Əgər onlar haqqında Qur’an nazil edildikdə soruşsanız, onlar sizə aydın 

olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər 

verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab 

verməkdə tələsən deyildir!)  

102. Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə 

(onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.  

103. Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) 

qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə 

uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) 

dərk etmirlər.  

104. Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: 

"Atalarımızın getdiyi yol bizə yetər", - deyə cavab verirlər. Bəs ataları heç bir şey 

bilməyib doğru yolda deyildilərsə necə?!  

105. Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda 

olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır 

dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!  

106. Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı 

aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə 

isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman 

şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər 

ikisini tutub saxlayın və onları: "Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq 

(qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini 

gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq", - deyə Allaha and içdirin!  

107. Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan 

şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin 

şahidlər tərəfindən) haqsızlığa mə’ruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası 

almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: "Həqiqətən, bizim şahidliyimiz 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə