Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

təlqinə tabe olublar, özü də qəribəliklərinə baxmayaraq, həmin rəssamın cazibəsinə
düşüblər. Sivilizasiyanın bütün elementlərində buna bənzər çoxlu nümunələr tapmaq
mümkündür.
Bütün yuxarıda deyilənlərdən biz görürük ki, cazibənin mənşəyində çoxlu sayda
amillər iştirak edir və onların başında həmişə uğur dayanır. Uğura imza atan hər bir
insan, şüurları fəth edən hər bir ideya, belə bir təməl üzərində artıq müzakirəsiz
qəbul edilənlər sırasına daxil olur. Uğur yoxa çıxan kimi, cazibənin də onunla eyni
zamanda yox olması, onun cazibənin başlıca əsaslarından birini təşkil etməsinin
sübutudur. Bu gün izdihamın əllərdə daşıdığı qəhrəman, ertəsi gün, əgər uğursuzluğa
düçar olubsa, onun tərəfindən gülüş hədəfinə çevrilə bilər. Buna qarşı cazibəyə
olandan daha güclü reaksiya büruzə verilir. Kütlə həmin anda dünənin qəhrəmanını
özünə bərabər səviyyədə görür və vaxtilə üstün bilib, qarşısında baş əydiyi insanı, indi
isə qəbul edə bilmədiyinə görə, ondan qisas almaq istəyir. Vaxtilə Robespyer öz
yoldaşlarını və müasirlərindən bir çoxunu edam etdirməyə göndərəndə, o,
ovsunlayıcı cazibəyə malik idi. Lakin bir neçə səs kifayət etdi ki, hakimiyyətdən
uzaqlaşdırılsın və həmin anda, dərhal o, cazibəsindən də məhrum oldu və kütlə onu
da başqa qurbanları təki eyni qarğış və nifrin sədaları altında edam üçün gilyotinin
bıçağı altına yola saldı. İman gətirənlər vaxtilə itaət etdikləri tanrıları həmişə xüsusi
amansızlıqla qırıb-dağıdırlar.
Uğursuzluğun təsiri altında cazibə dərhal yoxa çıxır. O, tənəzzülə də uğraya bilər
və nəticə etibarilə, müzakirə predmetinə də çevrilə bilər, amma bu, tədricən baş
verən prosesdir. Lakin cazibənin məhz bu üsulla dağılması, daha kəsərli olur.
Barəsində müzakirələr açılan cazibə, artıq cazibədarlıqdan çıxmış sayılır. Öz
ovsunlayıcı cazibədarlıqlarını uzun müddət qoruyub saxlaya bilən tanrılar və insanlar,
müzakirələri yaxına belə buraxmayıblar. Kütlədə heyranlıq doğurmaq üçün, həmişə
onu özündən müəyyən məsafədə saxlamalısan.
IV fəsil
KÜTLƏNİN DÜŞÜNCƏ VƏ İNANCLARININ QƏRARSIZLIĞININ SƏRHƏDLƏRİ
1. Daimi inanclar. – Bəzi ümumi inancların dəyişməzliyi. Onlar sivilizasiyaların
bələdçiləridir. – Onların aradan qaldırılmasının çətinliyi. – Ləyaqət hansı münasibətdə
dözümsüzlük təşkil edir. – Hər hansı bir inancın fəlsəfi baxımdan cəfəngliyi, onun
genişlənməsinə mane olmur.
2. Kütlənin səbatsız fikirləri. – Fikirlərin ümumi inanclardan qaynaqlanmayan
fövqəladə qərarsızlığı. – İdeya və inancların zahiri dəyişiklikləri. Bu dəyişikliklərin
həqiqi sərhədləri. – Ümumi inancların yoxa çıxmasını və çapda ifrat genişlənməsini,
günümüzdə fikirlərin qeyri-adi mütəhərrikliyi şərtləndirir. – Kütlədə
indifferentizmə
17
meyillənmə müşahidə olunur. – Hökumətlərin kütlənin fikirlərini
downloaded from KitabYurdu.org


idarə etməklə bağlı gücsüzlüyü. – Fikirlərin dağınıqlığı, hazırda onların hökmranlığına
mane olur.
1. DAİMİ İNANCLAR
Canlıların anatomik və psixoloji xüsusiyyətləri arasında yaxın paralellik var.
Anatomik xüsusiyyətlər arasında elə elementlərə rast gəlirik ki, onlar dəyişilməzdilər
və ya onlarda dəyişikliklər o dərəcədə ləng baş verir ki, bu dəyişikliklərin getməsi
üçün bütöv geoloji dövrlər lazım gəlir. Lakin daimi, dəyişilməyən xüsusiyyətlərlə
yanaşı, mühitin və yaxud incəsənətin təsiri altında dəyişikliklərə məruz qalan, çox
mütəhərrik olanları da var; məs, maldarlar və bağbanlar, həmin xüsusiyyətləri sərbəst
şəkildə, dəyişdirə bilirlər, özü də bəzən o dərəcədə ki, əsas cizgilərini onlar diqqətsiz
müşahidəçidən tamamilə gizlədə bilirlər. Əxlaqi əlamətlərdə də eyni hal müşahidə
edilməkdədir. Hər hansı bir irqin dəyişilməz psixoloji elementləri ilə yanaşı,
mütəhərrik və dəyişilən elementlərinə də rast gəlinir. Bax, həmin səbəbdən hər hansı
bir xalqın inanc və fikirlərini öyrənərkən, biz dərinlikdə, düşüncənin qat-qat yığıldığı
çox möhkəm təmələ rast gəlirik, lap hərəkət edən və hər hansı bir qayanı örtən qum
zərrəcikləri kimi.
İzdihamın fikir və inancları nəticə etibarilə, bir-birindən kəskin fərqlənən iki
dərəcəyə bölünür. Birinciyə biz, bir çox əsrlər boyunca sabit qalan və bütün
sivilizasiyanın əsaslandığı böyük, daimi inancları aid edirik; bunlara məsələn,
xristianlığı, feodalizmi, islahatları, müasir dövrdə isə millətçilik prinsipi, demokratiya
və sosial ideyalar; ikinciyə isə daha çox ümumi anlayışlardan qaynaqlanan, müvəqqəti
və dəyişkən fikirlər aiddir ki hər bir dövr ilə eyni zamanda doğulur və yox olurlar –
bunlar, məsələn, məlum dövrlərdə incəsənət və ədəbiyyatı idarə edən nəzəriyyələr,
hansılar ki, romantizmi, naturalizmi, mistikliyi və s. doğurublar. Həmin nəzəriyyələrin
böyük əksəriyyəti, dəbdə olduğu kimi dəyişikliklərə məruz qalırlar, hər hansı bir gölün
səthində aramsız, gah yaranan, gah da yox olan kiçik dalğaları xatırladırlar.
Ümumi böyük inancların sayı çox azdır. Bu inancların doğuşu və yox olması, hər
bir tarixi irqin tarixinin kulminasiya nöqtəsini təşkil edir və hər bir sivilizasiyanın əsil
gövdəsini əmələ gətirir.
Kütləyə hər hansı bir keçici fikri təlqin etmək elə də çətin deyil, amma inancı
onun qəlbində möhkəmləndirmək çox çətindir, möhkəmləndikdən sonra onu oradan
çıxarmaq da asan deyil. Bu cür dayanıqlılıq qazanmış inanclar hər şeydən öncə, ancaq
coşqun inqilabların köməyi ilə dəyişdirilə bilir, özü də bunu yalnız inanclar qəlblər
üzərində öz hökmlərini tamamilə itirdiyi zaman etmək mümkündür. İnqilab isə
bildiyimiz kimi, yerindən tamamilə laxladılan, ancaq vərdişlər sayəsində ayaqda
qalanları, öz yolundan süpürüb atır; ona görə də başlayan inqilab həmişə hər hansı
bir inancın sonunu gətirməsini ifadə edir. Hansısa böyük inancın ölüm möhürü ilə
qeyd olunduğu günü dərk etmək çətinlik törətmir. Bu, onun müzakirəyə çıxarıldığı
zaman baş verir, belə ki, hər cür ümumi inanc özlüyündə fiksiyadır və yalnız o
şəraitdə mövcud olur ki, tədqiqat obyektinə çevrilməsin.
Lakin əgər hər hansı bir inanc hətta sarsıdılmışsa belə, bütün hallarda ona
əsaslanan təsisatlar, hələ uzun zaman öz gücünü qoruyub saxlayır və yalnız tədricən
onu itirir. Tamamilə çökdüyü zaman isə onun dəstəklədiyi hər bir şey, ardınca yerlə-
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə