Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   73   74   75   76   77   78   79   80   81

çıxanların onlar üçün heç bir cazibədarlıq kəsb etməmələri ilə bağlıdır. Əgər
təsadüfən onlar belə bir seçim edirlərsə, bu da adətən ikinci dərəcəli səbəblərlə bağlı
olur. Hansısa görkəmli şəxsə, fəhlələrə rəhbərlik edən iri sahibkara, məs, seçicilər
daim onun tabeçiliyində olurlar, mane olmaq arzusundan irəli gəlir. Bu cür etməklə,
seçicilər bir növ həmişə tabeliklərində olduqları insan üzərində müəyyən zaman
ərzində hökm etmək illüziyası əldə edirlər.
Lakin cazibənin qüvvəsi heç də həmişə uğura xidmət etmir. Seçicilər həm də
istəyirlər ki, onların məğrurluqlarına yaltaqlansınlar və arzularını yerinə yetirsinlər.
Təsir etmək üçün onun ünvanına ən cəfəng xoşagələn tərifləri söyləmək və
utanmadan ən fantastik vədlər vermək lazımdır. Əgər fəhlədilərsə, onları tərifləyib,
sahibkarını söymək lazımdır; rəqib-namizədə gəldikdə, haqqında müddəalar, təkrar
və sirayətedici fikirlər yaymaq yolu ilə onu məhv etmək lazımdır, demək lazımdır ki,
o, ən sonuncu əclafdır və onun hansı cinayətləri törətməsi hamıya məlumdur. Bu
olayda, hətta hər hansı bir sübut və dəlilə oxşar bir şey axtarmağa da ehtiyac yoxdur.
Əgər, rəqib kütlə psixologiyası ilə yaxşı tanış deyilsə, müddəalara qarşı əks
müddəalarla cavab vermək əvəzinə, arqumentlərin köməyi ilə özünü təmizə
çıxarmağa çalışacaq və əlbəttə, bu minvalla, uğur üçün olan hər cür şansdan məhrum
olacaq.
Namizədin yazdığı proqram həddən ziyadə qəti ifadə olunmamalıdır, belə ki,
rəqibləri bundan istifadə edə və sonra ona qarşı nəticələrlə bağlı iddia irəli sürə
bilərlər. Amma buna qarşılıq olaraq şifahi proqram hədsiz geniş olmalıdır. O hər cür,
ən mühüm islahatlar aparacağı ilə bağlı çəkinmədən vədlər verə bilər. Bütün bu
şişirtmə vədlər həmin dəqiqə üçün çox güclü təsir bağışlayır, gələcək üçün isə heç bir
öhdəliyə məcbur etmir. Əslində, seçici adətən seçilmiş namizədin sonradan həmin
vədləri yerinə yetirib-yetirmədiyini heç öyrənməyə belə çalışmır.
Bütün bu hallarda biz, əvvəllər danışdığım məsləklə bağlı həmin amillərin təsirini
müşahidə edə bilərik; sehrli qüvvəyə malik söz və formulların müzakirəsi zamanı biz
yenidən həmin amillərlə rastlaşacağıq. Bunlardan istifadə etməyi bacaran natiq,
kütləni öz ardınca hara istəsə çəkib apara bilər. Elə ifadələr var ki, dəfələrlə istifadə
olunsalar belə, yenə də eyni təsirə malikdilər. Yeni formul axtarıb tapa bilən namizəd,
bu, konkret məna kəsb etməyən formul olsa belə, amma kütlənin ən rəngarəng
səylərinə cavab verə bilsə, onda həmin namizəd şəksiz uğura güvənə bilər. 1873-cü il
qanlı ispan inqilabı bu cür, mürəkkəb əhəmiyyətə malik və hər kəs tərəfindən
özünəməxsus izah oluna bilən bir neçə sözün vasitəsilə həyata keçirilmişdi. Müasir
yazıçılardan biri həmin inqilabın necə baş verdiyini belə nəql edib:
“Radikallar belə qənaətə gəlmişdilər ki, unitar respublika, respublika pərdəsi
altında maskalanmış monarxiyadan başqa bir şey deyil və korteslər (şəhərlərə verilən
nümayəndəlik hüququ) onları razı salmaq üçün yekdilliklə federal respublika elan
etdilər, özü də səs verənlərin heç biri mahiyyətcə nəyə səs verdiklərini belə
bilmirdilər. Lakin elan olunan formul hamını heyran qoymuş və sevincə qərq etmişdi.
Hamı düşünürdü ki, yer üzündə səxavət və xoşbəxtlik çarlığı yaradıblar.
Respublikaçılardan biri, düşmən tərəf onu federalist tituluna layiq görməmişdi deyə,
elə incimişdi ki, sanki alçaqcasına təhqir olunmuşdu. Hamı küçədə bir-birini bu
sözlərlə salamlayırdı: “Salud u republica federal!” və nizam-intizam olmaması və
downloaded from KitabYurdu.org


əsgər muxtariyyətinin şərəfinə himn oxuyurdular. Bəs, əslində həmin “federal
respublika” nə idi? Biriləri bu ad altında əyalətlərin və təsisatların Birləşmiş
Ştatlardakına bənzər, orada mövcud olduğu təki azadlıq əldə etdiyini və ya
administrasiyanın desentralizasiyası kimi başa düşürdülər; digərləri isə gələcəkdə
böyük sosial ləğvetmə keçirmək yolu ilə istənilən hakimiyyəti məhv etmək kimi qəbul
edirdilər. Barselona və Andaluziyada sosialistlər icmaların mütləq hakimiyyətini təbliğ
edir və İspaniyada öz qanunları ilə idarə olunan on min müstəqil bələdiyyə şəhəri
yaratmağı və eyni zamanda, ordu və jandarmı da ləğv etməyi düşünürdülər. Tezliklə
çaxnaşmalar genişlənərək bütün cənub əyalətlərinə yayıldı, bir şəhərdən digərinə, bir
kənddən başqasına keçdi. Elə ki, hər hansı bir icma “prononciamiento”ya
19
keçirdi,
ilk işi teleqrafı və dəmiryolunu məhv etmək olurdu ki, bununla da qonşuları və
Madrid ilə öz əlaqələrini tamamilə kəsdiklərini düşünürdülər. Müstəqil fəaliyyət
göstərməyən hətta ən kiçik bir kənd belə, qalmamışdı. Federalizm öz yerini yanğınlar,
qətllər və qanlı saturnaliyalarla
20
müşayiət olunan ən kobud
“kantonalizmə”
21
vermişdi.
Fikirlərin seçicilərin şüuruna təsir etməyinə gəldikdə, istənilən seçki yığıncağına
aid protokolu oxumaq kifayətdir ki, bu barədə özündə qəti fikir formalaşsın. Belə
yığıncaqlarda fikirlər, söyüşlər eşidilir, bəzən iş yumruq davasına qədər gedib çıxır,
lakin heç vaxt, heç bir müzakirə eşidə bilməzsən; əgər müəyyən vaxtlarda sakitlik
bərpa olunsa da, bu yalnız ən dalaşqan xarakterli iştirakçının namizədə çətin suallar
verməklə bağlı istəyini təklif edən zaman yaranır, bütün auditoriya da bundan həmişə
vəcdə gəlir. Lakin opponentlərin sevinci uzun sürmür, belə ki, çox tezliklə rəqiblər öz
bağırtıları ilə elə ilk andaca səs verənin səsini boğurlar. Bu növdən olan açıq
yığıncaqlara aid hesab edilən protokolları burada toplamışam, oxşar protokollar
müxtəlif qəzetlərdə az qala hər gün çap olunur:
“Təşkilatçı iştirakçılara prezident seçməyi təklif etdi, elə bu kifayət etdi ki, fırtına
qopsun. Anarxistlər büronu ələ keçirmək üçün irəli cumdular; sosialistlər qızğınlıqla
onların qarşısını almağa girişdilər, itələşdilər, bir-birlərini satqın, casus adlandırıb
söyüşdülər və sonda vətəndaşlardan biri gözünün altı qaralmış vəziyyətdə oranı tərk
etdi.
Nəhayət, ümumi çığırtılar altında birtəhər büronu təşkil edə bildilər və tribunada
kompanyon X. qaldı. O, sosialistlərə qarşı əsil ittiham aktı irəli sürdü. Onun özünü isə
bu cür sözlərlə susdurmağa çalışırdılar: “Gic!” Quldur! Lotu!” və s. kimi – epitetlərə,
kompanyon X., sosialistləri “idiot” və ya “təlxək” kimi təsvir edən nəzəriyyə ilə cavab
verirdi.
...Allemanın partiyası dünən axşam Foburq dyu Tamil küçəsindəki ticarət zalında
fəhlələrin bayramı olan 1 maya hazırlıqla bağlı böyük yığıncaq təşkil etmişdi. Şüar
belə idi: “sakitlik və əmin-amanlıq”.
“Kompanyon Q. sosialistləri gic və yalançı adlandırdı; həmin andaca natiq və
iştirakçılar bir-birlərini söyüşlərə qonaq etdilər və iş əlbəyaxa qovğasına qədər gedib
çıxdı, səhnəyə stullar, skamyalar, stollar və sair atıldı”.
Elə düşünmək lazım deyil ki, müzakirələrin bu üsulu yalnız məlum seçici sinfinə
aiddir və bu, onların sosial vəziyyətlərindən asılıdır. Hansı olmasından asılı
olmayaraq, hər bir anonim yığıncaq, hətta o, bütünlüklə elm adamlarından təşkil
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə