Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

bununla bağlıdır, belə ki, onlar heç də qəfildən və ya təsadüfən ortaya çıxmır, hər
birinin kökü daha uzaq keçmişə gedib çıxır. Əgər həmin ideyalar özlərinin çiçəklənmə
dövrünə daxil olursa, deməli, zaman onları hazırlayıb. Və həmin ideyaların genezisi
yalnız biz keçmişə müraciət etdiyimiz zaman aydınlaşır. İdeyalar – onlar keçmişin
qızları və gələcəyin analarıdır və həmişə zamanın köləsidirlər!
Beləliklə, həqiqi hakimimiz zamandır və bizə hər şeydə dəyişikliyi görmək üçün
ona yalnız fəaliyyət imkanı yaratmaq lazımdır. Hazırda bizi kütlənin qorxunc iddiaları,
həmin dağıntılar və çevrilişlər, çox güman ki, onlar bizə hazırlayırlar, narahat edir.
Amma zaman tarazlığın bərpasının qayğısına qalır. “Heç bir rejim bir gün içində
yaranmayıb, – Lavoss belə deyir, – siyasi və sosial təşkilatlar əsrlər ərzində formalaşır.
Feodalizm məlum qaydalara tabe olana qədər, uzun əsrlər boyu biçimsiz və xaotik
şəkildə mövcud olub. Mütləq monarxiya da düzgün hökumət rejimi tapılmayana
qədər uzun əsrlər mövcud olub və bütün bu keçid dövrləri həmişə böyük çalxantılarla
müşayiət edilib”.
4. SİYASİ VƏ SOSİAL TƏSİSATLAR
Belə bir ideya geniş yayılıb ki, hər hansı bir təsisat cəmiyyətdəki çatışmazlıqları
düzəltməyə xidmət edir. Xalqların inkişafı guya həmin təsisatların və hökumətlərin
təkmilləşdirilməsinin nəticəsində baş tutur və sosial dəyişiklikləri dekretlərin
köməyilə həyata keçirmək olur. Fransa inqilabı öz başlanğıc nöqtəsi kimi məhz, həmin
ideyanı əsas götürüb və müasir sosial nəzəriyyələr də öz dayaq nöqtəsini onda
tapırlar.
Bu, uzun çəkən təcrübə bütün hallarda həmin təhlükəli xülyanı ciddi sarsıda
bilməzdi və çox lüzumsuz yerə tarixçilər və filosoflar bunun əsassızlığını sübut etməyə
çalışmışlar. Amma bütün təsisatların özlüyündə ideya, hiss və adətlərin məhsulu
olduğunu sübut etmək, onlar üçün elə də çətinlik törətməzdi. Həmin ideya, hiss və
adətləri təkcə məcəllələri düzəltməklə asan şəkildə dəyişmək mümkün deyil. Xalq
özünə göz və saç rənglərini seçə bilmədiyi kimi, təsisatları da seçə bilmir. Təsisatlar və
hökumətlər – bunlar irqin məhsullarıdır onlar dövrü deyil, dövr onları yaradır. Xalqlar
onların xarakterlərinin tələb etdikləri kimi idarə olunmurlar. Hər hansı bir siyasi
rejimin yaranması üçün uzun əsrlər lazım olduğu kimi, onların dəyişilməsi üçün də
əsrlər lazımdır. Təsisatlar özlüyündə nə yaxşı, nə də pis ola bilər və indiki anda
hansısa xalq üçün yaxşı olan, başqa zamanda onun üçün tamamilə yararsız ola bilər.
Ona görə də həmin təsisatları əsl həqiqətdə dəyişdirmək xalqın iradəsi daxilində
deyil; o, zorakı inqilablar yolu ilə yalnız təsisatların adını dəyişə bilir, amma onların
mahiyyəti dəyişməz qalır. Ad, yeri gəlmişkən heç bir əhəmiyyət daşımır – bu,
etiketdən başqa bir şey deyil və şeylərin mahiyyətinə nüfuz edən tarixçi, onlara elə də
xüsusi diqqət yetirmir. Beləliklə, məsələn, dünyada ən demokratik ölkə sayılan
İngiltərə monarxiya üsul-idarəsi ilə idarə olunur, eyni zamanda ispan-Amerika
respublikalarında, baxmayaraq ki, orada respublika təsisatları mövcuddur, ən ağır
müstəbidlik hökm sürür. Xalqların taleyini onların xarakterləri müəyyən edir, heç də
hökumətlər deyil. Əvvəlki əsərimdə bunu aydın nümunələrlə sübut etməyə səy
göstərmişəm.
downloaded from KitabYurdu.org


Bu, hətta Birləşmiş Ştatların ən qabaqcıllarından olan respublikaçılar tərəfindən
də etiraf olunur. Amerika jurnalı “Forum” bu məsələ ilə bağlı qəti fikir yazmışdı, hansı
ki, mən “Review of Reviews”in 1894-cü il dekabr nəşrindən götürmüşəm:
“Aristokratiyanın ən qatı düşmənləri belə unutmamalıdırlar ki, İngiltərə dünyada
ən demokratik ölkədir, orada şəxsiyyətin hüquqlarına ən yüksək dərəcədə hörmət
bəslənilir və şəxsiyyət ən böyük azadlıqlardan istifadə edir”.
Beləliklə, hətta diqqətlə hazırlanmış konstitusiya belə tamamilə dəyərsiz və
faydasız ritorikadan başqa bir şey deyilmiş, belə ki, əgər biz bu iki amilə fəaliyyət
imkanı versək, zaman və ehtiyac özləri münasib konstitusiya formasının işlənib
hazırlanması qayğısına qalacaqlar. Anqlosakslar məhz, belə hərəkət etmişlər, hansı ki,
bunu biz böyük ingilis tarixçisi Makoleyin dediklərindən öyrənmişik. Onun bu
münasibətlə söylədiklərini, təmiz zəka nöqteyi-nəzərindən cəfəng və ziddiyyətli
yığıncaqlarda hazırlanan qanunlarla nə qədər böyük xeyirxahlıq etdiklərini iddia edən
latın ölkələrinin bütün siyasətçiləri, əzbərləsəydilər, çox yaxşı olardı. Avropa və
Amerikanın latın xalqları tərəfindən baş verən iğtişaşlar zamanı məhv edilən
konstitusiyaları İngiltərə “konstitusiyası” ilə müqayisə edən Makoley deyir ki,
sonuncu çox az, hissələr üzrə, bilavasitə zərurət yarandıqda dəyişilib, lakin heç vaxt
spekulyativ müzakirələr əsasında deyil. “Daha çox faydalar haqqında düşünmək, –
Makoley deyir, – amma simmetriyanın qayğısına qalmamaq; anomaliyadır deyib, tək
həmin əsasda anomaliyanı aradan qaldırmamaq; mənasızlıq hissi duyulmayana
qədər, yeniliyi tətbiq etməmək, həm də bu yeniliyin həmin hissin aradan qaldırılması
üçün lazım olduğunu bilə-bilə; kömək etmək lazım gələn yerdə həmin hadisədən
kənara çıxmamaq – Bax, İoahan zamanından Viktoriya dövrünə kimi mövcud olmuş
250 parlamentin adətən əldə rəhbər tutduqları qaydalar bunlardır”.
Qanunlar və təsisatların irqlərin tələbatlarını hansı dərəcəyədək ifadə edə
biləcəyi barədə aydın təsəvvür olsun deyə, hər bir xalqın qanun və təsisatlarını ayrıca
öyrənmək lazımdır və məhz, buna görə onlar zorakılıq yolu ilə dəyişdirilməməlidir.
Məsələn, nümunə kimi fəlsəfi nöqteyi-nəzərdən mərkəzləşmənin üstünlükləri və
zərərləri ilə bağlı düşünmək olar, amma xatırlayanda ki, böyük inqilab keçmişin bütün
təsisatlarını devirməyə can atsa da, bütün hallarda həmin mərkəzləşməyə yenə də
hörmət etməyə məcbur olub, hətta onu bir qədər də genişləndirib. İstər-istəməz
etiraf etməliyik ki, təsisat – son dərəcə zəruriliyin məhsuludur və o, xalqın
mövcudluğunun şərtlərini təşkil edir; buna görə də onları məhv etməyi tələb edən
bəzi siyasi xadimlərin dünyagörüşlərinin məhdudluğundan bizə yalnız təəssüflənmək
qalır. Əgər onlar təsadüfən öz məqsədlərinə çata bilərlərsə, bu, dəhşətli vətəndaş
müharibəsinin başlanması üçün dərhal bir işarə olar, yenə də əvvəlkindən daha ağır
yeni mərkəzləşməyə gətirib çıxara bilər.
Əgər biz Fransada başlıca olaraq irqi məsələ ilə bağlı müxtəlif partiyalar arasında
mövcud olan indiki dərin dini və siyasi fikir ayrılıqları və inqilab dövründə üzə çıxan və
fransa-prussiya müharibəsinin sonuna yaxın yenidən özünü göstərən separatçı
təmayüllər arasında paralellər aparsaq, görərik ki, Fransada mövcud olan irqlər heç
də bir-biri ilə qaynayıb-qarışmamışlar. Fəal mərkəzləşmə və süni departamentlərin
təsis olunması ilə əvvəlki əyalətlərin bir-birinə birləşməsi, heç şübhəsiz, inqilabın ən
faydalı işi ola bilərdi. Lakin diqqətsiz adamların bu qədər çox izah etdikləri
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə