Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   73   74   75   76   77   78   79   80   81

“Vestminsterdə iclaslarda iştirak etdiyim əlli il ərzində mən, bir çox nitqlərə qulaq
asmışam. Həmin nitqlərdən yalnız bəziləri fikrimi dəyişdirməyə məcbur edib, lakin
onlardan heç biri qərarımı dəyişdirə bilməyib”.
Ümumi xarakterli məsələlərdə, məsələn, nazirliyin ləğvi, vergilərin təsisi və sair
fikirlərdə heç bir möhkəmlik mövcud olmur və ona görə də rəhbərlərin təlqini adi
kütlədə olduğu kimi, burada da tamamilə eyni cür təsir göstərir. Hər bir partiyada
bəzən, tamamilə eyni cür təsirdən istifadə edən rəhbərlər mövcud olur, bu səbəbdən
deputat bəzən əks təlqinlərə məruz qalır və təbii olaraq qətiyyətsizlik göstərir.
Deputatın bəzən dörddə bir saat ərzində öz fikrini dəyişdirməsi, zidd qərarlar qəbul
etməsi və elə indicə onlar tərəfindən qəbul edilən qərara, onun bütün əhəmiyyətini
alt-üst edən hansısa maddəni əlavə etməsi, bununla izah olunur. Belə ki, məsələn, elə
indi zavod sahiblərinin öz işçilərini seçmək və işdən çıxarmaqla bağlı hüququnu
əlindən alan deputat, həmin qanuna düzəlişlər qəbul etməklə, onu demək olar ki,
tamamilə qüvvədən salır.
Elə bu əsasda, deputatlar palatasında hər bir qanunvericilik mərhələsində
tamamilə müəyyən fikirlərlə yanaşı, olduqca qeyri-müəyyən fikirlər də yer alır. Lakin
ümumi xarakterli məsələlər sayca həmişə çox olduğundan, palatada seçicilər
qarşısında qorxu hissi tərəfindən dəstəklənən, həmişə rəhbərlərin təsirinə müqabil
gizli təlqin yaratmağa cəhd edən mütləq bir qətiyyətsizlik, üstünlük təşkil edir. Elə bu
cür, özü də çoxsaylı müzakirələrdə, iclas üzvlərində əvvəlcədən müəyyən edilmiş
fikirlər mövcud olmadıqda, kütləyə öz rəylərini qəbul etməyə vadar edən rəhbərlər
həmişə qələbə qazanırlar. Belə rəhbərlərə aşkar tələbat var, çünki qrup başçıları adı
altında onlara bütün ölkələrin parlamentlərində rast gəlinir və onlar həmin iclasların
əsil hakimləridirlər. İzdihamdakı insanlar rəhbərsiz keçinə bilmirlər və ona görə də
hər hansı bir yığıncaqdakı səsvermə adətən çox kiçik bir azlığın fikirlərinin təzahürünü
təşkil edir.
Rəhbərlər, başlıca olaraq öz fikirləri ilə yox, öz cazibə qüvvələri ilə təsir
göstərirlər. Buna ən yaxşı sübut kimi, hər hansı bir təsadüf üzündən onların cazibə
qüvvələrini qeyb etdikləri zaman, həm də öz təsirlərini də itirdiklərini nümunə
göstərmək olar.
Liderlərin cazibəsi fərdi xarakter daşıyır və bu, nə addan, nə də şöhrətdən asılı
deyil. Görün, Jül Simon 1848-ci ilin məşhur adamlarından nə danışır, halbuki özü də
onlarla birgə iclaslarda iştirak edib.
“Lüdovik, Napoleon hökmdar olmazdan iki ay öncəyə qədər heç kim idi...
Viktor Hüqo tribunaya qalxdı. Uğur qazana bilmədi. Onu Feliks Piaya qulaq asan
təki dinləyirdilər, amma ondan da az alqışladılar. “Onun ideyalarını xoşlamıram, –
Feliks Pia haqqında danışanda, Volabell mənə belə dedi, – amma o, Fransanın ən
görkəmli yazıçılarından biridir və ən məşhur natiqidir”. Bu, nadir və əzəmətli zəka
sahibi Edqar Kine heç nə hesab edilirdi. Onun populyarlığı yığıncaq başlayana qədər
çəkirdi, lakin iclasların özündə heç bir nüfuza malik olmurdu...
Siyasi iclaslar özlüyündə, dünyada dahilərin şöhrətinin məhz, ən az duyulduğu
yerdir. Orada zamana və yerə uyğunlaşmış mahir çıxışlar, vətənə yox, partiyaya
göstərilən xidmətlər əhəmiyyət daşıyır. 1848-ci ildə Lamartinə və 1871-ci ildə Tyerə
lazımi ehtiramı göstərmək üçün zəruri olan dəfedilməz təhlükələr kimi son dərəcə
downloaded from KitabYurdu.org


əzəmətli stimul var idi, lakin elə ki, hər şey ötüb keçdi, qorxu və minnətdarlıq hisləri
aradan qalxdı”. Bu sitatı izah etmək naminə deyil, orada psixoloji baxımdan adi
maraq doğuran həmin faktlardan danışıldığına görə nümunə gətirdim. Əgər izdiham
rəhbərlərin vətən və partiya qarşısında göstərdikləri xidmətləri diqqətə alsaydı, onda
o, öz kütlə xarakterini həmin andaca itirərdi. Rəhbər qarşısında itaətkarlıq edən kütlə,
yalnız onun cazibə qüvvəsinə tabe olur və bura hər hansı bir maraq və ya təşəkkür
hissi qarışmır. Bu səbəbdən zəruri cazibə qüvvəsinə malik olan lider, demək olar ki,
mütləq hakimiyyət əldə edir. Məsələn, öz cazibəsi sayəsində bir çox illər ərzində
olduqca böyük nüfuza malik bir məşhur deputat tanıyırdım ki, son seçkilərdə məlum
maliyyə hadisələri nəticəsində döyülərək əzişdirilmişdi. Öncə tək onun bir işarəsi ilə
nazirliklər devrilirdi və bir yazıçı onun fəaliyyətini aşağıdakı şəkildə müəyyən etmişdi:
“Cənab X.-ya biz başlıca olaraq ona görə borcluyuq ki, Tonkinə görə lazım
olduğundan üç dəfə artıq ödəmişdik, Madaqaskarda lazım olan səviyyədə
möhkəmlənə bilməmişdik, fırıldaq yolu ilə aşağı Nigerdə hökmranlığımızı əlimizdən
almışdılar və biz əvvəllər Misirdə malik olduğumuz üstün vəziyyəti itirmişdik. Cənab
X.-nın nəzəriyyələri bizə I Napoleonun viranə qoyduqlarından daha böyük ərazi
itkiləri hesabına başa gəldi”.
Amma yuxarıda adı çəkilən rəhbəri həddən çox ittiham etmək lazım deyil.
Əlbəttə, bu, bizə çox baha başa gəldi, lakin bütün hallarda təsiri başlıca olaraq ona
əsaslanırdı ki, həmin lider ictimai rəyin ardınca getmişdi. Müstəmləkə məsələlərində
isə onun baxışları indikindən fərqli idi. Lider çox nadir hallarda ictimai rəydən irəlidə
gedir; adətən həmişə ardınca gedir və onun bütün yanlışlıqlarını özünə mənimsəyir.
Cazibə qüvvəsindən başqa rəhbərlərin istifadə etdikləri inandırma üsulları hər
cür digər izdihamdakının bənzəridir. Onlardan məharətlə istifadə etməkdən ötrü
rəhbər heç olmasa qeyri-iradi şəkildə olsa da kütlə psixologiyasını başa düşməli və
izdihama necə müraciət etməyi bilməlidir. Xüsusilə məlum sözlər, formul və
obrazların cazibə qüvvəsindən xəbərdar olmalıdır. Özündə əsasən enerjili, həm də
tamamilə dəlilsiz iddiaları və parlaq obrazlarla çərçivələnmiş səthi fikirləri birləşdirən,
həddən artıq aydın danışıq qabiliyyətinə malik olmalıdır. Bu növ danışıq qabiliyyətinə
bütün yığıncaqlarda, bütün təmkinliliyinə baxmayaraq, hətta İngiltərə parlamentində
belə rast gəlmək olur.
“Biz daim icmalar palatasındakı müzakirələr barədə oxumalı olurduq, – deyə
ingilis filosof Men yazırdı, – demək olar ki, həmin müzakirələr tamamilə ümumi
yerdəyişmələrdən ibarət, elə də xüsusi əhəmiyyət kəsb etməyən, amma çox kəskin
ifadələrdən ibarət idi. Lakin bu növ ümumi formullar təmiz demokratiya təsəvvürünə
heyrətamiz təsir göstərirdi. Ümumi xarakterli dəlilləri, əgər bunlar onun təsəvvürünə
təsir göstərən ifadələrdə təqdim olunarsa, kütləyə həmişə çox asanlıqla qəbul
etdirmək mümkündür. Baxmayaraq ki, həmin dəlillər heç bir ilkin yoxlamadan
keçirilməyib və hətta çox güman ki, onun üçün əlçatan da deyil”.
Bu cür güclü təzahürlərin əhəmiyyəti, yuxarıdakı sitatda qeyd olunub, zərrə
qədər də şişirdilməyib. Biz söz və formulların xüsusi qüvvəsini bir neçə dəfə qeyd
etmişik. Elə sözlər tapmaq lazımdır ki, çox canlı obrazlar doğura bilsinlər. Bizim
iclasların rəhbərlərindən birinin çıxışından misal gətirəcəyim növbəti cümlə belə
fəsahətliliyə əla nümunə kimi xidmət edir:
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə