Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

Hazırkı zamanda qəlbləri fəth edənlərə daha səcdəgahlar tikmirlər, amma
heykəllər ucaldırlar və indi onlara göstərilən pərəstiş, keçmiş zamanlarda olanlardan
elə də çox fərqlənmir. Tarixin fəlsəfəsi yalnız o vaxt bizə aydın olacaq ki, biz kütlə
psixologiyasının başlıca bəndlərini, yəni, kütlə üçün ya səcdəgah olmaq lazımdır, ya
da heç bir şey, tam mənimsəyəcəyik.
Fikirləşmək lazım deyil ki, keçmiş əsrlərin zehniyyəti tamamilə düşüncəmizdən
silinib. Şüura qarşı əbədi mübarizədə hiss heç vaxt məğlub olmayıb. Kütlə uzun
müddət köləlik etdiyi “səcdəgah” və “din” sözlərini daha eşitmək istəmir. Lakin o da
var ki, heç vaxt son yüzillikdəki qədər bu sayda bütə malik olmamış və öz köhnə
tanrılarına heç vaxt bu qədər ibadətgah və abidələr də ucaltmamışdı. Bulanjizm adı
altında məlum olan, son illərdə gedən xalq hərəkatını tədqiq edənlər, kütlənin dini
instinktlərinin hansı asanlıqla dirçəlişinə əmin ola bilərlər. Hətta bir kənd
mehmanxanası da tapmaq mümkün deyildi ki, orada qəhrəmanın təsviri olmasın.
Bütün fəlakətləri aradan qaldırmağa və ədaləti bərpa etməyə qabil güc, həmin
qəhrəmanın adına yazılırdı; minlərlə adam onun uğrunda öz həyatını qurban
verməyə hazır idi. Əgər onun xarakteri bu əfsanələrdən yüksəkdə olsaydı, görəsən, o
tarixdə hansı yeri tutardı!
Bu arada kütlənin dinə ehtiyacı olduğunu təkrar etməyə lüzum qalmır, belə ki,
bütün inanclar, siyasi, ilahi və sosial, yalnız mübahisəsiz qəbul edilən dini forma
aldıqda mənimsənilir. Əgər, kütləni ateizmi də mənimsəməyə məcbur etmək
mümkün olsaydı, o da hər bir dini hiss kimi belə hərarətli dözümsüzlük nümayiş
etdirərdi və öz zahiri formaları ilə çox tezliklə əsil ayinə çevrilərdi. Pozitivçilərin kiçik
sektasının təkamülü həmin vəziyyəti bariz şəkildə təsdiq edir. Onunla həmin nihilistlə
də bağlı, görkəmli yazıçı Dostoyevskinin bizə nəql etdiyi oxşar hadisə baş vermişdi.
Gözəl günlərin birində zəkanın işığı ilə nurlandırılmış həmin nihilist kiçik kilsənin
mehrabını bəzəyən tanrıların və müqəddəslərin təsvirlərini qırıb-tökdü, mum şamları
söndürdü və bir dəqiqə belə itirmədən, məhv etdiyi təsvirləri Byüxner və Moleşot
kimi ateist-filosofların yaradıcılıq işləri ilə əvəz etdi və yenidən ehtiramla şamları
yandırdı. Onun dini inanclarının predmeti dəyişmişdi, lakin demək olarmı ki, əslində
onun həm də dini hissi dəyişilib?
Bəzi tarixi hadisələr, həm də ən əhəmiyyətliləri, yalnız o zaman anlaşıqlı
görünəcək ki, həmin dini forma özümüzə tamamilə aydın olacaq və nəhayətdə
kütlənin inamını ifadə edəcək. Sosial hadisələr var ki, onları naturalist kimi yox, daha
çox psixoloji nöqteyi-nəzərdən öyrənmək lazımdır. Görkəmli tarixçimiz Ten inqilabları
yalnız naturalist kimi tədqiq etdiyindən, hadisələrin genezisi çox vaxt onun gözündən
yayınırdı. O, faktları əla müşahidə edirdi, amma kütlə psixologiyasını bilmədiyindən,
heç də həmişə onların mənbəyinə qədər gedib çata bilmirdi. Faktlar öz yırtıcı,
anarxist və azğın xarakteri ilə onu qorxuya salırdı; o, həmin möhtəşəm dövrün
qəhrəmanlarında öz instinktlərinə maneəsiz itaət edən yalnız vəhşi epileptik sürüsü
görürdü; amma inqilabların istənilən zorakılıqlarına, qətllərə, təbliğata olan zərurətə,
krallara qarşı elan edilən müharibələrə, sadəcə, kütlənin ruhunda yaranan yeni dini
inancların təşəkkülü kimi baxsaq, onda hər şey çox asanlıqla izah olunur. İslahatlar,
Varfolomey gecəsi, dini müharibələr, inkvizisiya, terror – bütün bunlar dini hislərdən
ruhlanan kütlə tərəfindən həyata keçirilən oxşar hadisələrdir və yeni inancın
downloaded from KitabYurdu.org


möhkəmlənməsinə müqavimət göstərən hər bir şeyi, bütün maneələri od və qılınc
vasitəsilə məhv edilməsini bir zərurət kimi tələb edir. İnkvizisiya metodları – bütün
səmimi insanların metodlarıdır və həmin adamlar digər metodları tətbiq etsəydilər,
onlar belə olmazdılar.
Əgər kütlənin ruhu indi nümunə gətirdiyim çevrilişləri çağırmasaydı, onlar
mümkün olmazdı. Heç bir mütləq müstəbid onları çağıra bilməzdi. Varfolomey
gecəsinin kralların əməli olduğunu söyləyən tarixçilər, bununla da kütlənin, eləcə də
kralların psixologiyasından xəbərsiz olduqlarını nümayiş etdirirlər. Bu növ nümayişlər,
yalnız kütlənin ruhu ilə əmələ gəlir; yalnız hökmdarların ən absolyut olanı, ən zalımı
onların əmələ gəlməsini həm sürətləndirə, həm də zəiflədə bilər. Varfolomey
gecəsini, dini müharibələri krallar təşkil etməmişdi və terroru da nə Robespyer,
Danton və ya nə də Sen-Jüst törətməmişdilər. Bütün həmin hadisələrdə kralların
əzəməti yox, kütlənin ruhu əsas rol oynamışdı.
12 ultramontan termini XIII əsrdə yaranıb və Roma papasını italyanlardan yox,
başqa ölkələrin birində təyin edilməsini nəzərdə tuturdu.
İkinci bölmə
KÜTLƏNİN DÜŞÜNCƏSİ VƏ İNANCI
I fəsil
KÜTLƏNİN DÜŞÜNCƏ VƏ İNANCLARININ KƏNAR AMİLLƏRİ
Kütlənin inanclarının hazırlıq amilləri. – Həmin inancların inkişafı əvvəlkilərin
emalının nəticəsidir.
1. İrq. – Onun üstünlük təşkil edən təsiri. – Həmin təsirdə əcdadların təlqini
özünü göstərir.
2. Ənənələr. – Ənənələr irqin ruhunun sintezinin ifadəsinə xidmət edir. –
Ənənələrin sosial əhəmiyyəti. – Onların zərəri nədən ibarətdir. – Kütlə ənənəvi
ideyaların ən möhkəm mühafizəedicisidir.
3. Zaman. – O, ardıcıllıqla inancın möhkəmlənməsini, sonra isə məhvini
hazırlayır. – Onun təsiri sayəsində xaosdan qayda-qanun bərpa olunur.
downloaded from KitabYurdu.org


4. Siyasi və sosial təsisatlar. – Onların rolu barədə yanlış təsəvvürlər. – Onlar
səbəbləri deyil, nəticələri təmsil edirlər. – Təsisat – bir-birinə bənzəməyən şeylərin
ümumi ad altında pərdələməkdən başqa bir şey deyil. – Konstitusiyalar necə yaradılır.
Bəzi xalqların mərkəzləşdirmə kimi məlum, nəzəricə səfeh təsisatlara olan tələbatı.
5. Təhsil və tərbiyə. – Təhsilin kütləyə təsiri ilə bağlı müasir yanlış təsəvvürlər. –
Statistik göstərişlər. – Latın tərbiyəsinin pozğunlaşmış rolu. – Təhsilin icra edə biləcəyi
rol. – Müxtəlif xalqlarda rast gəlinən nümunələr.
Kütlənin mənəvi quruluşunu, onun düşünmək, hiss və mühakimə etmək tərzini
öyrəndikdən sonra, indi onun düşüncə və inanclarının necə əmələ gəlməsi və
bərqərar olmasının tədqiqinə keçirik.
Kütlənin düşüncə və inanclarını müəyyən edən amillər ikili növdə olur; bilavasitə
və bilavasitə amillər.
Bilavasitə amillər – bunlar o amillərdir ki, kütlənin məlum inamları qavramasını
onun üçün əlçatan edir və bəzi digər baxışlarla nüfuzetmə bacarıqsızlığını ortaya
çıxarır. Həmin amillər sonradan öz qüvvəsi və nəticələri ilə hamını heyrətdə qoya
biləcək hər hansı bir ideyanın qəfil inkişafı üçün təməl hazırlayır. Amma yalnız elə
görünür ki, həmin ideyalar qəfil ortaya çıxıb. Həqiqətdə, bəzi ideyalar çox vaxt
izdihamda ortaya çıxır və ildırım sürəti ilə icraya yönəlir, Lakin bu, ilk baxışda belə
görünür, əslində həmin partlayış həmişə özündən əvvəlki işlərin uzun sürən
nəticələrinin yekunudur.
Kütləyə təsirini göstərən bilavasitə amillər isə artıq bilavasitə amillərin öncədən
hazırlanmış təməlində fəaliyyət göstərir və onsuz heç bir nəticə də doğurmazdılar;
onlar kütlədə fəal özünə etibar yaradırlar, yəni məlum formanı ifadə edirlər və onu
bütün nəticələri ilə inkişaf etdirirlər. Bilavasitə amillərin sayəsində kütlədə onu aludə
edən hallar yaranır; onların sayəsində qiyam başlanır, tətillər təşkil edilir və yaxud
böyük əksəriyyət qəfildən hər hansı bir adamı hakimiyyətə gətirir və ya hansısa
hökuməti hakimiyyətdən devirir.
Bütün böyük tarixi hadisələrdə bu ikili amillərin ardıcıl fəaliyyətini müşahidə edə
bilirik. Bunlardan ən heyrət doğuracaq bir nümunəni – fransız inqilabını – götürək.
Həmin hadisələrin bilavasitə amilləri filosofların yaradıcılığı, aristokratiyanın
zorakılığı, elmi düşüncələrin uğurlarıdır. Beləliklə, bilavasitə amillərlə – natiqlərin
nitqləri və ən cüzi islahatlara qarşı çıxan sarayın müqaviməti – hazırlaşdırılan kütlənin
ruhu artıq asanlıqla aludə vəziyyət alır.
Bilavasitə amillərə bütün inancların dərinliyində və kütlənin düşüncələrində rast
gəlinən irqlər, ənənələr, zaman, təsisatlar və tərbiyə kimi ümumi amillər aiddir.
1. İRQ
İrq amili ilk yerdə dayanmalıdır, belə ki, öz əhəmiyyətinə görə o, digərlərini
üstələyir. Bundan öncə biz irqin təsirindən söz açdığımızdan, bir daha həmin
məsələyə qayıtmayacağıq. Əvvəlki əsərdə biz tarixi irqin nə olduğunu və onun yekun
xüsusiyyətləri formalaşdıqdan sonra irsiyyət qanunu sayəsində hansı qüvvəyə malik
olduğunu göstərmişdik; həmin vaxt inancları, təsisatları və incəsənəti, bir sözlə,
sivilizasiyasının bütün elementləri onun ruhunun zahiri təsvirindən başqa bir şey
deyil. İrqin təsiri elədir ki, həmin elementlərdən heç biri dərin dəyişikliklərə
uğramadan bir xalqdan digərinə keçə bilmir. Mühit, şərait və hadisələr, yalnız
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə