Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

edir, çin xarakteri nəsildən-nəslə orada daha geniş vüsət alır, itirilən güclərin ümumi
dəyəri də çox böyükdür”.
Və dahi filosof belə bir qənaətə gəlir ki, latın tərbiyəsi ilə bizim həyatımız
arasında uyğunsuzluq getdikcə dərinləşməkdədir:
“Təhsilin bütün üç mərhələsində – uşaqlıq, yeniyetməlik və gənclik yaşlarında –
kitabların köməyi ilə verilən nəzəri və məktəb bilikləri çox darıxdırıcıdır, vaxt
aparandır, imtahanlar və dərəcə almalar, diplomlar və şəhadətnamələr üzündən
əziyyətlidir. Bu uzadılmalar və məktəb məşğələlərinin çətinliyi, qeyri-təbii rejimin
tətbiqindən, praktik biliklərin kənara qoyularaq, yerinə süni məşğələlər keçilməsi
yolu ilə beynin lüzumsuz məlumatlarla doldurulması və yorulmasından qaynaqlanır.
Bu zaman böyük insanların üzərinə düşən sonrakı illər və öhdəliklər diqqətə alınmır –
bir sözlə, gəncin qədəm basmalı olduğu nə real dünya, nə qabaqcadan uyğunlaşmalı
olduğu onu əhatə edən cəmiyyət, nə də gəncin qarşılaşmalı olduğu həyati məsələlər,
hansı ki, öncədən bunlara qarşı hazırlıqlı, dayanıqlı olmalıdır (yoxsa bunların
qarşısında o, nə dayana, nə də özünü müdafiə edə bilər), həmin sistem tərəfindən
hesaba alınmır. Bizim məktəblər şagirdlərinə hər şeydən daha çox vacib olan bu cür
hazırlığı vermir, onu ümumi mənada zəruri olan sərtlik, iradə və əsəb sistemi ilə
təmin etmir. Əksinə, şagirdi gələcək həyat şərtlərinə hazırlamaq əvəzinə, məktəb onu
bunun üçün zəruri olan keyfiyyətlərdən məhrum edir. Elə buradan da belə görünür
ki, o, həyata qədəm basarkən, praktiki fəaliyyət sahəsində atdığı ilk addımlar zamanı
xoşagəlməz məğlubiyyətlərlə müşayiət olunur ki, bu da onda məyusluq və təhqir
hisləri doğurur və bunlar uzun zaman davam etdiyindən, hətta həmin insan ömrü
boyu mənəvi cəhətdən şikəst qala bilər. Bu olduqca ağır və təhlükəli sınaqdır; əxlaqi
və əqli tarazlıq bundan zərər görə bilər və bir daha bərpa olunmamaq riski var.
Ümidsizlik olduqca qəfil və hərtərəfli gəlir; böyük yanılma olduğundan,
xoşagəlməzliklər də çox geniş olur”.
Bunlar Ten tərəfindən yazılmış təxminən sonuncu səhifələrdir. Onlar dahi
filosofun uzun sürən təcrübələrinin nəticələrini heyranedici şəkildə ümumiləşdirir.
Düşünürəm ki, bütün bunlar universitetimizin xaricdə olmayan professorları üçün
təəssüflər olsun ki, tamamilə anlaşılmazdır. Tərbiyə – xalqın ruhuna az da olsa təsir
göstərmək üçün imkanımızda olan yeganə vasitədir və kədərlə düşünürük ki,
Fransada demək olar, bir kimsə yoxdur baş düşsün ki, bizim müasir tərbiyə sürətli
tənəzzülün təhlükəli elementlərini təşkil edir və gəncliyimizi inkişaf etdirmək əvəzinə,
onu daha da pozur və alçaldır.
Tenin qələmə aldığı bu səhifələri Amerika tərbiyə sistemi ilə bağlı Pol Burjenin
apardığı müşahidələr əsasında yazdıqlarının toplandığı “Outre-Mer” adlı məşhur
kitabla müqayisə etmək faydalı olardı. Həm də etiraf etmək lazımdır ki, bizim tərbiyə
sistemi yalnız təşəbbüs sarıdan məhdud burjualar və iradəsiz anarxistlər ortaya
çıxarır – “eyni dərəcədə təhlükəli iki tipi – zəif vulqarlıqlar arasında səmərəsiz yerə
dövrə vuran və yaxud dağıntılara çılğıncasına aludə olanları” – müəllif hörmətə haqq
edən müqayisələr aparır. O bizim fransız liseylərini, bu degenerasiya fabriklərini,
insanı həyata mükəmməl hazırlayan amerika məktəbləri ilə müqayisə edir. Buradan
da demokratik xalqlarla, demokratik ideyaların düşüncələrdə deyil, nitqlərdə mövcud
olan xalqlar arasında hansı uçurumun mövcud olduğunu aşkar görmək mümkündür.
downloaded from KitabYurdu.org


Biz əvvəlki sətirlərdə kütlə psixologiyasından heç də uzaqlaşa bilməmişik. İndiki
dəqiqədə kütlədə yuva salmış və sabah tam inkişafda özünü göstərməyə hazır olan
ideya və inancları başa düşməkdən ötrü, onun üçün təməlin necə hazırlandığını
bilmək lazımdır. Hər hansı bir ölkədə gənc nəslə verilən təhsil, bizə həmin ölkəni
hansı aqibət gözlədiyini görməyə imkan verir. Müasir nəsillər tərəfindən alınan
tərbiyə bu baxımdan ən tutqun proqnozları doğruldur. Təhsil və tərbiyə müəyyən
dərəcəyədək kütlənin ruhunu yaxşılaşdıra və yaxud korlaya bilər. Müasir sistemin ona
necə təsir göstərdiyini və biganə və neytral fərdlər kütləsinin tədricən hər cür
utopistlərin və natiqlərin təlqinlərinə itaət etməyə hazır olan böyük narazılar
ordusuna necə çevrildiyini müəyyən etmək lazımdır. Latın xalqlarının gələcək
tənəzzülü elə, məhz, məktəblərdə hazırlanır.
II fəsil
KÜTLƏ DÜŞÜNCƏLƏRİNİN BİLAVASİTƏ AMİLLLƏRİ
1. Obrazlar, sözlər və formullar. – Sözlər və formulların sehrli gücü. – Sözlərin
qüdrətli təsiri obrazlarla bağlıdır, hansı ki, onlar tərəfindən çağırılır və onların real
dəyərindən asılı deyil. – Obrazlar zamana və irqə uyğun olaraq dəyişilir. – Sözlərin
köhnəlməsi.
– Sözlərin mənasının irqə müvafiq dəyişilməsi. – “Demokratiya” sözünün Avropa və
Amerikada müxtəlif mənaları.
2. İllüziyalar. – Onların əhəmiyyəti. – Onlar bütün sivilizasiyaların təməlində
dayanırlar. – İllüziyaların sosial labüdlüyü.
– İzdiham həmişə onların həqiqətinə üstünlük verir.
3. Təcrübə. – Yalnız təcrübə kütlənin ruhunda lazım olan həqiqətləri
möhkəmləndirə və təhlükəyə çevrilmiş illüziyaları dağıda bilər. – Bax, izdihamı
inandırmaq üçün zəruri olan təcrübə neçəyə başa gəlir.
4. Ağıl. – Onun izdihama təsirinin zəifliyi. İzdihama onun qeyri-iradi hislərinə
nüfuz etməklə təsir göstərmək mümkündür. – Tarixdə məntiqin rolu. – Ağlasığmaz
hadisələrin gizli səbəbləri.
Əvvəlki fəsildə biz kütlənin ruhunda fövqəladə həssaslığı inkişaf etdirən,
bilavasitə (kənar) və hazırlıq amillərini öyrəndik. Bunun sayəsində izdihamda məlum
hislər və ideyalar yaranır. İndi isə biz izdihama bilavasitə təsir edən amilləri nəzərə
almalıyıq. Növbəti fəsildə biz həmin amillərlə necə rəftar etmək lazım olduğunu
göstərəcəyik ki, onlar öz təsirlərini göstərə bilsinlər.
Əsərimizin birinci hissəsində biz kütlənin hisləri, ideyaları və düşüncələrini
öyrəndik və bundan izdihamın ruhuna təsir üsulları haqqında ümumi nəticə çıxara
bilərik. Biz artıq kütlənin təsəvvürünü nə çəkdiyini, təlqinin, xüsusilə də obrazlar
şəklində təqdim edilən, hansı güc və təsirə malik olduğunu bilirik. Lakin təlqinin
mənşəyi rəngarəng olduğundan, izdihamın ruhuna təsir edən amillər də çox müxtəlif
ola bilir. Buna görə də onları ayrı-ayrılıqda öyrənmək lazımdır və belə tədqiqat heç də
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə