Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

Hislərə qarşı mübarizə aparmağa məcbur olduqda, onların mühakimələrinin
bütünlüklə uğursuzluğa uğramasına əmin olmaq üçün heç də ibtidai canlıların
səviyyəsinə qədər enməyə gərək yoxdur. Hətta ən sadə məntiqlə belə, ziddiyyət
təşkil edən dini xurafatın uzun əsrlər boyunca necə inadla yaddaşlarda qaldığını yada
salaq. İki min ildən də artıq zaman ərzində ən parlaq zəkaların belə, onların gücü
qarşısında baş əymələrini və yalnız müasir dövrdə onların həqiqiliyinə etiraz etmək
imkanı yarandı. Orta əsrlərdə və İntibah dövründə kifayət qədər təhsilli adamlar olub,
lakin bir nəfər də olsun tapılmayıb ki, ağılla bütün bu xurafatların uşaq xarakterli
olmasına inandıra və şeytanın hiylələrinə uymamaq üçün kiçik bir şübhə belə oyada
bilsin və cadugərlərdən ötrü tonqallara ehtiyac olmadığına onu inandırsın.
İzdihamın heç vaxt ağılla idarə olunmamasına təəssüflənmək lazımdırmı? Biz
bunu təsdiq etməyə cəsarət etmədik. Çətin ki, ağlın səsi bəşəriyyəti sivil yola səsləsin
və xülyaların doğurduğu şövq və cəsarəti ona versin. Şübhəsiz, qeyri-iradiliyin
hökmündən doğan həmin xülyalar lazım idi. Hər bir irq öz mənəvi təşkilatlarını
taleyini idarə edən qanunlara bağlayır və mümkündür ki, o, məhz bütün niyyətlərində
həmin, qaçılmaz, hətta ən ehtiyatsız instinktlər tərəfindən hərəkətə gətirilən
qanunlara itaət edir. Bəzən bizə elə gəlir ki, xalqlar gizli qüvvələrə tabedirlər, lap palıd
qozasını tədricən palıd ağacı olana kimi inkişafa və kometanı öz orbiti ətrafında
hərəkət etməyə məcbur etməyə bənzər qüvvələr kimi.
Həmin qüvvələr barədə biz təkamülü təşkil edən ayrı-ayrı faktlardan deyil,
xalqların ümumi təkamülünün gedişindən müəyyən qədər nələrisə öyrənə bilərik.
Əgər, yalnız bu cür fərdi faktları diqqətə alsaq, onda belə görünə bilər ki, tarixi idarə
edən təsadüflərdir. Məgər, məsələn, səhradan çıxmış bir neçə ərəb dəstəsinin köhnə
yunan-roma dünyasının böyük hissəsində qələbə çalaraq, İsgəndərin imperiyasından
da böyük, əzəmətli bir imperiyanın əsasını qoya bilməsi, qeyri-adi fakt olaraq qəbul
edilməzdimi? Həmçinin köhnə Avropa iyerarxiyasında hansısa adsız-sansız artilleriya
leytenantının bir çox xalqlar və krallar üzərində hökmranlıq edə bilməsi, qəribə təsir
bağışlamazdımı?
Bu səbəbdən, belə təsəvvür edək ki, bunlar filosofların ağlının işidir, lakin
insanların idarə olunması ilə bağlı onlardan elə də çox şey tələb etməyək. Şərəf,
fədakarlıq, dini inanc, vətən və şöhrət kimi hislər, hansılar ki, istənilən sivilizasiyanın
başlıca hərəkətvericisidir, ağlın köməyi ilə yox, daha çox ondan yan keçməklə,
törəyiblər.
III fəsil
KÜTLƏ LİDERLƏRİ VƏ ONLARIN İNANDIRMA ÜSULLARI
1. Kütlə liderləri. – İzdihamdakı bütün fərdlərin liderə itaət etməklə bağlı
instinktiv tələbatları. – Liderlərin psixologiyası. – Yalnız liderlər inam yarada və kütləni
təşkil edə bilərlər. – Liderlərin zorakı müstəbidliyi. – Onların təsnifatı. – İradənin
oynadığı rol.
downloaded from KitabYurdu.org


2. Liderlərin fəaliyyət üsulları. – Təsdiq etmə, təkrar və sirayətedicilik. – Bütün bu
amillərin nisbi rolu. – Sirayətedicilik aşağı təbəqələrdən ali təbəqəyə necə yayılır. –
Populyar fikir çox tez ümumi fikrə çevrilir.
3. Cazibə qüvvəsi. – Cazibənin anlayışı və təsnifatı.
– Qazanılmış və şəxsi cazibə. – Müxtəlif nümunələr. – Cazibə necə yox olur.
Kütlənin mənəvi təşkilatları bizə artıq məlumdur və həmçinin biz nələrin
izdihamın ruhuna təsir göstərdiyini də bilirik. İndi bizə həmin mühərrikləri işə salmaq
üsullarına baxmalı və onlardan kimlərin istifadə edə biləcəyini göstərməliyik.
1. KÜTLƏ LİDERLƏRİ
Yalnız, təkcə məlum sayda canlılar bir araya gəldikdə, istər heyvan sürüsü olsun,
istər insan kütləsi olsun, onlar instinktiv olaraq, öz liderlərinin hökmünə tabe olurlar.
İnsan kütləsində rəhbər çox vaxt elə lider olaraq qalırlar, lakin buna baxmayaraq,
onların rolu əhəmiyyətlidir. Onun iradəsi elə bir nüvə təşkil edir ki, ətrafında fikirlər
büllurlaşır və birləşir. O özlüyündə müxtəlif növlü kütləni təşkil edən elementi özündə
ehtiva edir və onda sektaların təşkilini hazırlayır. Bu əmələ gəlməyənə qədər o, onları
idarə edir, çünki izdiham özlüyündə hökmdarsız keçinə bilməyən kölə kimi sürünü
xatırladır.
Rəhbər adətən özü də başlanğıcda həmin sürüdəkilərdən biri olur; o, ideyanın
təsirindən hipnoz altına düşərək həvari olub. Bu ideya o dərəcədə hakim kəsilir ki,
bütün ətrafda baş verənlər onun gözünə görünmür və hər hansı bir əks fikir ona
yanlış və xurafat kimi görünür. Bu səbəbdən Russonun ideyaları ilə hipnoza düşən
Robespyer həmin ideyaların yayılması üçün inkvizisiya metodlarından istifadə edib.
Adətən, rəhbərlər mütəfəkkirlər sırasına aid edilmirlər – onlar fəaliyyət
adamlarıdırlar. Onlar açıq-gözlülüyə malik deyillər, belə ki, bəsirətlilik adətən
şübhələrə və fəaliyyətsizliyə gətirib çıxarır. Çox vaxt psixoloji cəhətdən qərarsız, yarı
normal, çılğınlıq həddində olan insanlar olurlar. Müdafiə etdikləri və hədəfinə doğru
can atdıqları ideya hətta mənasız olsa belə, onların inamını heç bir dəlil sarsıda
bilməz. Nifrət və təqib onlarda heç bir təəssürat oyatmır və yaxud onları daha da
qızışdırır. Şəxsi maraqlar, ailə – hər şey onlar tərəfindən qurban verilir. Özünüqoruma
instinkti o dərəcədə yoxa çıxır ki, onların əldə etdikləri yeganə mükafat hansı ki, can
atırlar yalnız əzabkeşlikdən ibarət olur. İnanclarının gərginliyi onların sözlərinə -
əzəmətli təlqin gücü verir. Kütlə güclü iradəyə və əzəmətli obrazlarla özünə təsir
göstərə bilən insanları dinləməyə həmişə hazır olur. Adamlar izdihamda öz iradələrini
itirirlər və instinktiv olaraq iradəsini qoruyub saxlaya bilənlərə müraciət edirlər.
Xalqların liderlərində heç vaxt çatışmazlıqlar olmayıb, lakin həmin rəhbərlər
həmişə möhkəm inama malik olmalıdırlar, çünki həvariləri məhz həmin inam
formalaşdırır. Çox vaxt yalnız öz şəxsi maraqlarından çıxış edən və izdihamın elə də
yüksək olmayan instinktlərinə üz vermək yolu ilə təsir edən hiyləgər natiqlər liderliyə
yüksəlirlər. Onların istifadə etdikləri təsir ola bilsin, çox güclüdür, amma həmişə
müvəqqəti, keçici olur. İzdihamı ruhlandırmağı bacaran Amyenli Petrus, Lüter,
Savonarola kimi məşhur fanatiklər, inqilab xadimləri yalnız özləri məlum ideyanın
cazibəsinin təsiri altına düşdükdən sonra, başqalarını öz cazibələrinə tabe etdirə
biliblər. O vaxt onlar kütlənin ruhunda inam adlanan qorxunc qüvvəni yarada bilir və
insanın öz arzularının mütləq köləsinə çevrilməsinə kömək edirlər.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə