Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

Qatillərdən biri tribunala bəyan etdi ki, qadınlar uzaqda əyləşdiklərindən yaxşı görə
bilmirlər və aristokratları döymək zövqündən yalnız bəziləri bəhrələnir. Qeydin
ədalətli olduğunu etiraf edən tribunal, məhkumları qatillərin cərgəsi önündən daha
asta-asta keçirmək barədə qərar verdi, verilən işgəncənin davamlı olması üçün onları
qılıncın küt tərəfi ilə vurmalı olacaqdılar. Onlar tamamilə soyundurulmuş qurbanlarını
yarım saat ərzində parça-tikə edirdilər və hamı baxıb qurtardıqdan sonra,
bədbəxtlərin qarnını yarıb, ölümü gerçəkləşdirirdilər.
Lakin bir başqa baxımdan qatillərdə elə vasvasılıq və əxlaq aşkar olunurdu ki,
belə bir şeyi onlardan gözləmək ağlabatan görünmürdü. Məsələn, onlar öz
qurbanlarının üzərindən aşkar etdikləri nə pula, nə də qiymətli zinət əşyalarına
toxunurdular və bütün bunlar komitəyə təqdim edilirdi.
Bütün bu cür hərəkətlərdə kütlənin ruhu üçün xarakterik olan ilkin mühakimə
formalarını müşahidə etmək olur. Beləliklə, 12000-dən 15000-dək millət düşmənini
qətlə yetirdikdən sonra kütlə dərhal yeni təlqinə tabe oldu. Kimsə qeyd etdi ki, digər
həbsxanalarda da yaşlı dilənçilər, avaralar və gənc məhkumlar, bir sözlə çoxlu sayda
lazımsız ünsürlər saxlanılır, onlardan da can qurtarmaq pis olmazdı; özü də
aralarında, heç şübhəsiz, öz ərini zəhərləmiş xanım Delyarü kimi xalq düşmənləri də
olmamış deyil. “O, yəqin həbsxanada oturmaqdan quduza dönüb. Əgər imkanı
olsaydı, o, bütün Parisi yandırardı; o, həqiqətən belə demişdi, o, bunu söyləmişdi:
“Daha bir! Daha bir süpürgə zərbəsi!” Belə dəlillər kütləyə o dərəcədə əsaslı gəlmişdi
ki, bütün məhbuslar kütləvi şəkildə qətlə yetirilmişdi və o cümlədən 12-17 yaşarası
on beş uşağı da, “zamanı gəldikdə onlar da millət düşməninə çevriləcəkdilər, buna
görə onlardan elə bəri başdan qurtulmaq daha yaxşı olardı”.
Bir həftə çəkən bu əməkdən, hər şey başa çatdıqdan sonra, qatillər nəhayət
istirahət etmək haqqında düşünməyə başladılar. Vətən qarşısında öz borclarını yerinə
yetirdiklərinə və buna görə təşəkkürə layiq olduqlarına tam əmin olan bu insanlar,
hakimiyyətdən mükafatlandırılmalarını tələb etdilər; ən zirəkləri isə hətta medal
almaq iddiası irəli sürürdülər.
1871-ci ildəki Kommuna tarixində də oxşar faktlar az olmamışdı. Və biz çox
güman ki, bu cür faktları hələ az müşahidə etməyəcəyik, belə ki, kütlənin təsiri
getdikcə genişlənir, hakimiyyət isə onun qarşısında güzəştə gedir.
III fəsil
ANDLI İCLASÇILAR VƏ CİNAYƏT MƏHKƏMƏLƏRİ
Cinayət məhkəmələrinin andlı iclasçıları. – Andlı iclasçıların ümumi xarakteri. –
Statistika göstərir ki, onların qərarları tərkibdən asılı olmur. – Andlı iclasçılarda necə
təəssürat oyatmalı. – Məşhur vəkillərin əl atdıqları inandırma üsulları. – İclasçıların
mərhəmət və ya sərtlik göstərdikləri cinayətlərin xarakteri. – Andlı iclasçılar
təsisatlarının faydası və hakimlərin onlarla əvəz olunmalarının böyük təhlükəsi.
downloaded from KitabYurdu.org


Burada andlı iclasçıların bütün kateqoriyalarına baxmaq imkanı olmadığından,
yalnız ən mühüm hesab etdiyim cinayət məhkəməsinin andlı iclasçıları üzərində
dayanacağam. Həmin iclasçılar özlüyündə yekcins, qeyri-anonim kütlənin ən əla
nümunəsini təmsil edirlər. Biz burada həm təlqinə həssaslığı və həm də düşüncə
qabiliyyətinin zəif inkişafı, rəhbərlərin təsiri və sair və ilaxır ilə birlikdə qeyri-iradi
hislərin üstünlüklərini görürük. İclasçıların bu kateqoriyasını öyrənməklə, kütlə
psixologiyasından xəbərsiz olan insanlar tərəfindən yol verilən maraqlı səhv
nümunələrini müşahidə edə bilərik.
İclasçılar hər şeydən öncə bizə kütlənin tərkibinə daxil olan ayrı-ayrı fərdlərin
şüur səviyyəsinin, qəbul olunan qərarlar nöqteyi-nəzərindən, necə az əhəmiyyət kəsb
etmələrinə dair gözəl nümunə verirlər. Artıq ağlın müstəsna olaraq texniki
məsələlərdə əhəmiyyət daşıdığını, ümumi məşvərət yığıncaqlarında isə hər hansı bir
rol oynamadığını demişik. Bənna və baqqallara aid ümumi yığıncaqlarda söylənilən
fikirlər, onlar həmin məsələlərin müzakirəsi üçün bir araya toplanarkən, elm adamları
və ya artistlərin fikirlərindən çox az fərqlənir. Müxtəlif vaxtlarda məhz 1848-ci ilə
qədər administrasiya iclasçı vəzifəsini icra edəcək şəxslərin çox ciddi seçimini həyata
keçirirdilər, bu sahədə üstünlük daha çox ziyalı adamlara, professorlara, məmurlara,
ədiblərə və sair verilirdi. İndi isə andlılar daha çıx kiçik tacirlər arasından, dükançı,
sahibkar, fəhlə və qulluqçular sırasından seçilirlər. Və mütəxəssislərin böyük
heyrətinə rəğmən, statistika göstərir ki, iclasçıların tərkibi kimlərdən təşkil
olunmasından asılı olmayaraq, qərarları tamamilə bənzər olur. Hakimlərin özləri də,
andlı iclasçılar təsisatına qarşı nə qədər düşmən münasibət bəsləsələr belə, bu faktın
ədalətliliyini etiraf etməyə bilmirlər. Cinayət məhkəməsinin keçmiş sədri Berar de
Qlyaje bu xüsusda öz “Xatirələrində” nə deyir:
“Hazırkı zamanda iclasçıların seçimi əslində bələdiyyə müvəkkillərinin əlindədir,
hansı ki, mövqeləri ilə əlaqəli siyasi və seçki mülahizələrini rəhbər tutaraq, arzularına
uyğun bəzilərini ora daxil edir, digərlərini isə ordan kənarlaşdırırlar... Seçilənlərin
böyük əksəriyyətini keçmiş zamanlarda olduğu kimi iri tacirlər deyil, xırda tacirlər və
müxtəlif idarələrdən olan qulluqçular təşkil edirlər... Lakin bütün fikirlər və bütün
peşələr hakimlərin şəxsində bir-birinə qarışır, özü də onların bəzilərində neofit (bir
din və ya nəzəriyyənin yeni tərəfdarı) coşqunluğu təzahür edir; beləliklə, andlı
iclasçıların ruhu dəyişikliklərə məruz qalmayıb və onların hökmləri də olduğu kimi
qalıb”.
Bu sitatdan biz yalnız tam ədalətli nəticələr çıxarırıq, lakin səbəblə bağlı deyil,
belə ki, onlar doğru deyil. Burada təəccüblənəsi bir şey də yoxdur, zira, kütlənin
psixologiyası, nəticə etibarilə, andlı iclasçıların da, əksər hissəsi ilə nə hakimlərə, nə
də vəkillərə məlumdur. Məsələn, yuxarıda ifadə edilən sitatın müəllifi tərəfindən
çəkilən növbəti fakt, buna nümunə olaraq dəlil kimi göstərilə bilər. Cinayət
məhkəməsinin ən məşhur vəkillərindən biri, Laşo, sistemli olaraq andlı iclasçıları rədd
edir və həmişə iclasçıların siyahısından bütün təhsilli adamları kənarlaşdırırdı. Lakin
təcrübə nəhayət sonda bu cür bütün kənarlaşdırılmaların səmərəsizliyini sübut etdi
və biz artıq görürük ki, Ədliyyə Nazirliyi və vəkillər, ən azı Parisdə, bu sistemdən
tamamilə imtina ediblər və buna baxmayaraq, Qlyajenin ədalətli olaraq qeyd etdiyi
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə