Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

desentralizasiyanı həyata keçirmək mümkün olsaydı, onda bu çox tezliklə ən qanlı
toqquşmalara gətirib çıxarardı. Bunu etiraf etməmək ölkəmizin bütün tarixinə məhəl
qoymamaq deməkdir.
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlirik ki, təsisatlar vasitəsilə kütlənin
ruhuna təsir etmək olmur. Bəzi ölkələrin, məsələn, demokratik təsisatlara malik olan
Birləşmiş Ştatlar ən yüksək çiçəklənmə dərəcəsinə nail olub, başqalarında isə,
məsələn, ispan-Amerika respublikaları baxmayaraq ki, oxşar təsisatlara malikdilər,
onlarda ən kədərli anarxiya hakimdir, deməli, birinin inkişafda yüksəlişə, digərlərinin
isə tənəzzülə uğramasında təsisatlar heç bir rol oynamır. Xalqlar öz xarakterlərinin
xassələri tərəfindən idarə olunurlar və irqin xarakterinə dəqiq şəkildə uyğun
gəlməyən bu təsisatlar, bir növ müvəqqəti istifadə üçün götürülmüş geyimə bənzəyir.
Təsisatların tətbiqi məqsədilə, hansı ki, onlara da müqəddəs sayılan şeylər, insanlara
xoşbəxtlik gətirən fövqəladə güc kimi istinad edilir, qanlı müharibələr və coşqun
inqilablar dəfələrlə baş verib və bundan sonra da baş verəcək. Müəyyən mənada,
əlbəttə təsisatların kütlənin ruhuna təsir etdiyini söyləmək də olar, çünki onlar
bənzər inqilablar doğururlar, lakin əslində burada təsisatların heç bir rolu yoxdur,
belə ki, aradan qaldırılacaqlar və ya təntənə çalacaqlar hələ bilinmir, bütün hallarda
onlar özlüyündə heç bir keyfiyyətə malik olmurlar. Kütləyə yalnız xəyali və güclü
illüziyalar və xüsusilə də sözlər təsir edir, çox tezliklə onların izdihama necə fövqəladə
təsiretmə qabiliyyətindən söz açacağıq.
5. TƏHSİL VƏ TƏRBİYƏ
Hansısa dövrdə xəyali xarakterinə və az sayda olmasına baxmayaraq, üstünlük
təşkil edən və gücə malik ideyalar arasında bizim indiki zamanda birinci sıraya layiq
bildiklərimiz bunlardır: təhsil, o, adamları əhəmiyyətli dərəcədə dəyişdirə və qəti
surətdə yaxşılaşdıra və hətta onlar arasında bərabərlik yarada bilər. Təkrar yolu ilə bu
inandırma demokratiyanın ən sarsılmaz ehkamlarından birinə çevrilib və vaxtilə kilsə
ehkamlarına olduğu kimi, hazırkı zamanda da ona toxunmaq çox çətindir. Bu bənd və
eləcə də digərləri xüsusunda, psixoloji əlamətlər və təcrübə baxımından demokratik
ideyalar, tamamilə ziddiyyət təşkil edirlər. Məşhur filosofların çoxu, o cümlədən
Herbert Spenser təhsilin insanı nə daha ədəbli, nə də daha xoşbəxt etmədiyini və nə
onun instinktlərini, nə də irsi ehtiraslarını nəinki dəyişdirdiyini, əgər səhv istiqamətə
yönəldilərsə, bəzən hətta xeyirdən çox, zərər gətirdiyini çətinlik çəkmədən sübut
ediblər. Statistika həmin baxışı təsdiq edib, təhsilin ümumiləşdirilməsi və yaxud ən
azından məlum təhsil növünün ümumiləşdirilməsi ilə birlikdə cinayətkarlığın artdığını
da göstərib. Adolf Hillo bu yaxınlarda yazdığı əsərində göstərib ki, 1000 nəfər təhsilsiz
cinayətkara hazırda 3000 təhsilli düşür və 50 il ərzində 100000 min nəfər əhaliyə
düşən cinayətkarların sayı 227-dən 552-yə yüksəlib, yəni 143% artıb.
Şübhəsiz, heç kim etiraz etməz ki, düzgün istiqamətlənmiş təhsil əxlaqın
yüksəlməsi baxımından olmasa da, hər halda peşəkar qabiliyyətlərin inkişafı
baxımından, olduqca faydalı praktik nəticələr verə bilir. Təəssüflər olsun ki, Brül,
Füstül de Kulanj, Ten və başqa ən məşhur adamların söylədiklərinə baxmayaraq, latın
xalqları, xüsusilə də son 25 il ərzində öz təhsil sistemlərini tamamilə yanlış prinsiplər
əsasında qurublar və həmin məşhurlar öz kədərli səhvlərində israr etməkdə davam
downloaded from KitabYurdu.org


edirlər. Mən əvvəlki əsərlərimdən birində müasir tərbiyə sisteminin, həmin tərbiyəni
alanların cəmiyyətin düşmənlərinə çevirdiyini və onun sosializmin ən pis növünün
ardıcıllarını hazırladığını qeyd etmişəm.
Tamamilə ədalətli olaraq, latın sistemi adlandırılan həmin tərbiyə sisteminin əsas
təhlükəliliyi ondadır ki, o, dərsliklərin əzbər öyrədilməsi, guya zəkanı inkişaf etdirir
kimi psixoloji yanlışlığa əsaslanır. Bu qənaətdən çıxış edərək gənc insanı ibtidai
məktəbdən başlayaraq, ali dərəcə alana qədər yalnız daha çox kitab oxumağa
məcbur edirlər, özü də nə mühakimə yürütmək, nə də təşəbbüskarlıq baxımından
onları inkişaf etdirmirlər. Bütün təhsil həmin gənc üçün əzbərçilikdən cavab və qulaq
asmaqdan ibarətdir. “Dərsləri öyrənmək, – keçmiş xalq maarif nazirlərindən biri, Jül
Simon yazır, – qrammatikanı və ya konspekti əzbər bilmək, onları yaxşıca təkrar və
təqlid etmək – budur, qəribə təhsil sistemi, hansı ki, hər şey yalnız müəllim
qüsursuzluğuna inam aktı kimi təsvir olunur, bizi hörmətdən salır və əlacsız duruma
düşürür”.
Əgər, bu cür tərbiyə sistemi təkcə səmərəsiz olsaydı, onda talesiz uşaqlarla bağlı
yalnız təəssüflənməklə kifayətlənmək olardı, ibtidai məktəbdə hər hansı faydalı bir
şeyi öyrətmək əvəzinə, onlara Klotoriyanın oğlanlarının genealogiyasını və ya
Nevstriya və Avstroziya arasında gedən mübarizənin tarixini və yaxud zooloji təsnifatı
öyrədirlər. Lakin belə bir tərbiyə sistemi özlüyündə daha ciddi təhlükə kəsb edir:
həmin sistem öz ictimai vəziyyəti ilə bağlı şərtlərə bu tərbiyəni alanlarda ikrah hissi
oyadır, belə ki, kəndli artıq kəndli olaraq qalmaq istəmir və ən son burjua
nümayəndəsi belə öz oğlu üçün məvacibi dövlət tərəfindən ödənilən vəzifədən başqa
bir karyera görmür. Adamları həyata hazırlamaq əvəzinə, məktəb onları heç bir xırda
təşəbbüskarlıq belə irəli sürmədən və sərbəstcəsinə fəaliyyət göstərmədən, ictimai
vəzifələr tutmağa hazırlaşdırır. Belə tərbiyə sistemi aşağı pillədə hiddətlənməyə hazır,
öz talelərindən narazı olan proletarlardan ibarət böyük bir ordu yaradır, yuxarılarda
isə qeyri-ciddi, hər şeydən şübhələnən və sadəlövh, dövlətin
providensial
13
qüvvəsinə mövhumatçı inam bəsləyən burjuaziyanı yaradır və onlar
da daim şəxsi səbəblərə görə narazılıq edirlər və öz səhvlərində həmişə hökuməti
təqsirkar çıxarırlar, baxmayaraq ki, özləri hakimiyyətin müdaxiləsi olmadan heç bir
şeyi həll etməyə qadir deyillər.
Həmin diplomlu cənabları istehsal edən dövlət, onların yalnız az hissəsindən
istifadə edir, başqaları işsiz qalır və beləliklə də o, birilərini qidalandırır, digərlərindən
isə belə demək mümkünsə, özünə düşmənlər yetişdirir. Diplomlu böyük kütlə hazırda
bütün rəsmi vəzifələri mühasirəyə alıb və hər bir, hətta ən sadə vəzifə yerinə, rəsmi
namizədlərin sayı minlərlə ölçülür, eyni zamanda, məsələn, hər hansı bir iri tacir,
onların arasından özünə müstəmləkə yerlərində onu təmsil edə biləcək bir agenti
tapa bilmir. Təkcə Sena departamentində məşğuliyyətsiz qalan, sənətkarlıq və tarla
işlərinə nifrət bəsləyən 20000 min müəllim var və onlar öz yaşayışlarını təmin etmək
üçün dövlətə müraciət edirlər. Seçimlə bağlı say məhdud olduğundan, narazıların sayı
istər-istəməz artır və onlar məqsəd və rəhbərin nə və kim olmasından asılı
olmayaraq, istənilən etirazlarda iştirak etmək üçün potensial narazılar hesab
olunurlar. Bu cür biliklər sonradan işə tətbiq edilə bilmir, onlar insanda narazılıqların
baş qaldırması üçün əla vasitədir.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə