Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   73   74   75   76   77   78   79   80   81

akademiklərdi, lakin elə bir ümumi məsələ mövcuddurmu ki, məsələn,
proteksionizm, bimetallizm və s. bu xüsusda onların arasında hər hansı bir razılıq əldə
olunsun? Və bu ona görə belədir ki, onların hər cür elmi, yalnız ümumi cahilliyin çox
yumşaq formasıdır. Sosial problemlər qarşısında isə, hansı ki, ora çoxsaylı naməlum
kəmiyyətlər daxildir, bütün cəhalət yarışır.
Beləliklə, seçki korpusu əgər, hətta tamamilə elm adamlarından təşkil olunsa
belə, bütün hallarda onların rəyi, indiki seçici rəyindən nə yaxşı, nə də pis ola bilərdi.
Onlar da eyni ilə öz hislərini və öz partiya maraqlarını rəhbər tutacaqdılar.
Çətinliklərimiz nə olursa olsun azalmazdı, amma bizlər bundan əlavə həm də
kastaların ağır zülmünü də üzərimizdə hiss edəcəkdik.
Kütlənin səsverməsi hər yerdə eyni olacaq və nəhayətdə, həmişə cəhdlərin və
irqlərin qeyri-iradi tələbatlarının təzahürləri kimi çıxış edəcək – bu səslərin verilməsi
məhdud və ya ümumi olacaq və səsvermə respublika və ya monarxiya quruluşlu
ölkədə, Fransa, Belçika, Portuqaliya və ya İspaniyada keçiriləcək, fərq etməyəcək.
İstənilən ölkədə bütün seçkilərin ədədi ortası, irqin ruhunun təsvirinə xidmət edir, bu
ruh isə nəsildən nəslə demək olar ki, eyni qalır.
Bütün yuxarıda deyilənlər bizi bir daha belə bir nəticəyə gətirib çıxarır ki, irq
mühüm əhəmiyyətə malikdir və təsisatlar və hökumətlər xalqların həyatında cüzi rol
oynayırlar. Bu sonuncular, başlıca olaraq irqin ruhu, yəni, irsi qalıqlar tərəfindən idarə
olunurlar, məcmu olaraq da elə irqin ruhunu təşkil edirlər. İrq və gündəlik həyatın ən
zəruri tələbatlarının məqsədi – bax, millətlərin taleyini idarə edən sirli hakimlər
bunlardır.
V fəsil
PARLAMENT YIĞINCAQLARI
Parlament kütləsində ümumi, müxtəlif cinsli qeyri-anonim izdihamın əksər
xüsusiyyətləri müşahidə olunur. – Fikirlərin səthiliyi. – Təlqinə həssaslıq və onun
sərhədləri. – Rəhbərlərin rolu. – Onların cazibə qüvvəsinin səbəbləri. – Onlar
yığıncaqların əsil hakimləridirlər, hansı ki, səsvermə kiçik azlığın səsverməsi şəklində
təqdim olunur. – Rəhbərlərin qüdrəti mütləqdir. – Onların natiqlik məharətinin
elementləri. – Sözlər və obrazlar. – Cazibə qüvvəsinə malik olmayan natiq öz
dəlillərini qəbul etdirmək iqtidarında olmur. – Həm yaxşı, həm də pis hislərin
mübaliğəsi. – Məlum anlarda təzahür edən avtomatizm. – Konventin iclası. –
Yığıncaqlarda izdihamın xüsusiyyətlərini itirdiyi hallar. – Texniki məsələlərdə
mütəxəssislərin təsiri. – Parlament rejimlərinin bütün ölkələrdə üstünlükləri və
təhlükələri. – O, müasir tələbatlara uyğunlaşıb, amma böyük maliyyə xərcləri və
azadlığın mütərəqqi məhdudlaşdırılmasına gətirib çıxarır. – Nəticə.
Parlament iclası özlüyündə müxtəlif cinsli, qeyri-anonim kütləni təmsil edir.
Müxtəlif dövrlərdə və fərqli xalqlarda müxtəlif tərkibdə olmalarına baxmayaraq,
onlar hələ də oxşar xüsusiyyətlər nümayiş etdirirlər, özü də irqlərin təsiri burada
downloaded from KitabYurdu.org


həmin xüsusiyyətlərin yalnız azaldılması və ya artırılmasında özünü hiss etdirir. Ən
müxtəlif ölkələrdə, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya, Fransa, Amerikada
parlament iclasları zamanı müzakirələr və səsvermə çox böyük bənzərlik təşkil edir və
hökumətlərə eyni çətinlikləri yaşadırlar.
Bununla belə, parlament rejimi bütün müasir sivilizasiyalı xalqların idealıdır,
baxmayaraq ki, onun təməlinə müəyyən sayda adamların bir yerə toplanarkən, az
sayda olan insanlardan daha müstəqil və müdrik qərarlar qəbul etməsi kimi yanlış
psixoloji ideya qoyulub.
Parlament iclaslarında biz, hər cür ümumi kütləyə aid xüsusiyyətlərlə qarşılaşırıq:
ideyaların səthiliyi, əsəbilik, təlqinə həssaslıq, hislərin mübaliğəsi, rəhbərlərin
üstünlük təşkil edən təsiri. Amma özünün xüsusi tərkibinin nəticəsi olaraq parlament
kütləsi bəzi xüsusiyyətlərə malikdir, biz burada onu qeyd edəcəyik.
Fikirlərin səthiliyi bu kütlənin mühüm xüsusiyyətini təşkil edir. Bütün partiyalarda
və xüsusilə də latın xalqlarında, hər cür hadisə zamanı tətbiq edilən ən mürəkkəb
sosial problemləri, ən sadə abstrakt prinsiplər və ümumi qanunlar vasitəsilə həll
etməyə dəyişilməz meyillilik görürük. Prinsiplər təbii olaraq hər partiyaya uyğun
dəyişilir, amma izdihamda özünü tapdıqdan sonra fərdlər həmişə həmin prinsiplərin
dəyərini şişirtməyə cəhd edir və onları ifrat həddə yüksəltməyə səy göstərirlər. Bax,
niyə parlamentlər həmişə ən ifrat fikirlərin təmsilçiləri olurlar.
Bu cür yığıncaqların səthiliyinə yakobinçilərin böyük inqilabı ən mükəmməl
nümunə sayıla bilər. Ehkamlar və məntiqlə dolub-daşan, beyinləri qeyri-müəyyən
ümumiləşdirmələrlə dolu yakobinçilər, baş verənlərə əhəmiyyət vermədən və demək
olar ki, bütün inqilab dövründə buna ümumiyyətlə, diqqət yetirmədən, öz sarsılmaz
prinsiplərini həyata keçirməyə girişmişdilər. Özləri üçün təlimat xarakterli çox sadə
ehkamlarla silahlanan yakobinçilər, cəmiyyəti hər sahədə təkmilləşdirə biləcəklərini
və zərif sivilizasiyanı sosial təkamülün erkən fazasına qaytaracaqlarını təsəvvür
edirdilər. Arzularını həyata keçirmək üçün istifadə edilən üsullar da həmçinin mütləq
səthilikləri ilə fərqlənirdi. Onlar yalnız bir sahədə məhdudiyyət tanıyırdılar, özlərinə
mane olan hər bir şeyi zorakılıqla aradan qaldırmaqla bağlı. Bununla belə, başqaları
da – jirondistlər, montanyarlar, termidorlar və sair – eyni ruhda hərəkət etmişdilər.
Hər cür izdiham kimi, parlament kütləsi də təlqinin təsirinə çox asan yuvarlanır,
həmin təlqin isə ovsunlayıcı rəhbərlərdən təzahür edir. Amma parlament iclaslarında
təlqinə qarşı həssaslıq kəskin müəyyən olunmuş sərhədlərə malik olur və onları
göstərməyə heç nə mane olmur.
İclaslarda parlament nümayəndələri yerli və yaxud vilayət maraqlarını təmsil
edən hər cür məsələlərə dair o dərəcədə yenilməz, dəyişilməz fikirlərə malik
olurdular ki, heç bir arqument onları sarsıtmaq iqtidarında olmurdu. Hətta Demosfen
kimi mahir natiqin istedadı belə, deputatı həmin işlərlə bağlı məsələlərdə, nüfuzlu
seçicilərin tələblərini təmsil edən məs, proteksionizm və sair kimi, öz rəyini
dəyişdirməyə məcbur edə bilməmişdi. Vaxtilə ilə seçiciləri tərəfindən deputatlara bu
ruhda təlqin olunanlar, o dərəcədə güclü olur ki, hər cür digər təlqinlərə mane olur və
fikirlərin mütləq sarsılmazlığının qorunmasına kömək edir.
Seçki zamanı əvvəlcədən müəyyən edilmiş fikirlərə, yəqin ki, qədim ingilis
parlament xadimlərindən birinin aşağıdakı düşüncələri də aid edilə bilər:
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə