Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

formalarına dönür. Amma bunu təkcə kütlə etmir, ona rəhbərlik edənlər də eyni şeyi
təkrarlayır; təəccüblə görürük ki, kralların qatı düşmənləri olan və nə tanrıları, nə də
hökmdarları qəbul edən həmin Konvent üzvləri, necə Napoleonun ən itaətkar
nökərlərinə çevriliblər və XVIII Lüdovik zamanındakı mərasimlərdə mömincəsinə
əllərində şam daşıyırlar.
Sonrakı yetmiş il ərzində kütlənin fikirlərində nə qədər dəyişikliklər baş verdi!
“Hiyləgər Albion” əsrin əvvəlində, Napoleonun varisi dönəmində Fransanın
müttəfiqinə çevrildi və iki dəfə bizim işğala məruz qalan və son uğursuzluğumuza
sevinən Rusiya, qəflətən tərəfimizdən ən yaxşı dost kimi etiraf olunmağa başladı.
Ədəbiyyat, incəsənət və fəlsəfədə də bu cür dəyişikliklər daha sürətlə baş verir.
Romantizm, naturalizm, mistisizm və s. ard-ardınca doğulur və məhv olurlar,
dünənədək sevilən artist və yazıçı, bu gün bizdə yalnız dərin nifrət hissi doğurur.
Bizə dərin dəyişikliklər kimi görünən bütün bu təbəddülatları təhlil etsək,
görəcəyik ki, bütün bunlar irqin ümumi inanc və hislərinə ziddir, yalnız müvəqqəti
mövcuddur və müəyyən vaxtlarda istiqamətini dəyişdirən çay axını kimi yenidən
köhnə məcrasına dönür. İrqin ümumi inancları və hislərilə heç bir bağlılığı və nəticə
etibarilə, möhkəmliyi olmayan fikirlər, hər cür təsadüflərin hökmü altında olurlar,
başqa sözlə, mühitdə baş verən ən cüzi dəyişikliklərdən asılıdırlar. Təlqinin və
yoluxmanın təsiri altında yaranan fikirlər, həmişə müvəqqəti xarakter daşıyır: onlar
yaranır və yox olurlar, bəzən o qədər sürətlə ki, lap küləyin nəticəsində dəniz
sahilində əmələ gələn qum təpələri kimi.
Günümüzdə kütlənin hərəkətdə olan fikirlərinin sayı hər vaxt olduğundan daha
çoxdur və bu aşağıdakı üç səbəbdən irəli gəlir:
Birinci səbəb – öz hökmünü get-gedə daha çox itirən və kütlənin keçici fikirlərinə
təsir edə və onları məlum istiqamətə yönəldə bilməyən köhnə inancların tədricən
zəifləməsi. Ümumi inancların öz yerini, nə keçmişi, nə də gələcəyi olan çoxlu sayda
şəxsi fikirlərə verməsi.
İkinci – bu, kütlənin getdikcə artan qüvvəsidir, özünə müqabil gücə daha az-az
rast gəlir və nəticədə izdihamda müşahidə edilən ideyalar tamamilə azad şəkildə, heç
bir maneəyə rast gəlmədən qeyri-adi hərəkətliliyə malik olurlar.
Üçüncü – bir-birinə ən zidd fikirləri yayan mətbuat və bir-birini sürətlə əvəz edən
təlqinlər. Beləliklə, heç bir fikir sabitlik qazana bilmir zəruri olan qədər yayıla
bilmədən və ümumi fikrə çevrilməyə imkan tapmamış, məhvə məhkum olur.
Bütün bu səbəblər dünya tarixində tamamilə yeni, həm də müasir dövr üçün ali
dərəcədə xarakterik olan vəziyyət yaradıb – bu hökumətlərin kütlənin fikirlərini idarə
etmək sahəsində acizliyidir.
Vaxtilə, elə də çox uzaq keçmişdə yox, hökumətlərin fəaliyyəti, bir neçə yazıçının
və az sayda mətbu orqanın təsirləri, izdihamın fikirlərinin həqiqi tənzimləyicisi idilər.
Hazırkı zamanda yazıçılar bütün təsirlərini itiriblər, jurnallar isə yalnız kütlənin
fikirlərinin əks olunmasına xidmət edirlər. Dövlət adamlarına gəldikdə, kütlənin
fikirlərini yönəltmək yerinə, onun ardınca getməyə çalışırlar. Həmin fikirlərdən
qorxurlar və bu qorxu bəzən elə dəhşətli dərəcəyədək yüksəlir ki, onları
fəaliyyətlərinin davamlılığından məhrum edir.
downloaded from KitabYurdu.org


Beləliklə, kütlənin fikirləri getdikcə daha çox siyasətin ali tənzimləyicisinə
çevrilməyə cəhd edir. İndiki zamanda o, elə bir hakimiyyətə malikdir ki, bu yaxınlarda
müşahidə edilən və dövlətə mütləq şəkildə xalq hərəkatının tələbi ilə Rusiya və
Fransa arasında bağlanmış ittifaqa bənzər məlum ittifaqları, zorla qəbul etdirə bilir.
Dövrümüzün xarakterik əlamətlərindən biri də papaların, kralların və imperatorların
müsahibələr vermələri və mövzu ilə bağlı öz fikirlərini ifadə etmələri və bunları
izdihamın müzakirəsinə çıxarmalarıdır. Vaxtilə deyirdilər ki, siyasət hislərlə idarə
olunmamalıdır, lakin indi siyasətin ağlı etiraf etmədiyi və yalnız hislərə tabe olduğu,
daha çox dönük kütlənin impulslarını rəhbər tutduğu bir vaxtda, bunu söyləmək
olarmı?
Mətbuata gəldikdə, vaxtilə kütlənin fikirlərinə rəhbərlik etmiş çap nəşrləri də
hökumətlər kimi izdihamın qüdrəti qarşısında çaşqınlığa düşməlidirlər. Düzdür,
mətbuat bu gün də əhəmiyyətli güc olaraq çıxış edir, amma yalnız o səbəbdən ki,
kütlənin fikirlərinin və onların fasiləsiz dəyişikliklərinin əks olunmasına xidmət edir.
Adi sorğu agentinə çevrilmiş mətbuat, kütləyə hər hansı bir ideya və ya doktrinalar
verməkdən imtina edib. O, ictimai rəyin bütün dəyişikliklərini izləyir, həm də rəqabət
mühiti oxucularından məhrum olmamaq üçün bunu əsaslı surətdə etməyə məcbur
edir. “Constitutionnel”, “Debats”, “Siecle” kimi ciddi və nüfuzlu köhnə mətbuat
orqanlarında, hansı ki, əvvəlki nəsil natiqlərə olduğu kimi ehtiramla qulaq asırdı,
sıradan çıxmışdılar və ya da gülünc salnamələr, kübar dairələrin qeybətlərini və
maliyyə reklamlarını çap edən məlumat vərəqələrinə çevrilmişdilər. İndi redaktorların
öz şəxsi fikirlərini ifadə edə bildiyi zəngin qəzetləri bizdə haradan tapasan? Yalnız
məlumatlar əldə etmək və əyləndirilmək istəyən və daim hər cür qəzet tövsiyələrinin
arxasında ehtikarlığın gizlədilməsindən ehtiyat edən oxucuların gözündə həmin
fikirlərin nə dəyəri ola bilər ki? Tənqidçilər istənilən bir kitab və ya teatr pyesi ilə bağlı
hər hansı bir tövsiyə verə bilmirlər, çünki bununla yalnız ziyan vuracaqlarını
düşünürlər, nəinki kömək. Jurnallar tənqidin və ya hər hansı şəxsi fikrin faydasızlığını
o dərəcədə qəbul ediblər ki, bütün ədəbi şöbələri demək olar ki, məhv ediblər və
yalnız nəşrlərin adını və bir neçə cümləlik tanıtım reklamlarını çap etməklə
kifayətlənirlər. İyirmi ildən sonra yəqin ki, teatr tənqidini də eyni aqibət gözləyəcək.
Kütlənin rəyini dinləmək hazırkı zamanda mətbuat və hökumətlərin başlıca
qayğısını təşkil edir. Onlara daim bilmək lazımdır ki, bu və ya digər hadisə, -
qanunverici layihə, nitq hansı təsir bağışlayıb! Lakin bu o qədər də asan məsələ deyil,
belə ki, kütlənin fikirləri qədər dəyişkən heç nə yoxdur və izdihamın dünən bəh-bəhlə
qəbul etdiyini bu gün qarğışla qarşıladığını az müşahidə etmirik.
Kütlənin rəyinə bütövlükdə rəhbərlik etməyin mümkünsüzlüyü, ümumi
inancların aradan qalxması kimi, son nəticə olaraq, hər cür inamın tamamilə
dağılmasına gətirib çıxarmış və bilavasitə öz maraqlarına aid olmayan hər şeyə
izdihamın biganəliyini son dərəcə artırmışdır. Sosializm kimi doktrinalara aid
məsələlər, yalnız tamamilə savadsız təbəqələr, fabrik və mədən fəhlələri arasından
özlərinə qəti tərəfdarlar tapa bilirlər. Müəyyən qədər təhsil ala bilmiş xırda burjuaziya
və fəhlələr, ya skeptisizm ilə yoluxmuşlar və yaxud öz düşüncə obrazlarında qeyri-adi
dəyişkənliyə uğramışlar.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə