Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   73   74   75   76   77   78   79   80   81

Yığıncağı gecəsində o, heç bir tərəddüd etmədən, onu qurban verdi. Şəxsi
toxunulmazlıqdan imtina, Konvent üzvləri üçün daim ölüm təhlükəsi yaradırdı; onlar
buna getdilər və eyni zamanda qarşılıqlı olaraq bir-birlərini məhv etməkdən
qorxmadılar, özü də bilə-bilə ki, bu gün həmkarlarını yola saldıqları eşafota sabah
özləri də düşə bilərlər. Lakin onlar elə bir tam avtomatizm dərəcəsinə çatmışdılar ki,
mexanizmi barədə hansı ki, mən artıq məlumat vermişəm, heç bir mülahizə onların
bu ovsunlayıcı təlqinlərə itaət etmələrinə mane ola bilmirdi. Konvent üzvlərindən biri,
Billo Varennanın memuarlarından götürülmüş növbəti cümlə bu baxımdan çox
səciyyəvidir: “Biz özümüz də çox vaxt, iki və ya bir gün əvvəl, belə qərarlar qəbul
etməyi arzulamırdıq, hansı ki, indi bizə bunu irad tuturlar, – o deyirdi, – amma həmin
qərarlar böhran yaradırdı”. Bundan ədalətli heç nə ola bilməz!
Bu cür şüursuz təzahürləri Konventin bütün coşqun keçən iclasları zamanı
müşahidə etmək olardı.
“Onlar özləri də nifrət etdikləri şeylər törətdiklərini təsdiq edirlər, – Ten deyir, –
təkcə ağılsızlıq və sərsəmliklərini deyil, həm də cinayətləri, günahsız insanların, öz
dostlarının qətllərini də etiraf edirlər. Sağlarla birləşən sollar, öz təbii liderlərini,
inqilabın böyük təşkilatçısı və rəhbəri Dantonu, ən coşqulu alqışlar altında yekdilliklə
eşafota göndərdilər. Sollarla birləşən sağlar da həmçinin alqışlar altında və yekdilliklə
inqilabi hökumətin ən pis dekretlərinin qəbuluna səs verirdilər. Yekdilliklə və ruh
yüksəkliyindən doğan qışqırıqlar altında və bəyanatlarda Kolo d`Erbua, Kuton və
Robespyerə isti rəğbət bəsləyərək Konvent, insanları qətlə yetirən hökuməti əsassız
və çoxsaylı seçki yerlərinin yardımı ilə öz yerində saxlayır, hansı ki, biriləri ona
özlərinin qətllərinə görə nifrət edirdilər və digərləri isə onun özlərini də məhv edə
biləcəyinə can atdığına görə. Nəhayət, düzənlik və dağ, çoxluq və azlıq, qətllərinə
birlikdə qərar vermək barədə öz aralarında razılığa gəldilər. Sayca iyirmi ikinci
müzakirələr zamanı Konvent Robespyerin çıxışından dərhal sonra – o, yenidən hamını
zərbə altında qoydu – tam tərkibdə həm özlərinin, həm də səkkizinci termidorun
qətlinə fərman verdilər”.
Bu mənzərə bəlkə də çox dəhşətli görünə bilər, lakin belə olmasına baxmayaraq,
bu bir həqiqət idi. Kifayət qədər həyəcanlanan və ovsunlayıcı təlqin altına düşən
parlament yığıncaqlarında da dəqiqliyi ilə eyni əlamətlər təzahür edir; onlar bütün
impulslara itaət edən qərarsız sürüyə oxşar təsir bağışlayırlar. Növbəti parlament
təsviri üçün, demokratik baxışları şübhə doğurmayan parlament xadimi Spüllerin
1848-ci ildə qələmə aldığı və tərəfimdən “Revue Litteraire”dən götürülmüş qeydləri
çox səciyyəvidir. O, kütləyə xas bütün şişirdilmiş hisləri və həddindən artıq qeyri-
sabitliyi təsvir edir, bu isə bir neçə dəqiqə ərzində kütləyə ən ziddiyyətli hislər
miqyasını bütünlüklə keçməyə imkan verir.
“Növbə ilə nifaq, şübhə, həsəd, kor-koranə inam və sonsuz ümidlər respublika
partiyasını süquta gətirib çıxardı. Sadəlövhlüyü və sadəqəlbliliyi, onun yalnız ümumi
şübhələrinə bərabər ola bilər. Heç bir qanunilik hissi, heç bir intizam anlayışı;
sərhədləri bilinməyən yalnız qorxu və illüziyalar – bu baxımdan kəndli və uşaq
arasında olduğu kimi bir çox oxşarlıqlar olur. Sakitlikləri yalnız onların
dözümsüzlükləri ilə rəqabət apara bilər və zalımlıqları da onların mülayimliklərinə tən
olur. Bu, hələ tam təhsilə malik olmayan temperamentin xüsusiyyətidir və tərbiyə
downloaded from KitabYurdu.org


yoxluğunun nəticəsidir. Onlarda heç nə təəccüb doğurmur, lakin hər bir şey
çaşqınlığa gətirib çıxara bilir. Qorxudan titrəyib əsə və eyni zamanda igidlik və
qəhrəmanlıq göstərə bilərlər, onlar atəşin üzərinə atıla bildikləri kimi, həm də
kölgədən qorxub qaça bilərlər.
Şeylərin münasibəti və nəticəsi onlara məlum deyil. Həyəcan vəziyyətində
olduğu kimi, onlar ümidsizliyə də çox tez qapılmaqla, çaxnaşmaya meyllidirlər,
həmişə ya lap yüksəklərə dırmanır, ya da lap aşağılara yuvarlanırlar və heç vaxt da
özlərini lazımi ölçüdə və səviyyədə saxlaya bilmirlər. Sudan belə, cəld ola bilirlər,
onlar özlərində bütün rəngləri əks etdirir və hər cür formanı ala bilirlər. Belə halda
hökumətin əsasları üçün onlar hansı təməl təşkil edə bilərdilər?”
Xoşbəxtlikdən, bütün bu əlamətlərin parlament yığıncaqlarında daimi təzahür
etməsi üçün, xüsusi şəraitin mövcud olması gərəkdir. Bu yığıncaqlar, yalnız məlum
anlarda kütləyə çevrilir. Əksər hallarda onları təşkil edən insanlar öz fərdiliklərini
qoruyub saxlaya bilirlər və bax, elə buna görə yığıncaqlar o cür əla texniki qanunlar
işləyib, hazırlaya bilir. Düzdür, həmin qanunlar sakit kabinetlərdə əvvəlcə hansısa
mütəxəssis tərəfindən hazırlanır, buna görə də onlar özlüyündə mahiyyətcə bir fərdin
əməyidir, bütöv bir yığıncağın yox. Və belə qanunlar, əlbəttə, həmişə ən yaxşıları
sayılırlar və yalnız kollektiv işə çevirdikdə, bir sıra uğursuz düzəlişlər əlavə edildikdə,
korlanırlar. Kütlənin fəaliyyəti ayrıca götürülmüş fərdin fəaliyyətindən həmişə və hər
yerdə aşağı səviyyədə olur. Yığıncağı həddən ziyadə nizamsız və məqsədəuyğun
olmayan qərarlar qəbul etməkdən, yalnız mütəxəssislər xilas edir və belə hallarda
mütəxəssis həmişə müvəqqəti lider olur. Yığıncaq ona təsir edə bilmir, amma o özü
yığıncağa təsir göstərir.
Fəaliyyəti ilə əlaqədar bütün çətinliklərə baxmayaraq, parlament yığıncaqları
özünüidarə üçün xalqların indiyədək tapa bildikləri, ən yaxşı idarə üsuludur və
başlıcası, o, şəxsi zülm boyunduruğundan qoruya biləcək qədər müdafiə edir.
Əlbəttə, parlament hökumət üçün ideal hesab olunur, ən azı filosoflar, mütəfəkkirlər,
yazıçılar, artistlər və elm adamları üçün, bir sözlə, sivilizasiyanın zirvəsini təşkil
edənlər üçün bu, belədir. Mahiyyətcə isə parlament yığıncaqları yalnız iki istiqamətdə
ciddi təhlükə təşkil edir; maliyyənin zorakılıqla talanması və fərdi azadlığın mütərəqqi
məhdudlaşdırılması istiqamətlərində.
Birinci təhlükə, seçki kütləsinin tələbləri və ehtiyatsızlığının qaçılmaz nəticəsidir.
Qoy hər hansı bir məclis üzvü, guya, demokratik ideyaların təmini üçün hər hansı bir
təklif irəli sürsün, məs, fəhlələrin pensiya təminatı, dəmiryolçuların, müəllimlərin və
sair əməkhaqlarının artırılması; digər üzvlər seçicilər qarşısında qorxu hiss
etdiklərindən təklif olunan tədbirləri geri çevirməyə cəsarət etmirlər, belə ki, bunun
yuxarıda adları çəkilən şəxslərin maraqlarına etinasızlıq kimi qəbul oluna biləcəyindən
ehtiyat edirlər, baxmayaraq ki, görüləcək tədbirlərin büdcədə çətinliklər yaradacağını
və yeni vergilərə gətirib çıxaracağını da etiraf edirlər. Xərclərin artmasının nəticə
etibarilə, həmin məclis üzvlərinə heç bir aidiyyəti yoxdur və bu bilavasitə onlara
toxunmur, amma dəyişikliklərə qarşı qərar verərlərsə, bu öz təsirini o gün, seçicilər
qarşısına çıxdıqları anda, özünü çox qabarıq hiss etdirəcək.
Bu, xərclərin artırılmasını nəzərdə tutan ilk səbəbdən başqa, ondan heç də az
hökmlü olmayan digər biri də var – sırf yerli maraqları güdən bütün xərclərlə
downloaded from KitabYurdu.org


razılaşmaq öhdəliyi. Deputat buna qarşı da çıxa bilmir, belə ki, həmin xərclər yenə də
seçicilərin tələblərini ifadə edir və özü də yalnız həmkarlarının oxşar tələblərinə
güzəştə getdiyi halda, öz dairəsinin tələblərinin yerinə yetirilməsinə ümid edə bilər.
“Economiste”nin 6 aprel 1895-ci il tarixli sayında sırf yerli seçki maraqlarına xidmət
edən bir il ərzindəki xərclərə və dəmiryolu çəkilişinə dair olduqca maraqlı icmal çap
edilib. Dağda yerləşən Lanqeyi (3000 nəfər əhalisi olan şəhər) Pyui ilə birləşdirəcək
dəmiryolunun çəkilməsi ilə bağlı qərar 15 milyona başa gələcək; Bomonun (3500
nəfər) Kastel-Sarratsion ilə birləşdirilməsi 7 milyon; Ust kəndinin (523 nəfər) Senkslə
(1200 nəfər) – 7 milyon; Pradın Olett (747 nəfər) kəndi ilə – 6 milyon və sair. Yalnız
1895-ci ildə heç bir ümumi marağı əks etdirməyən dəmiryollarının çəkilməsindən
ötrü 90 milyon pul ayrılmasına qərar verilmişdi. Seçki maraqlarına xidmət edən digər
xərclər də az əhəmiyyətli deyildi. Maliyyə nazirinin hesablamasına görə fəhlələr üçün
pensiya haqqında qanun il ərzində ən azı 165 milyona başa gələcəkdi; akademik
Lerua-Bolyenin sözlərinə görə, 800 milyona. Aydındır ki, xərclərin bu cür daimi artan
xətt üzrə inkişafı hökmən iflasa gətirib çıxaracaq. Bir çox Avropa ölkələri –
Portuqaliya, Yunanıstan, İspaniya, Türkiyə – artıq buna gəlib çatmışlar; digərləri isə
məs, İtaliya, çox tezliklə həmin vəziyyətə düşəcək. Lakin bundan hədsiz təşviş
keçirməyə lüzum yox idi, belə ki, kütlə elə də güclü etirazlar olmadan bu ölkələrdə
kuponlarla ödənişlərin 5/4-ə qədər aşağı salınması ilə razılaşdı. Belə fərasətli iflaslar,
büdcələrin pozulmuş tarazlıqlarını anında dayandırmağa imkan verir. Müharibələr,
sosializm və iqtisadi mübarizələr bizə hələ bundan da ağır fəlakətlər gətirə bilər və
daxil olduğumuz ümumtənəzzül dövründə günbəgün yaşamaq zərurətinə
uyğunlaşmalı və bizdən uzaqlaşmaqda olan gələcək haqqında düşünməməliyik.
Parlament yığıncaqlarından gələn ikinci təhlükə, fərdi azadlıqların məcburi
məhdudlaşdırılmasıdır, baxmayaraq ki, bu, bir o qədər də nəzərə çarpmır, amma
tamamilə realdır. O, parlamentlər tərəfindən qəbul edilən saysız-hesabsız və həmişə
məhdudlaşdırıcı qanunların nəticəsi olaraq ortaya çıxır, parlamentlər həmin fəaliyyəti
özlərinə bir öhdəlik hesab edirlər və məsələyə səthi yanaşdıqlarından, onun hansı
nəticələrə gətirib çıxaracağı barədə heç düşünmürlər də.
Əgər, hətta ən mükəmməl parlament tipli rejimə malik İngiltərə kimi bir ölkə
(İngiltərədə parlament üzvü öz seçicisindən hər yerdə olduğundan daha çox
müstəqildir) həmin təhlükədən qurtula bilməyibsə, bu təhlükə həqiqətən də
qaçılmazdır. Herbert Spenser əvvəlki əsərlərindən birində göstərib ki, görünən
azadlıqların artımı, həqiqi azadlıqların azalması ilə müşayiət olunmalıdır. Özünün
yeni, “Fərd və dövlət” kitabında Spenser ingilis parlamentini bu şəkildə ifadə edib:
“Həmin zamandan, qanunvericilik qeyd etdiyim yolla getməyə başladı. Diktator
tədbirləri, daim şəxsi azadlıqları məhdudlaşdırmağa yönələn səylərin
genişləndirilməsi ilə müşayiət olunurdu, özü də bu iki üsul əsasında baş verirdi: hər il
vətəndaşların özlərini vaxtilə tamamilə sərbəst hiss etdikləri sahələrdə fəaliyyətlərini
məhdudlaşdırmağa yönələn və onları buna məcbur edən, çoxlu sayda sərəncamlar
tətbiq edilirdi, əvvəllər bu onların öz istəklərindən asılı idi. Eyni zamanda ictimai
mükəlləfiyyətlər, xüsusilə yerli xarakterli olanlar, getdikcə daha da ağırlaşdırılır,
vətəndaşların azadlıqları daha çox məhdudlaşdırılırdı, gəlirlərin istəklərinə uyğun sərf
edilən hissəsi kəsilərək, ictimai xadimlərin ehtiyaclarının ödənilməsinə yönəldilirdi”.
downloaded from KitabYurdu.org


Azadlıqların bu cür proqressivliklə məhdudlaşdırılması bütün ölkələrdə xüsusi
formada ifadə edilir, hansı ki, Herbert Spenser bunu qeyd etməyib. Adətən
məhdudlaşdırıcı xarakter daşıyan çoxlu sayda tədbirlərin tətbiqi, onların həyata
keçməsini təmin edən məmurların sayının artımını zəruri edir və onların
hakimiyyətinin güclənməsinə və təsirlərinin artmasına gətirib çıxarır; nəticə etibarilə,
həmin məmurlar da sivil ölkələrdə əsil hakimlər olmağa can atırlar. Onsuz da onlar
elə bir gücə malikdilər ki, idarəetmədə baş verən aramsız dəyişikliklər onların
vəziyyətinə heç bir təsir göstərmir, belə ki, inzibati kasta – bu cür məsuliyyətsiz,
simasız və fasiləsizliyə malik dəyişikliklərdən can qurtara bilən yeganə qurumdur.
Despotizmin bütün növlərindən ən ağrılısı məhz, özünü bu cür üçlü formada
göstərənidir.
Həyatın ən xırda aktlarını belə ən Bizansvari formallıqlarla əhatə edən bu cür
məhdudlaşdırıcı qanun və sərəncamların daimi icadı, insanların sərbəst fəaliyyət
sahələrini getdikcə daha böyük dərəcədə daraltmağa başlayıb. İllüziyaların qurbanları
elə düşünürlər ki, qanunları çoxaltmaqla onlar bərabərlik və azadlıqları daha yaxşı
təmin edə biləcəklər, bununla da xalqlar hər gün özlərini ən ağır zəncirlərlə
buxovlayırlar.
Lakin bu onlar üçün təsirsiz ötüşmür. Hər cür zülmü daşımağa vərdiş edən xalqlar
özləri onu axtarır və bütün sərbəstliklərini və enerjilərini itirmək səviyyəsinə qədər
gəlib çıxırlar. Belədə onlar iradəsiz, müqavimətsiz və gücsüz boş kölgəyə, avtomata
çevrilirlər. Bu zaman insanlar çatışmayan hərəkətverici qüvvələri kənarda axtarmağa
məcbur olurlar. Vətəndaşların artan laqeydliyi və gücsüzlüyü sayəsində hökumətin
rolu mütləq şəkildə daha da artmalıdır. Hökumət məcburən təşəbbüskarlıq, işgüzarlıq
və rəhbərlik ruhuna malik olmalıdır, belə ki, bütün bunlar özəl şəxslərdə yoxdur;
hökumətlər lazım olan hər bir şeyi etməli, hər şeyə rəhbərlik etməli, bütün himayəni
üzərinə götürməlidirlər. Nəhayət, lap sonda dövlət ilahi qüvvəyə çevrilir. Lakin
təcrübə göstərir ki, belə tanrıların hakimiyyəti heç vaxt nə çox möhkəm, nə də
uzunmüddətli olur.
Bəzi xalqlarda hər cür azadlığın belə mütərəqqi məhdudlaşdırılması – zahiri
sərbəstliklərə baxmayaraq, yalnız azadlıq illüziyası doğurur – görünür ki, bu təkcə hər
hansı bir rejimin yox, həm də həmin xalqların qocalığının nəticəsidir; o, əvvəlki
tənəzzül mərhələsinin əlamətlərindən biridir, indiyə qədər heç bir sivilizasiya ondan
can qurtara bilməyib.
Əgər hər tərəfdən əhatə olunduğumuz keçmişin öhdəliklərindən və
əlamətlərindən çıxış edərək mühakimə etsək, müasir sivilizasiyaların əksəriyyəti artıq
tənəzzülü əks etdirən ifrat qocalıq mərhələsinə çatıb. Görünür, belə mərhələlər
bütün xalqlar üçün eyni cür faciəli əhəmiyyət daşıyır, belə ki, tarixdə onlar çox tez-tez
təkrarlanırlar.
Sivilizasiyaların ümumi təkamülünün bütün bu mərhələlərini qısaca şərh etmək
çətin deyil və biz əsərimizi bu təqdimatla başa çatdırırıq. Ola bilsin, bu ötəri baxış
bütün hallarda kütlənin indi malik olduğu qüvvənin səbəbləri ilə bağlı müəyyən
aydınlıqlar gətirəcək.
downloaded from KitabYurdu.org


Əgər bizim sivilizasiyadan əvvəlki sivilizasiyaların əzəməti və tənəzzülünün
genezisini ümumi əlamətlərdə izləsək, hər şeydən əvvəl bizim təsəvvürümüzə nə
gələcək?
Həmin sivilizasiyaların yüksəlişi zamanı biz müxtəlif mənşəli bir ovuc insanın
təsadüfi mühacirət, işğallar və qələbələr sayəsində bir arada birləşdiyini görürük. Öz
dillərinə və dinlərinə görə bir-birindən fərqlənən, damarlarında fərqli qanlar axan bu
insanların arasında əlaqəni bir rəhbərin yarımetiraf olunan hakimiyyəti təşkil edib. Bu
cür qarışıq dəstələrdə olan adamlarda kütlənin psixoloji əlamətləri ən yüksək
səviyyədə inkişaf edir: hislərin müvəqqəti birləşməsi, qəhrəmanlıq, zəifliklər, çılğınlıq
və coşqunluq kimi hislərin. Bu dəstədə möhkəm heç nə yoxdur, onlar – barbarlardır.
Sonra, zaman öz işini görür. Eyni mühit, çarpazlaşmanın təkrarı, ümumi yaşam
tələbatı tədricən öz təsirini göstərir və müxtəlif növlü fərdlər bir-birinə qarışır və irqi,
yəni ümumi xüsusiyyətlərə və hislərə malik aqreqatı yaradır və getdikcə daha çox
irsiyyət tərəfindən təsbit edilir. Kütlə xalqa çevrilir və həmin xalq artıq barbarlıq
vəziyyətindən çıxa bilir. Amma bu vəziyyətdən yalnız uzun çəkən cəhdlərdən sonra
çıxa biləcək, fasiləsiz mübarizə və saysız-hesabsız səylər nəticəsində o, ideal əldə edir.
Bu idealın xarakteri az əhəmiyyət daşıyır; o, özlüyündə Roma və ya Afina kultunu və
yaxud da Tanrıya sitayişi təmsil edir, bütün hallarda, həmin ideal təşəkkül yolunda
olan irqin bütün fərdlərinin hiss və düşüncələrinin birliyini yaratmaq üçün kifayət
edir.
Elə həmin zaman öz təsisatları, inancları və incəsənəti ilə yeni sivilizasiya doğula
bilir. Öz arzularına məftun olan irq, ardıcıl olaraq cəlbedici görünən hər şeyi, gücü və
əzəməti mənimsəməyir. O, şübhəsiz, məlum saatlarda kütlə olaraq qalacaq, lakin o
vaxt hər cür kütləyə xas dəyişkən və mütəhərrik xüsusiyyətlərin arxasında, həmişə
möhkəm substrat
22
– xalqların tərəddüdlərinin ölçülərini məhdudlaşdıran və
hadisələri idarə edən kütlənin ruhu dayanır.
Özünün yaradıcılıq işini yekunlaşdırdıqdan sonra, zaman istər-istəməz məhvetmə
işinə başlayır ki, bundan da nə tanrılar, nə də insanlar can qurtara bilir. Məlum güc və
mürəkkəblik dərəcəsinə yüksəldikdən sonra sivilizasiya inkişafdan qalır və tənəzzülə
məhkum olur. Çox tezliklə onun qapısını qocalıq yaşı döyməlidir. Onun gəlişi
labüddən irqin ruhunu himayə edən idealın zəifləməsi ilə qeyd olunur. İdealın
solğunlaşmasından asılı olaraq, həmin ideala söykənən siyasi, sosial və dini
təsisatların tərəddüdü başlayır.
İdealın yox olması sürətləndikcə, irq öz gücünü, birliyini və səlisliyini təşkil edən
qüvvəni daha çox itirməyə başlayır. Amma fərdin şəxsiyyəti və zəkasında həmin vaxt
inkişaf gedə bilər, eyni zamanda irqin kollektiv eqoizmi fərdi eqoizmin hədsiz inkişafı
ilə əvəz olunmağa başlayır ki, bu da xarakterin gücünün zəifləməsi və fəaliyyət
qabiliyyətinin azalması ilə müşayiət edilir. Əvvəllər xalqı təşkil edən məlum vahid,
ümumi kütlə, fərdlərin tamamilə əlaqəsiz birliyinə, yalnız müvəqqəti və süni şəkildə,
ənənələr və təsisatlar vasitəsilə birlikdə tutub saxlayan, adi aqlomerasiyasına çevrilir.
Həmin an gəlib çatır, hansı ki, şəxsi maraqlar və cəhdlər üzündən bölünən və özlərinə
nəzarət edə bilməyən adamlar, istənilən xırda hərəkətlərini belə, idarə edə biləcək
birini axtarırlar, tələblər irəli sürürlər və dövlət o zaman öz əzəmətli təsirini
göstərməyə başlayır.
downloaded from KitabYurdu.org


İdealın yox olmasının yekunu ilə nəhayət, irq öz ruhunu da tamamilə itirir; o, bir
ovuc təcrid olunmuş fərdlərə çevrilməklə, yenidən başlanğıcda olduğu vəziyyətə –
kütləyə dönür. Həmin vaxt kütləyə xas, nə möhkəmliyi, nə də gələcəyi olan xarakterik
dəyişkən əlamətlər üzə çıxır. Sivilizasiya öz möhkəmliyini itirir və hər cür təsadüflərin
hakimiyyəti altına düşür. Qaragüruh hökmranlıq edir və barbarlar önə çıxır.
Sivilizasiya hələ də parlaq görünə bilər, çünki uzun zaman ərzində keçmiş tərəfindən
yaradılmış onun binasının ön hissəsi hələ də qalmaqdadır, lakin əsl həqiqətdə bina
artıq o dərəcədə aşınıb ki, onu heç nə qorumur və ilk tufandaca məhvə məhkumdur.
Arzuların dalınca barbarlıqdan sivilizasiyaya doğru canatma, sonra – həmin arzu
itirilən kimi tədricən zəifləyərək məhvolma – bax, hər bir xalqın həyatının
mərhələlərini təşkil edən silsilə budur.
18 1789-cu il Fransa burjua inqilabı dövründə milli qvardiyaya mənsub könüllü
19 idarəetmə növü
20 eyş-işrət məclisləri
21 inzibati ərazi bölgüsü
22 qidalandırıcı mühit
downloaded from KitabYurdu.org

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə