Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
102
36. (Sənin də’vətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər.
Sonra onlar Allahın hüzuruna qaytarılar.
37. (Məkkə müşrikləri) dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö’cüzə
endirilməli deyildimi?" De: "Allah mö’cüzə endirməyə qadirdir. Lakin onların çoxu
(belə bir mö’cüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək
müsibət və fəlakəti) bilməz!
38. Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki,
sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi
vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə
Allahın vəhdaniyyətini mədh edib, şə’ninə tə’rif deyirlər). Biz Kitabda (Qur’anda) heç
bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün
məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.
39. Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və
lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.
40. (Müşriklərə) de: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət
başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər
doğrudanışanlarsınızsa (deyin görək)!"
41. Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız
bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna
görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik
qoşmayın!)
42. Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və
fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.
43. Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları
üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.
44. (Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq
məqsədilə) hər şeyin (bütün ne’mətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər)
özlərinə verilən ne’mətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər
şeydən) məhrum oldular.
45. Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
103
46. (Ya Rəsulum!) De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi
əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara
bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz
döndərirlər.
47. De: "Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım
tayfadan başqası həlak edilərmi?"
48. Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik.
İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə
görməzlər!
49. Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!
50. De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi
bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe
oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"
51. Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur’anla) xəbərdar et.
Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla)
pis əməllərdən çəkinsinlər!
52. (Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri
yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli
yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.
53. Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: "Əcəba,
Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür
edənləri daha yaxşı tanıyan deyildirmi?"
54. Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz
Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü
Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə
(Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!"
55. Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.
56. (Ya Rəsulum) De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə
qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola
biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
104
57. De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qur’ana) istinad edirəm. Siz isə onu
yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə)
deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd
edənlərin ən yaxşısıdır!"
58. De: "Əgər tə’cili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda
əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı
tanıyandır!"
59. Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və
quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin
zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın
kitabda (lövhi-məhfuzda) olmasın!
60. Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-
həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur.
Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib
yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər
barəsində xəbər verəcəkdir.
61. (Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi
yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib
çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir
əyər-əskikliyə yol verməzlər!
62. Sonra insanlar Allahın - özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin
ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!
63. (Ya Rəsulum!) De: "Gizlində (Allaha) dua edib:" Əgər bizi suyun və qurunun
zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq", - deyə yalvardığınız zaman
sizləri bunlardan xilas edən kimdir?"
64. De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan)
sonra siz yenə də (Ona) şərik qoşursunuz?"
65. De: "Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə
əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu
daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa
düşsünlər!
Dostları ilə paylaş: |