Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   73   74   75   76   77   78   79   80   81

“Həmin gün, eyni gəmi satqın siyasətçini və anarxistin qatilini coşqun sürgün
sahillərinə daşıyacaq, onlar öz aralarında söhbətə başlaya bilər və bir-birlərinə eyni
sosial sifarişin iki əlavə tərəfləri kimi görünə bilərlər”.
Həmin çıxışda yaradılan obrazın tərzi kifayət qədər aydın idi və natiq tərəfindən
nə ilə hədələndiklərini, rəqibləri əlbəttə, hiss etməmiş deyildilər. Söylənilənlərdən
onlar eyni zamanda həm coşqun sahilləri və onları ora aparacaq gəmini təsəvvür edir,
həm də pis siyasətçilər kateqoriyasına aid oluna biləcəkləri ilə bağlı natiqin eyhamını
başa düşürdülər. Təbii ki, bu zaman onlar vaxtilə Konvent üzvlərinin Robespyerin
anlaşılmaz nitqini dinləyərkən, ən azından gilyotinin bıçağının altına düşmə ehtimalı
olduğunu hiss etdiklərinə bənzər, qarışıq qorxu hissi duymalı idilər. Elə bu qorxu
hissinin təsiri altında Konvent üzvləri həmişə Robespyerə güzəştə gedirdilər.
Ən inanılmaz mübaliğələri özlərinə rəva görmək, liderlərin marağındadır. İndi
sözlərindən sitat gətirdiyim natiq, bankirlər və ruhanilərin bombalı hücumlar təşkil
edənlərə məvacib verdiklərini və nəhəng maliyyə şirkətlərinin rəhbərliyinin də
anarxistlər kimi cəzalandırılmağa layiq olduqlarını iddia edə bilərdi və bu, elə də
xüsusi etirazlar doğurmazdı. Belə iddialar izdihama həmişə təsir edir və hətta nə
qədər güclü olarsa, kütlənin hərəkətləri daha çılğın və daha təhlükəli xarakter alır.
Fəsahətlilik qədər kütləni qorxudan ikinci bir şey yoxdur, adlarının satqın və ya
cinayət ortağı kimi hallana biləcəyindən ehtiyat etdiklərindən, heç kim söylənilənlərə
qarşı çıxmağa cəsarət edə bilmir.
Bu cür xüsusi bəlağəti bütün yığıncaqlarda müşahidə etmək olur və böhranlı
çağlarda o daha da güclənir. Məşhur inqilab natiqlərinin çıxışlarını oxumaq bu
nöqteyi-nəzərdən çox maraqlıdır. Bu natiqlər cinayətləri təqdim etmək və
məziyyətləri tərifləməkdən ötrü, eləcə də müstəbidlərə qarşı öz küfrlərini söyləyərək,
lənət yağdırmaq üçün çıxışlarını tez-tez dayandırmağı özlərinə borc bilirdilər və
ardınca da dərhal and içirdilər – “ya azad yaşamalı, ya da ölməli”. Dinləyicilər ayağa
qalxıb coşqunluqla natiqləri alqışlayırdılar və sonra sakitləşərək yenidən öz yerlərinə
əyləşirdilər.
Lider bəzən ağıllı və ziyalı bir insan da ola bilər, lakin ümumiyyətlə, götürdükdə,
bu keyfiyyətlər ona faydadan daha çox, ziyan gətirir. Zəka insanı daha iltifatlı edir,
qarşısındakı şeylərin mürəkkəbliyini açır və bunları özünə aydınlaşdırmaq və dərk
etmək imkanı verir, eləcə də gərginliyi və inam gücünü təbliğçi və həvari olmaq üçün
zəruri olan qədər əhəmiyyətli dərəcədə zəiflədir. Bütün zamanların məşhur liderləri,
xüsusilə də inqilab rəhbərləri dünyagörüşü baxımından fövqəladə məhdudluqları ilə
fərqlənirdilər, maraqlıdır ki, bu sahədə daha az fərqlənənləri izdihama daha güclü
təsir etmək imkanına malik olurdular.
Onlardan ən məşhuru, Robespyerin çıxışları, öz mənasızlığı ilə çox vaxt adamı
heyrətə gətirir. Bu nitqləri oxuyarkən, əzəmətli diktatorun nəhəng rolunu özümüz
üçün heç cür aydınlaşdıra bilmirik.
“Ümumi söz yığını, didaktik bəlağətli söz yığını və latın mədəniyyəti, hər şeydən
daha çox uşaq ruhuna xidmət edir, nəinki hər hansı bir heyvərənin gah müdafiə, gah
da hücumla sərhədlənən və “Bura gəl!” – deyə bağıran məktəbli ədasına. Heç bir
ideya, heç bir fərasətli fikir və ya ədalar, amma fırtına arasında daimi cansıxıcılıq. Və
downloaded from KitabYurdu.org


oxuyub başa çıxarkən, özündən asılı olmayaraq ucadan “uf!” deyə qışqırmaq
istəyirsən – lap, nəzakətli Kamill Demulenin etdiyi kimi”.
Bəzən o güc haqqında düşünmək belə qorxuludur, hansı ki, insana fövqəladə
dərəcədə məhdud ağıl verir, lakin hansısa möhkəm inamın bəxş etdiyi cazibə
qüvvəsinə malik olur. Amma bütün maneələri aşmaq və nələrisə istəməyi bacarmaq
üçün, məhz, həmin şərtləri özündə birləşdirmək lazımdır. İzdiham instinktiv olaraq
özlərinə bu cür əmin olan enerjili adamları dərk edir və öz hakimləri kimi qəbul
edirlər, hansı ki, daim ona tələbat duyurlar.
Parlament iclaslarında hər hansı bir çıxışın uğuru demək olar ki, bütünlüklə
natiqin cazibə qüvvəsindən asılı olur, gətirdiyi dəlillərdən yox. Və bunun bu cür
olduğu təsdiqlənir, belə ki, əgər natiq hər hansı bir səbəb üzündən öz cazibəsini
itirirsə, həmin vaxt həm də təsir göstərmək imkanından məhrum olur, yəni, artıq o, -
arzusuna uyğun səsvermə yolu ilə idarə etmək hakimiyyətinə malik olmur.
Dinləyicilər qarşısında nitq söyləyən və çıxışı yalnız bu cür sübut və dəlillərdən
ibarət olan naməlum natiqə gəldikdə, ümid edə biləcəyi yeganə şey – qulaq asanların
onu dinləməsi ola bilər. Deputat və bəsirətli psixoloq Dekyub cazibəyə malik olmayan
deputat obrazını belə xarakterizə edib:
“Yerini tribunada rahatlayan deputat, sənədləri çıxardı və müntəzəm
vərəqləyərək, inamla öz nitqinə başladı... Fikirləri ilə özünü arxayınlaşdırırdı, elə
güman edirdi ki, bununla, öz əminliyi ilə dinləyicilərin qəlbinə yol tapacaq. O, diqqətlə
öz arqumentlərini ölçüb-biçir və çoxlu rəqəmlər və sübutlar ehtiyatı topladığı üçün
öncədən öz müvəffəqiyyətinə arxayındır, belə ki, onun fikrincə, həqiqətin qarşısında
hər cür müqavimət gücsüzdür. Beləliklə, düzgünlüyünə əminliklə, həqiqət qarşısında
baş əyməkdən başqa heç nə barədə düşünməyən həmkarlarının diqqətinə
güvənərək, çıxışına başlayır.
O, başlayan hay-küydən bir qədər rahatsız şəkildə sözünə davam edir və salonda
baş verənlərin təsirindən çox heyrətlənir.
Əgər, sakitlik təmin olunmursa, bu nə deməkdir? Bu cür ümumi diqqətsizlik
nədən qaynaqlanır? Bax, bir-biri ilə danışan o iki nəfər nə barədə düşünür? Hansı
israrlı səbəb bax, həmin deputatı öz yerini tərk etməyə məcbur etdi?
Natiq həyəcanlanmağa başlayır, qaşlarını çatır və dayanır. Prezident tərəfindən
ürəkləndirilən natiq, yenidən səsini yüksəldir. Amma ona daha az adam qulaq asır. O,
səsini bir qədər də gərginləşdirir, narahat olur; səs-küy getdikcə yüksəlir. Artıq öz
danışdıqlarını belə, eşidə bilmir, bir daha susur, sonra bu susqunluğun “müzakirəni
kəsin” kimi xoş olmayan nida eşidəcəyindən qorxub, yenidən nitqini davam etdirir.
Salondakı hay-küy isə dözülməz dərəcəyə çatır”.
Parlament iclaslarında həyəcan müəyyən dərəcəyə çatanda, adi yekcins izdihama
bənzəyir və hisləri də həmişə ifrat həddə olur. Onlar böyük qəhrəmanlığa və eyni
zamanda həm də ən pis zorakılığa qadirdilər. Belə yığıncaqlarda fərd o dərəcədə özü
olmaqdan qalır ki, hətta birbaşa şəxsi maraqlarına zərbə vura biləcək tədbirə belə,
səs verə bilər.
İnqilabların tarixi, yığıncaqların hansı həddədək qeyri-iradiliyə yuvarlana
biləcəyini və özlərinin maraqlarına ən zidd gələn təlqinlərə tabe ola biləcəyini təsdiq
edir. İmtiyazlardan imtina zadəganlardan ötrü böyük qurban idi, amma məşhur Təsis
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə