Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

faydasız iş olmayacaq. Kütlə bir növ, antik nağıllardakı sfinksi xatırladır: ya onun
psixologiyası tərəfindən təklif olunan müəmmaları tapmağı öyrənmək lazımdır, ya da
izdihamın bizi məzlumcasına həzm etməsinə tabe olmalıyıq.
1. OBRAZLAR, SÖZLƏR VƏ FORMULLAR
Kütlənin təxəyyülünü öyrənərkən gördük ki, ona çox asan, xüsusilə də obrazlarla,
təsir etmək olur. Həmişə sərəncamımızda bu cür obrazlar olmur, lakin sözlərdən və
formullardan məharətlə istifadə yolu ilə onları tətbiq etmək mümkündür. Ustalıqla
seçilmiş formullar, vaxtilə sehrbazların tərəfdarlarının adına çıxılan həmin sehrli gücü
həqiqətən ala bilir. Onlar kütlənin qəlbində həm ən qorxunc fırtınalar doğura bilər,
həm də onu sakitləşdirə bilər. Söz və formulların qüdrəti qarşısında qurban gedən
insanların təkcə sümüklərindən Xeops ehramından daha hündür piramidalar
ucaltmaq olardı.
Sözlərin qüdrəti onlar tərəfindən çağırılan obrazlarla sıx əlaqədə olur və onların
real mənasından heç bir asılılığı yoxdur. Əksər vaxtlarda, həqiqi mənada tamamilə
qeyri-müəyyənlik daşıyan bir söz izdihama ən böyük təsiretmə gücünə malik olur.
Məsələn, bu terminlər: demokratiya, sosializm, bərabərlik və s. o dərəcədə qeyri-
müəyyəndilər ki, hətta ən qalın cildlər belə onların mənasını dəqiqliyi ilə izah edə
bilmir. Eyni zamanda, sanki bütün problemlərin həlli elə heç şübhəsiz onların
ovsunlayıcı gücündə gizlənir. Bütün qeyri-iradi müxtəlif təşəbbüslər və onların həyata
keçirilməsinə olan ümidlərin sintezini də onlar yaradırlar.
Nə düşüncə, nə də inam məlum söz və formullara qarşı mübarizə aparmaq
iqtidarında deyil. Onlar izdiham qarşısında ehtiramla tələffüz olunur və həmin anda
üzlər hörmət ifadə edir, qarşısında da başlar əyilir. Bir çoxları onlara təbiətin gücü
kimi və ya fövqəltəbii qüvvə təki baxırlar. Onlar qəlblərdə əzəmətli və tutqun obrazlar
doğururlar və onları əhatə edən qeyri-müəyyənlik də onların sirli qüdrətini daha da
artırır. Onlar səyyar məbəd arxasında gizlədilmiş sirli tanrılardılar, möminlər ona
ehtiram əsməcəsi ilə yaxınlaşırlar.
Baxmayaraq ki, formulların özləri dəyişilməz qalırlar, sözlər tərəfindən çağırılan
obrazlar isə mənalarından asılı olmayaraq, zamana və xalqlara uyğun dəyişilirlər. Bəzi
sözlər tərəfindən çağırılmış, hamıya məlum obrazlar müvəqqəti olaraq onlarla bağlı
olurlar. Bu halda söz, onların gəlişini bildirən zəng rolunu oynayır.
Heç də bütün sözlər və formullar, obrazlar çağırmaq qabiliyyətinə malik deyillər.
Elə də olur ki, əvvəllər obrazlar çağıra bilən sözlər, köhnəlir və artıq ağıllarda heç nə
oyatmır. Həmin vaxt boş səslərə çevrilirlər, onların yeganə faydası istifadə edənləri
düşünmək öhdəliyindən azad etmələridir. Gənclik dövründə öyrəndiyimiz belə
formulların kiçik ehtiyatı və ümumi yerlər bizə, özümüzü düşüncələrlə yormadan
həyatımızı yaşamaq üçün lazım olan hər cür imkanı verir.
Hər hansı bir müəyyən, məlum dilin tərkibinə daxil olan sözlər, əsrlər ərzində çox
ləng dəyişikliyə uğrayırlar, amma onların çağırdığı obrazlar və onların verdiyi
düşüncələr aramsız dəyişilir. Bax, nəyə görə mən artıq bundan əvvəl belə bir fikir
söyləmişdim ki, hər hansı bir dilin dəqiq tərcüməsinin ifadəsi, xüsusilə də əgər söhbət
yox olmuş xalqdan gedirsə, bu, tamamilə mümkün olmayan bir işdir. Əslində, məs,
biz latın, yunan və yaxud sanskrit dilinin əvəzinə fransız terminini qoyanda və yaxud
downloaded from KitabYurdu.org


üç əsr bundan əvvəl doğma dilimizdə yazılmış kitabı başa düşməyə çalışarkən, nə
edirik? Biz, sadəcə və sadəcə, tamamilə başqa şərtlər altında, qədim həyatın təsiri ilə
irqin ruhunda təşəkkül tapan, bizimkilərə ümumiyyətlə oxşamayan obrazlar və
ideyaları, müasir həyatın təsiri altında ağlımızda yaranmış, obrazlar və ideyalarla əvəz
edirik. İnqilab insanları qədim yunanları və romalıları təqlid edəndə məgər, onlarda
heç zaman olmayan qədim sözlərə, məhz, həmin mənanı vermişdilərmi? Məsələn,
qədim yunanlardakı təsisatlarla, indiki zamanda bizdə eyni cür adlanan təsisatlar
arasında hansı oxşarlıqlar ola bilər? Həmin dövrdə mövcud olan respublika əslində
qullar kütləsi üzərində mütləq hakimiyyətə malik aristokratik təsisatlardan, xırda
müstəbidlərin yığıncaqlarından ibarət deyildimi? Köləliyə söykənən bu kommunal
aristokratiya, onlarsız bir dəqiqə belə mövcud ola bilməzdi.
Bəs “azadlıq” sözü, məgər, o, indi daşıdığı mənanı, həmin dövrdə, hətta azad
düşünməyə belə imkan olmadığı, tanrılar, dövlətin qanunları və ənənələri ilə bağlı
nələri isə müzakirə etməyin belə ağır nadir cinayət hadisəsi sayıldığı zamanlarda,
daşıya bilirdimi? “Vətən” anlayışı, məsələn, hansısa afinalı və ya spartalının qəlbində
yalnız Afina və ya Spartaya olan pərəstiş idi, öz aralarında rəqib olan, daim bir-biri ilə
müharibə aparan şəhərlərdən təşkil edilən bütün Yunanıstana yox. Bəs, həmin
“vətən” sözü öz irqi, dili və dini ilə bir-birindən fərqlənən, daim bir-biri ilə rəqabət
aparan qəbilələrə bölünmüş və Sezar tərəfindən asanlıqla məğlub edilmiş, belə ki, o,
daim onların sırasından özünə müttəfiqlər tapa bilirdi, qədim qallar üçün hansı məna
kəsb edirdi? Yalnız Roma siyasi və dini birlik verməklə, qallara vətən bəxş edə
bilmişdi. Lap uzağa boylanmaq lazım deyil, cəmi iki əsr bundan əvvəl “vətən”
sözünün fransız aristokratları tərəfindən, məsələn, məşhur Konde tipli, indikindən
tamamilə fərqli şəkildə başa düşüldüyünü görə bilərik, onlar öz hökmdarlarına qarşı
əcnəbilərlə ittifaq qurmuşdular. Və məgər eyni söz Fransaya qarşı vuruşmaqla şərəf
qanunlarına tabe olduqlarını düşünən mühacirlər üçün də başqa məna kəsb
etmirdimi? Öz nöqteyi-nəzərlərindən onlar, şübhəsiz, həmin qanunlara tabeçilik
göstərirdilər, zira feodal qanunu, vassalı torpağa deyil, öz hökmdarına bağlayırdı və
nəticə etibarilə, həmin ağa harada hökmranlıq edirdisə, ora da onların həqiqi vətəni
sayılırdı.
Bu şəkildə mənasını itirən sözlər kifayət qədərdir və onların başlanğıc mənasına
qədər gedib çatmaq heç də asan məsələ deyil. Ədalətli olaraq deyirlər ki, kral, kral
soyu kimi sözlərin əcdadlarımız üçün hansı məna kəsb etdiyini az-çox özünə
aydınlaşdıra bilmək üçün, öncə çoxlu oxumaq lazımdır. Belə olduğu vəziyyətdə, daha
mürəkkəb terminlərlə bağlı nə demək olar?
Beləliklə, sözlərin mənası daimi yox, müvəqqətidir və əsrlər və xalqlara uyğun
dəyişilir. Əgər, biz həmin sözlərlə kütləyə təsir etmək istəyiriksə, hər şeydən əvvəl
onların indiki anda hansı
məna kəsb etdiyini bilməliyik, vaxtilə nə məna daşıyıblar və ya tamamilə başqa
mənəvi təşkilatlara malik fərdlər üçün nə kəsb etdiklərini yox.
Beləliklə, müxtəlif siyasi danışıqlardan və dini inanclardakı dəyişikliklərdən sonra
izdihamda məlum sözlər tərəfindən çağırılan obrazlara qarşı dərin antipatiya baş
qaldırdığından, əsil dövlət adamının birinci vəzifə borcu sözləri dəyişdirməkdən ibarət
olmalıdır. Bununla birlikdə təbii ki, o şeylərin mahiyyətinə toxunmamalıdır, belə ki,
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə