Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   73   74   75   76   77   78   79   80   81

olunsa belə, müzakirələr zamanı həmişə eyni forma ilə ifadə olunur. Mən, artıq qeyd
etmişəm ki, izdihamda olduqları zaman adamlar aralarındakı əqli fərqləri aradan
qaldırmağa cəhd edirlər və belə dəlillər ilə hər addımda rastlaşırıq. Budur, məs,
tərkibi əsasən tələbələrdən təşkil olunmuş yığıncağın protokolundan çıxarışın, 1895-
ci il fevralın 13-də “Temps” qəzetində çap olunmuş nüsxəsinə diqqət yetirək:
“Vaxt ötdükcə hay-küy daha da yüksəlirdi və düşünmürəm ki, elə bir natiq tapıla
bilərdi ki, sözü kəsilmədən iki cümlə belə, söyləyə bilsin. Hər dəqiqə gah bir, gah da
digər yerdən, bəzən isə hər tərəfdən qışqırıq səsləri yüksəlirdi; alqışlayırdılar, fit
çalırdılar, müxtəlif dinləyicilər arasında qızğın mübahisələr qopurdu, təhdidlə
əsalarını yelləyir, ahənglə döşəməyə vurub, qışqırırdılar: “Rədd ol! Tribunaya qalx!”.
M.S. assosiasiyanın ünvanına ən mənfi ibarələri səsləndirirdi, onu ən rəzil, dəhşətli,
satqın və qisasçı və s. adlandırır, bəyan edirdi ki, cəhd edəcək ki, onu məhvə etsin...”
Sual oluna bilər, belə şərtlər altında seçici öz fikirlərini necə təşkil edə bilər?
Lakin belə bir sual bizdə yalnız bu cür yığıncaqların azadlığı ilə bağlı qəribə yanlışlığa
qapılan zamanlarda yaranır. Axı kütlə yalnız təlqin edilmiş fikirlərə malik olur və heç
vaxt onları müzakirə yolu ilə tərtib etmir. Bizi məşğul edən olaylarda fikirlər və
seçicilərin səsi seçici komitələrinin əlində olur ki, çox vaxt da rəhbərləri, fəhlələr
üzərində təsirə malik olan şərab tacirləri olur, hansı ki, onlara kreditlər verirlər.
“Bilirsinizmi, seçici komitələri nədir? – müasir demokratiyanın ən cəsur
müdafiəçilərindən biri, cənab Seqerer soruşur. – Bu, sadəcə, bütün təsisatlarımıza
açardır, bizim siyasi maşınımızın əsas hissəsidir. Fransa hazırda komitələr tərəfindən
idarə edilir”.
Adlarının nə olmasından asılı olmayaraq komitələr: klublar, sindikatlar və s.
izdihamın yaxınlaşmaqda olan qüdrətinin ən təhlükəli başlıca elementidir. Onlar öz-
özlüyündə ən simasız və nəticə etibarilə, ən müstəbid tiranlıq formasıdır. Komitələrə
rəhbərlik edən və hansısa yığıncağın adından danışmaq və fəaliyyət göstərmək
hüququ olan liderlər, hər cür məsuliyyətdən kənardılar və özlərinə hər şeyi rəva görə
bilirlər. Ən şiddətli tiranlar belə, inqilabi komitələr tərəfindən imzalanan bu cür
göstərişlərə yol verə bilməzdilər. İnqilabi komitələr Konventi qırıb-çatırdılar,
kəsirdilər və nə qədər ki, Robespyer onların adından danışa bilirdi, o zamana qədər
mütləq hakim olaraq qalırdı. Lakin bir gün həmin komitələrdən uzaqlaşan kimi, o da
məhvə məhkum oldu. Kütlənin çarlığı – bu, komitələrin, yəni onların rəhbərlərinin
hökmranlığıdır və bundan qəddar despotizmi təsəvvür belə edə bilməzsən.
Komitələrə təsir etmək elə də çətin deyil; bunun üçün namizədin yalnız onlar
tərəfindən qəbul olunması və kifayət qədər resurslara malik olması yetərlidir.
İanəçilərin özlərinin etirafına görə, üç milyon kifayət edib ki, general Bulanje üçün
çoxsaylı seçkilər təşkil olunsun.
Seçki kütləsinin psixologiyası bax, bu cürdür; o, digər kateqoriyadan olan kütlə
psixologiyasından heç nə ilə fərqlənmir və onlardan nə yaxşı, nə də pis deyil. Amma
yuxarıda söylənilənlərə söykənərək mən, bütün hallarda ümumi səsverməyə qarşı bir
nəticəyə gələ bilməyəcəyəm. Əgər, bu təsisatın taleyi məndən asılı olsaydı, bilavasitə
kütlə psixologiyasının öyrənilməsindən təzahür edən praktiki təsəvvürləri rəhbər
tutaraq, onu elə bu şəkildə, indi mövcud olduğu vəziyyətdə saxlayardım. Şübhəsiz,
ümumi səsvermə zamanı narahatlıqlar kifayət qədərdir, onlar gözdən yayınmır və
downloaded from KitabYurdu.org


onları inkar etmək mümkünsüzdür. Eləcə də sivilizasiyanın, piramidanın üst qatını
zəbt etmiş, yalnız ali zəka qabiliyyətlərinə malik istedadlı kiçik azlığın işi olduğunu da
inkar etmək olmaz, müxtəlif millətlər qatının əqli səviyyəsindən asılı olaraq, o,
tədricən, aşağılara doğru genişlənir. Əlbəttə, sivilizasiyanın əzəməti yalnız sayının
çoxluğuna əsaslanan primitiv elementlərin səslərindən asılı ola bilməz; heç şübhəsiz,
kütlənin verdiyi səslər əksər vaxtlarda çox təhlükəli olur və bizlər belə basqınlardan
az zərər görməmişik. Çox güman ki, kütlənin əzəmətli gücünün yaxınlaşması
baxımından gələcəkdə də bunun acısını artıqlaması ilə çəkəcəyik. Lakin nəzəri
baxımdan tamamilə düzgün olan bütün bu etirazlar, ehkamlara çevrilən ideyaların
sarsılmaz qüdrəti barədə düşündüyümüz anda, praktiki nöqteyi-nəzərdən gözlərimiz
önündə öz gücünü itirir. Ehkam kütlənin fəlsəfi nöqteyi-nəzərdən müdafiəyə ehtiyacı
olmayan ali hakimidir, tamamilə orta əsrlər dini ehkamları kimi, lakin bununla
bərabər hazırkı dövrdə o, mütləq gücə malikdir; bu ehkam da nəticə etibarilə, vaxtilə
dini ideyalarımızın malik olduğu toxunulmazlığa malikdilər. Sehrli gücün köməyi ilə
orta əsrlərə göndərilə bilən müasir azad düşüncəli birini təsəvvürünüzə gətirin. Bəlkə,
düşünürsünüz ki, dini ideyaların o zamanlarda başlıca qüdrət kəsb etdiyindən
xəbərdar olan bu şəxs, onlara qarşı mübarizəyə qalxmağa cəhd edə bilər? Və yaxud
İblislə müqavilə bağlamaqda ittiham edilərək, bu səbəbdən onu tonqalda yandırmaq
istəyən hakimin əlinə düşərsə, o, İblisin və ya ifritələrin toplaşdığı gecə məclisinin
mövcud olub-olmaması ilə bağlı iddia ilə çıxış edəcək? Lakin kütlənin inancları ilə
bağlı höcətləşmək – bu, eyni ilə qasırğa ilə mübahisəyə qalxmaq kimi bir işdir. Ümumi
səsvermə yolu ilə möhkəmlənən ehkam, hazırda dini ehkamların vaxtilə malik
olduqları gücə sahibdilər. Natiqlər və yazıçılar onunla bağlı elə hörmətlə və elə
yaltaqcasına fikir bildirirlər ki, hətta XIV Lüdovikin ünvanına beləsi söylənilməyib. Ona
görə, bu ehkama da digər bütün dini ehkamlar kimi münasibət bəsləmək lazımdır,
çünki ona da yalnız zaman təsir edə bilir.
Bununla belə, həmin ehkam bütün hallarda xeyrinə danışılan bəzi Əsaslara
söykəndiyindən, onu yerindən oynatmaq cəhdi faydasız olardı. “Bərabərlik zamanı, –
Tokvil haqlı olaraq deyir, – adamlar oxşarlıq təşkil etdiklərindən, nəticə etibarilə, bir-
birlərinə heç bir etimad bəsləmirlər. Amma demək olar ki, məhz elə bu oxşarlıq
onlarda ictimai rəyə qarşı sonsuz inam yaradır, çünki hesab edirlər ki, inkişaf
baxımından eyni ümumi idrakı həqiqət çoxluğun yanında ola bilər”. Bu səbəbdən
ehtimal etmək olarmı ki, hər hansı bir əsasda səslərin verilməsi məhdudlaşdırılarsa,
bu, kütlənin səs verməsini yaxşılaşdıra bilər? Tərkibindən asılı olmayaraq, bütün
yığıncaqların primitiv əqli səviyyəsi ilə bağlı əvvəllər söylədiyim səbəblər əsasında,
bunun belə olacağını güman etmirəm. Kütlədə insanlar həmişə yarışırlar və iş əgər,
ümumi məsələlərə aid olursa, onda qırx nəfər akademikin səs verməsi ilə qırx su
daşıyanın səs verməsi arasında heç bir fərq olmayacaq. Düşünmürəm ki, tez-tez
tənqid edilən universal seçki hüququ, (hər hansı bir səsvermənin məsələn,
imperiyanın bərpası ilə bağlı seçkilər bütün günahı onların üzərinə yıxılır) səs verənlər
yalnız alimlər və təhsillilərdən ibarət olsaydı, başqa cür alınardı. Hər hansı bir fərd
əgər, yunan dilini, riyaziyyatı öyrənib, memar, baytar, tibb işçisi və ya vəkil olubsa,
bu, hələ o demək deyil ki, o, sosial məsələlərlə bağlı xüsusi məlumatlar əldə edib. Axı
iqtisadçılarımızın çoxu təhsillilərdən ibarətdir, əksər hallarda professor və
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə