Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

Onu ən çox mina qatı çəkilmiş gözləri ilə öz qızıl maskasında, qaranlıq mənzilinin
dərinliyində sirli heroqliflərin əhatəsində əbədi seyrə dalıb, hərəkətsiz qalan mumiya
cəlb edirdi. Heç bir ehtiramsızlıqdan qorxmayaraq, özünün saray kimi nəhəng,
divarları boyalı şəkillər və heykəllərlə örtülmüş saysız-hesabsız dəhlizlər arasındakı
qəbir evində, həmin mumiyalar qısa maddi varlığı zamanı insanı valeh edən hər bir
şeyi burada tapırdılar. Onlardan ötrü yerin altında torpaqlar qazılır, daş abidələr,
pilonlar
3
, piramidalar ucaldılır, onlar üçün öz daş taxt-tacında əyləşən düşüncəli,
nəhəng, üzündə sakitlik və böyüklük təcəssüm olunan heykəllər yonulurdu.
Bu memarlıqda hər şey möhkəm və iridir, çünki o, əbədi olmağa can atırdı.
Əgər bütün qədim xalqlardan bizə yalnız misirlilər məlum olsaydı, onda biz
onların hamısının əvəzində təsdiq edə bilərdik ki, incəsənət – onu yaratmış xalqın
ruhi xüsusiyyətlərinin ən düzgün təcəssümüdür.
Bir-birindən çox fərqli xalqlar: efiopiyalılar (primitiv irq), yunanlar və farslar (ali
irqlər), öz incəsənətlərini ya tək Misirdən, yaxud da bir hissəni Misirdən, digər hissəni
isə Assuriyadan əxz etmişlər. İndi baxaq, bu onların əlinə keçdikdən sonra hansı
vəziyyətə düşdü. Öncə sadalanan xalqlardan ən primitivini, efiopiyalıları götürək.
Məlum olduğu kimi, Misir tarixinin ən erkən çağlarında (XXIV sülalə) Misirdəki
anarxiya və tənəzzüldən istifadə edən Sudan xalqları onun bəzi əyalətlərini ələ
keçirdilər və ardıcıl olaraq Napatu və Meroe paytaxt olmaqla çarlıq yaratdılar. Həmin
çarlıq bir çox əsrlər öz müstəqilliyini qoruyub saxlaya bildi. Məğlubların
sivilizasiyasından heyrətə gələn qaliblər, onların abidə və incəsənətini təqlid etməyə
cəhd edirdilər; əlimizdə nümunələri olan belə bənzətmələr, əsasən kobud məsxərəyə
qoyulan heykəlləri xatırladır. Həmin zəncilər barbarlar idi; beyinlərinin zəif inkişaf
etməsi, onları durğunluğa məhkum etmişdi; həqiqətən də misirlilərin bir neçə əsr
ərzində sürən mədəni təsirlərinə baxmayaraq, onlar barbarlıqdan heç vaxt qurtula
bilmədilər. Nə qədim, nə də müasir tarixdə bir nümunə belə tapmaq mümkün deyil
ki, hansısa zənci qəbiləsi məlum sivilizasiya səviyyəsinə yüksələ bilsin; hər dəfə
qədimdə Efiopiyada, bizim günlərdə isə Haitidə yaranan eyni təsadüflər üzündən
yüksək sivilizasiya zənci irqinin əlinə keçib, həmin sivilizasiya tezliklə çox acınacaqlı
forma alıb.
Digəri də, eyni ilə barbar olan, lakin ağ dərili, yunan irqi öz incəsənətinin ilk
nümunələrini Misir və Assuriyadan götürüb və o da başlanğıcda yöndəmsiz
bənzətmələrlə məhdudlaşıb. Bu iki böyük mədəniyyətlərə məxsus incəsənət əsərləri
onlara, o dövrdə Aralıq dənizi sahillərini Kiçik Asiya xalqları ilə birləşdirən dəniz
yollarının ağası və Ninəva və Babilistana aparan quru yollarının hökmdarı,
finikiyalıların əli ilə çatdırılırdı.
Hamıya yaxşı məlumdur ki, nəhayət, sonunda yunanlar yaratdıqları
nümunələrdən yüksək səviyyəyə yüksəlmişlər. Lakin müasir arxeologiya onların ilk
heykəllərinin necə kobud və məsxərəçi olduğunu sübut etmişdir və özünə əbədilik
qazanmış incilərə çatmaq üçün onlara əsrlər lazım gəlmişdi. Bu ağır əmək – xarici
nümunələri geridə qoyub, orijinal incəsənət əsərlərinə gəlib çatmaq üçün yunanlara
700 il lazım gəlib. Lakin onların bu sahədə son əsrdə qazandıqları uğurlar, bütün
əvvəlki əsrlərdəkindən daha əhəmiyyətli olub. Sivilizasiyanın ali deyil, primitiv
mərhələlərini keçmək üçün hansısa xalqa daha çox zaman tələb olunur. Yunan
downloaded from KitabYurdu.org


incəsənətinin ən qədim əsəri, bizim eradan əvvəl XII əsrə aid Mikena xəzinələridir ki,
onlar tamamilə barbar təcrübəni göstərir, orada Şərq nümunəsində, amma kobud
şəkildə hazırlanmış nizələr tapılıb. Üstündən altı əsr sonra da incəsənət yenə də şərq
incəsənəti olaraq qalırdı; Teneyalı Apollon və Orxomeniyalı Apollon heyrətamiz
dərəcədə Misir heykəllərinə bənzəyirdi. Lakin tezliklə uğurlar sürətlənir və bir əsr
sonra biz Fidiya və Parfenon kimi çox gözəl heykəllərə və abidələrə rast gəlirik, yəni
uzun zaman ərzində ilham mənbəyi olan şərq mənşəyindən azad olduqdan sonra
daha yüksəkdə dayanan nümunələr yaradıldığını görürük.
Memarlıqda da eyni cür olmuşdu, baxmayaraq ki, onun inkişaf mərhələlərini
müəyyən etmək çox çətindir. Eramızdan əvvəl təxminən IX əsrə yaxın Homer
poemalarındakı sarayların necə olduğunu biz bilmirik. Lakin mis divarlar, müxtəlif
rənglərdə dam örtükləri, darvazaları qoruyan qızıldan və gümüşdən düzəldilmiş
heyvan heykəlcikləri, qeyri-iradi olaraq bizlərə, bürünc lövhələr, rəngli kərpiclər və
öküz heykəlləri ilə qorunan assuriya saraylarını xatırladır. Bütün hallarda, bizə
məlumdur ki, Dorida
4
üslubunda yunan sütunlarının ən qədim tipinə, hansı ki, VII
əsrə aid edilir, Misirdə Karnak və Bəni-Həsəndə rast gəlmək olur, İoniya
5
sütunları öz
hissələrindən bir çoxunu Assuriyadan götürmüşdür. Həmçinin onu da bilirik ki, öncə
bir-birinin üstünə qoyulmuş həmin yad elementlər, sonra bir-birinə qovuşmuş və
nəhayət tamamilə dəyişilərək, öz ibtidai nümunələrindən kəskin fərqlənən yeni
sütunlar şəklində meydana gəlmişdir.
İqtibas edilmiş və inkişaf etmiş oxşar nümunəni qədim dünyanın digər kənarında,
İranda görə bilərik, lakin orada bu inkişaf öz zirvəsinə yüksələ bilməmişdir, çünki
yadelli işğalçıların qəfil hücumu onu dayandırmışdı. Farslar öz incəsənətlərini
yaratmaq üçün yunanlar kimi yeddi əsr deyil, cəmi iki əsr zamana malik olmuşlar.
İndiyədək, yeganə xalq ərəblərdir ki, bu cür qısa zamanda orijinal sənətlərini işləyib
hazırlamağa nail ola bilmişlər.
Fars sivilizasiyası yalnız Kir və onun varislərindən başlayıb və onlar eramızdan
əvvəlki beş əsr ərzində bütün Şərq dünyasında şöhrəti ilə tanınan iki nəhəng
sivilizasiya mərkəzini, Babilistan və Misiri ələ keçirə bilmişdilər. Öz növbəsində
hökmranlıq etməli olan yunanlar o zaman hələ hesaba alınmırdılar. İsgəndər
tərəfindən devrilənə qədər, Fars imperiyası sivilizasiyaların mərkəzinə çevrilmişdi.
Beləliklə, Makedoniyalı İsgəndər öz işğalı ilə dünya sivilizasiyasının mərkəzini də
dəyişdirmişdi. Heç bir incəsənət nümunəsinə malik olmayan farslar, Misir və
Babilistanı ələ keçirdikdən sonra onların sənətkarlarını və sənət nümunələrini də
mənimsəmişdilər. Hakimiyyətləri cəmi iki əsr sürdüyündən, farslar miras qalan
incəsənəti dərindən dəyişdirmək üçün zamana malik olmamışlar. Lakin onlar da öz
növbəsində başqaları tərəfindən fəth olunduqdan sonra artıq bu işə başladılar.
Persopolisin günümüzə qədər gəlib çatan xarabalıqları, bu dəyişikliklərin
mənşəyindən xəbər verir. Biz orada şübhəsiz ki, qarışıq və ya daha dəqiq, bəzi yunan
elementləri ilə qarışmış Misir və assur incəsənətinin laylarını tapırıq; lakin yeni
elementlər də, məhz, uca farspolitan sütunları və qoşabaşlı kapitelin
6
orada
görünməsi, deməyə əsas verir ki, əgər farslar hökmranlıq üçün bu qədər məhdud
zamana malik olmasaydılar, onda bu ali irq özünə hətta yunanlardakı qədər yüksək
mədəniyyət olmasa da, çox orijinal incəsənət yarada bilərdi.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə