Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

hətta bunun nə vaxt baş verəcəyi günü və saatı belə öncədən müəyyən etmişdilər,
dəqiq olaraq günəş tutulmasından söhbət gedirdi”.
Bütün məşhur kütlə rəhbərlərinin həyatından bəhs edən bir kitab olsaydı,
əlbəttə, ora elə də çox ad düşməyəcəkdi, amma bu adların hamısı bizim sivilizasiya və
tariximizin ən mühüm hadisələrinin başında durardı.
2. RƏHBƏRLƏRİN FƏALİYYƏT ÜSULLARI: MÜDDƏA, TƏKRAR, YOLUXMA
Kütləni dərhal, bir anda nəyəsə cəlb etməyə ehtiyac yaranarsa, hansısa əməli
törətməyə məcbur etmək üçün, məs, sarayı talan etmək, istehkam və ya barrikadanı
müdafiə edərkən həlak olmaq, təcili təlqin vasitələrindən istifadə etmək lazımdır və
ən yaxşı təlqin heç şübhəsiz şəxsi nümunədir. Ancaq izdihamın təlqinə tabe olması
üçün, kütləni öncədən məlum şəraitə hazırlamaq lazımdır və ən başlıcası – onu
ardınca aparmaq istəyən adam, cəlbedicilik adı ilə məlum olan, hansı ki, biz bu
barədə sonra söz açacağıq, xüsusi keyfiyyətlərə malik olmalıdır.
İzdihamı qəlbinə hansısa ideya və ya inancların, məsələn, müasir sosial
nəzəriyyələrin, daxil olmasına məcbur etmək üçün başqa üsullardan, əsasən
bunlardan istifadə edilir: müddəa, təkrar, yoluxma. Bu metodlar tədricən təsir
göstərir, lakin əldə etdiyi nəticələr çox sabitdir.
Heç bir mühakimə və dəlillərlə möhkəmləndirilməyən sadə bir müddəa, hər
hansı bir ideyanın kütlənin qəlbinə yol tapması üçün ən düzgün vasitələrdən biri
olaraq xidmət göstərir. Müddəa nə qədər qısa olsa, sübutlardan nə qədər məhrum
olarsa, izdihamın qəlbinə bir o qədər güclü təsir edər. Müqəddəs kitablar və bütün
əsrlərin məcəllələri həmişə sadə müddəa vasitəsi olaraq fəaliyyət göstəriblər; hansısa
siyasi işi müdafiə etməli olan dövlət adamları, istehsal etdikləri məhsulların satışını
elanların köməyi ilə genişləndirməyə cəhd edən sənayeçilər, müddəanın hansı
qüvvəyə malik olduğunu əla bilirlər.
Müddəa yalnız tez-tez təkrarlandıqda və özü də mümkün qədər eyni cür ifadə
olunduqda, təsir göstərə bilər. Deyəsən, Napoleon deyib ki, nitqi gözəlləşdirən yalnız
bir diqqətəlayiq fiqur var – bu, təkrardır. Təkrar vasitəsilə ideya şüurlarda o dərəcədə
möhkəmlənir ki, lap sonda sübut edilmiş həqiqət kimi qəbul edilir.
Biz görəndə ki, müddəa ən elmli beyinlərə belə necə güclü təsir göstərir, həmin
vaxt onun kütləyə təsiri də bizim üçün tamamilə aydınlaşır. Bu onunla izah edilir ki,
tez-tez təkrarlanan ideya sonda qeyri-iradi sahənin ən dərin qatlarına nüfuz edir,
məhz, bizim əməllərimizin mühərrikləri hazırlanan yerə, öz izini qoyur. Bu qədər
təkrarlandıqdan və üstündən müəyyən zaman keçdikdən sonra müddəanın
müəllifinin kimliyini unuduruq və nəhayət ona inanırıq, hər cür nəşrlərin gözəl təsiri
də elə buradan qaynaqlanır. Elə ki bu – X şokoladının ən yaxşı şokolad olması ilə bağlı
müddəanı yüz-min dəfə oxuduqdan sonra, bizə elə gəlir ki, həmin məlumatı hər
yerdə eşitmişik və nəhayət, buna tamamilə əmin oluruq. Min dəfələrlə oxuduqdan
sonra ki, V unu hansısa məşhur adamları ən ağır xəstəlikdən xilas edib, biz də eyni
xəstəliyə düçar olan kimi, həmin vasitədən istifadə etməyi arzulayırıq. Eyni qəzetdə
daim A-nın – tamamilə yaramaz biri, B-nin isə ən təmiz insan olması haqda məlumat
oxuyuruq, təbii ki, əgər bu zaman tamamilə əks fikirlər yazan digər qəzetlərdən
downloaded from KitabYurdu.org


xəbərsiziksə, lap sonda özümüz də buna inanırıq. Bu hadisədə yalnız müddəa və
təkrar eyni güclə bir-biri ilə yarışmaq iqtidarındadır.
Hər hansı bir müddəa lazımi sayda və yekdilliklə təkrarlandıqdan sonra (bunu,
məsələn, belə deyək, bəzi məşhur və kifayət qədər varlı maliyyə müəssisələrinin
nümunəsində özlərinə dəstək üçün ictimai rəyi satın aldıqları zaman müşahidə etmək
olur), axın adlanan bir şey formalaşır, əzəmətli bir amil – sirayətedici yoluxma
səhnəyə çıxır. İzdihamda ideyalar, hislər, emosiyalar, inanclar – bəzi mikrobların
malik olduğu kimi əzəmətli sirayətedici yoluxma gücü qazanır. Bu tamamilə təbii
təzahürdür və belə halı sürüdə olan heyvanlarda da müşahidə etmək olur. Məsələn,
çaxnaşma və ya bir neçə qoyunun nizamsız hərəkəti çox tez bütün sürüyə yayılır.
Kütləyə də bütün emosiyalar eyni dəqiqliyi ilə sürətlə sirayət edir, izdihamda təlaşın
bu cür qəfil yayılması bununla izah olunur. Əqli pozğunluqlar, məs, çılğınlıq da eyni
yoluxuculuğa malikdir. Məlumdur ki, psixiatrlar arasında tez-tez müşahidə edilən
dəlilik halları, son zamanlar, bəzi formalar, məs, aqorafobiya
15
hətta insanlardan
heyvanlara da keçə bilir.
Yoluxmanın yaranması üçün bir neçə fərdin eyni zamanda, eyni yerdə olması da
tələb olunmur; o, məlum hadisələrin təsiri altında, düşüncələri məlum istiqamətə
yönəltməklə və məlum fikirlərə xüsusi, kütləyə uyğun çalar verməklə, məsafədən də
öz hərəkətini təzahür etdirə bilər. Bu, o hallarda xüsusilə nəzərə çarpır ki, şüurumuz
əvvəlcədən kənar amillərin təsiri altında hazır vəziyyətə gətirilir, hansılar ki, mən bu
barədə yuxarıda demişəm. Ona görə də 1348-ci ildə Parisdə başlamış inqilabi hərəkat
dərhal Avropanın böyük hissəsinə yayıldı və bir neçə monarxiyanı yerindən oynatdı.
Təqlid, hansı ki, sosial hadisələrdə ona böyük rol ayrılır, mahiyyətcə yoluxmanın
təzahürlərindən yalnız biridir. Bundan əvvəl təqlid barədə kifayət qədər danışmışam,
ona görə, burada yalnız on beş il bundan əvvəl həmin mövzu ilə bağlı söylədiyim və
sonra digər müəlliflər tərəfindən yeni əsərlərdə inkişaf etdirilənləri söyləməklə
kifayətlənəcəyəm:
“İnsan da heyvanlar kimi təqlidə meyllidir; bu onun üçün bir tələbatdır, bir şərtlə
ki, əgər, çətinlik təşkil etmirsə. Dəb adlandırılan əzəmətli təsiri, məhz, həmin tələbat
şərtləndirir. Onun hökmünə qarşı çıxmağa kim cəsarət edə bilər, bu fikir, ideya ədəbi
əsərlərə, yoxsa sadəcə geyimə aiddir? Kütləni arqumentlərin yox, yalnız obrazların
köməyi ilə idarə edirlər. Bütün dövrlərdə öz hərəkətləri ilə kütləni ruhlandıran azsaylı
fərdlər olub və düşüncəsiz izdiham da onları yamsılayıb. Lakin həmin fərdlər, izdiham
üçün üstünlük təşkil edən ideyadan bütün hallarda çox uzaqlaşmamalıdırlar, yoxsa
təqlid çətinləşəcək və onların bütün təsirləri sıfıra bərabər olacaq. Bu səbəbdən
dövrlərindən çox yüksəkdə duran insanların ona ümumiyyətlə, heç bir təsirləri
olmayıb. Həmin adamlar ondan çox uzaq olublar. Ona görə, sivilizasiyalarının bütün
üstünlüklərinə baxmayaraq, avropalıların Şərq xalqlarına təsiri belə zəifdir; onlar bu
xalqlardan çox fərqlənirlər...
Keçmişin və qarşılıqlı təqlidin ikili təsiri nəhayətdə eyni ölkənin və eyni dövrün
adamlarında elə oxşarlıqlar yaradır ki, hətta təsir altına daha az düşmə ehtimalı olan
filosoflar, elm xadimləri, ədəbiyyatçılar belə, bütün hallarda öz düşüncələri və
üslubları ilə elə bir ailə bənzərliyi qazanırlar ki, həmin əlamətlərdən onların mənsub
olduqları dövrü dərhal təyin etmək olur. Hər hansı bir insanla qısa söhbət kifayət edir
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə