Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
426
150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
151. Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:
152. "Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)". Onlar, həqiqətən,
yalançıdırlar!
153. Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü
tutmuşdur?!
154. Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
155. Heç düşünürsünüz?!
156. Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!
157. Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!
158. (Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər)
arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü
deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
159. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!
160. Allahın müslis (mö’min) bəndələri isə istisnadır.
161. (Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz
162. Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;
163. Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!
164. (Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) "Bizdən (mələklərdən) elə birisi
yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
165. Həqiqətən, biz səf-səf dururuq.
166. Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik.
167. (Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər:
168. "Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
427
169. Biz də mütləq Allahın müxlis bəndələri olardıq!"
170. Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
171. And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu
sözümüz deyilmişdi:
172. "Onlar mütləq qalib gələcəklər.
173. Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!"
174. (Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək)
onlardan üz çevir!
175. Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
176. Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?
177. (O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda)
qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq!
178. (Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir!
179. Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
180. Sənin Rəbbin - yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin
(müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
181. Peyğəmbərlərə salam olsun!
182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
428
.
38
.
Sad surəsi
(Məkkədə nazil olmuşdur, 88 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun!
2. (Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə
üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi
özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).
3. Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək
diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.
4. Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə
təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!
5. Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir
tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.
6. Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər:
"Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur
(tövhiddir).
7. Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik.
Bu ancaq bir uydurmadır.
8. Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü
də kasıbdır)". Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər.
Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
429
9. Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət
xəzinələri onlara məxsusdur?!
10. Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?!
Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu
idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)
11. Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud
Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.
12. Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya
hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi.
13. Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) - bu firqələrin
14. Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib
oldu.
15. Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə
dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə
gecikməz!
16. Onlar (istehza ilə): "Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud
xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən
əvvəl ver!" - dedilər.
17. (Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına
sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm
səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar,
dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).
18. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis
edib şə’ninə tə’riflər deyərdilər.
19. Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə
idi.
20. Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və
(haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox
müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).
Dostları ilə paylaş: |