Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

Bu hal təkcə latın xalqlarına xas deyil; eyni şeyi mötəbər
mandarinlər
14
iyerarxiyası tərəfindən idarə olunan ölkədə, Çində də müşahidə
etmək olur. Bizdə olduğu kimi, onlarda da mandarin rütbəsinə müsabiqə yolu ilə
çatmaq olur və həm də bütün test özündə qalın təlimatları səhvsiz olaraq yadda
saxlamağı ehtiva edir. Heç bir məşğuliyyəti olmayan alimlər ordusu hazırkı Çin üçün
əsil milli problem hesab olunur. Belə vəziyyətlə, ingilislərin məktəblər açdığı
Hindistanda da qarşılaşırsan, çünki həmin məktəblər İngiltərədə olduğu kimi tərbiyə
etməyi yox, yalnız yerlilərə təhsil verməyi nəzərdə tuturdu. Bunun nəticəsində
Hindistanda “babu” adlanan elmli adamlardan ibarət xüsusi sinif yarandı və
məşğuliyyət üçün nəsə tapa bilmədiklərindən, onlar ingilis hökmranlığına qarşı
barışmaz düşmənə çevrildilər. Bütün babularda – məşğul olub-olmamaqlarından asılı
olmayaraq – təhsilin ilk nəticəsi olaraq əxlaq səviyyəsinin aşağı enməsi müşahidə
edilirdi. Həmin fakt, mən “Les Civilizations de L”Inde” adlanan kitabımda bundan çox
söz açmışam, Hindistana səyahət edən bütün müəlliflər tərəfindən etiraf edilir.
İndi geriyə qayıtmaq, zənnimizcə, çox gecdir. Xalqların son tərbiyəçisi olan
təcrübə, yalnız bizlərə səhvlərimizi göstərməyi öz üzərinə götürə bilər, təkcə təcrübə
iyrənc idarəçiliyimizi, peşəkar tərbiyə sahəsindəki zavallı müsabiqələrimizi
dəyişdirməyin labüdlüyünə inandıra bilər və hazırda bütün vasitələrlə bundan uzaq
durmağa çalışan gənclərimizi yenidən tarlalara, emalatxanalara və müəssisələrə
qaytara bilər.
İndi həmin peşəkar tərbiyə, hansı ki, bütün ziyalı zəkalar nail olmaq istəyir, bizdə
vaxtilə mövcud olub və hazırda öz iradəsi, təşəbbüskarlığı və işgüzarlıq mənəviyyatı
ilə dünyada hökmranlıq edən xalqlar onu qoruyub saxlaya bilmişlər. Böyük
mütəfəkkir Ten, öz gözəl əsərində aydın şəkildə isbat edib ki, vaxtilə bizdə mövcud
olmuş tərbiyə sistemi ilə İngiltərə və Amerikada indi mövcud olan tərbiyə sistemi
demək olar ki, eyniyyət təşkil edir. Latın və anqlosakson tərbiyə sistemləri arasında
əla paralellər aparan Ten hər iki metodun doğurduğu nəticələri aşkar göstərib. Əgər
bu qədər çox biliklərin səthi mənimsənilməsi, çoxsaylı təlimatların əzbər öyrənilməsi
həqiqətən ağıl səviyyəsini yüksəldə bilsəydi, ola bilsin, ekstremal halda bizim klassik
tərbiyənin bütün əyər-əskiklikləri ilə barışmaq olardı, baxmayaraq ki, o, həll
edilməmiş problemlər və narazılar ordusu yaradırdı. Təəssüflər olsun ki, belə deyil!
İdrak, təcrübə, təşəbbüs və xarakter – həyatda uğur qazanmağın şərtləri bunlardır;
kitablar isə bunu vermir. Kitablar – lüğətlər, məlumat toplamaq üçün çox faydalıdır,
amma onlardan uzun çıxarışları yaddaşda saxlamaq tamamilə faydasızdır!
Peşəkar təhsilin əqlin klassik inkişafına nə qədər çox təsir göstərə biləcəyini Ten
aşağıdakı şəkildə izah edir:
“İdeyalar yalnız öz təbii və normal mühitində formalaşır. Həmin ideyaların
başlanğıcda inkişafına saysız təəssüratlar kömək edir, hansı ki, gənc onları gündəlik
olaraq emalatxanada, mədəndə, gəmidə, sinifdə, tərsanədə, hospitalda, alətlər,
materiallar, əməliyyatlar şəklində, müştərilərin, işçilərin iştirakıyla, yaxşı və ya pis
düzəldilmiş, zərər və ya gəlir gətirən əmək və iş zamanı, qazanır. Bütün bu göz, qulaq,
əllər və hətta iybilmə ilə bağlı xırda, özəl qavrayışlar, özündən asılı olmayaraq
yaddaşda qorunan və gizli olaraq emal edilənlər, insanın əqlində təşkil olunub ki, ona
gec və ya tez, bu və ya digər yeni kombinasiya, sadələşdirmə, qənaət, təkmilləşdirmə
downloaded from KitabYurdu.org


və ya ixtiranı təlqin etsin. Gənc fransız bütün bu qiymətli qavrayışlardan, asan -
mənimsənilən və vacib olan elementlərlə təmasdan məhrumdur, özü də ən
məhsuldar yaş dönəmində. Yeddi və ya səkkiz il ərzində o, məktəbə qapadılır, həmin
gənc, ona şeylər, adamlar barədə və onlarla necə davranmaqla bağlı dəqiq və dərin
anlayışlar verən, birbaşa və şəxsi təcrübədən, uzaq tutulur.
... Ən azı həmin gənclərin on nəfərindən doqquzu, öz zamanlarını və əməklərini
bada vermişlər, ömürlərinin bir neçə ilini, özü də ən fəal, mühüm və ən həlledici
illərini, həmin məktəblərdə keçirmişlər. Onlardan yarısını və ya üçdə ikisini çıxın,
çünki imtahanlara girsələr də müsbət nəticə əldə etmirlər; sonra qəbul olunanların -
sırasından elmi dərəcə, şəhadətnamə və diplom alanlardan da yarısını və ya üçdə
ikisini çıxın – mən yorulub, taqətdən düşənləri nəzərdə tuturam. Onlardan çox şey
tələb edirdilər, hər hansı bir gün stul üzərində oturtmaqla və ya hər hansı bir şəkil
qarşısında dayandırmaqla, onlarla iki saat ərzində bir qrup alimin iştirakı ilə bütün
bəşəri anlayışların canlı ehtiyatı kimi davranmışlar. Onlar həqiqətən o gün iki saat
ərzində o qədər çox əziyyət çəkmişdilər ki, bir ay sonra yenidən həmin imtahana
dözmək iqtidarında deyildilər. Mənimsənilən biliklər kifayət qədər çoxsaylı və həddən
artıq ağır olduğundan, daim hafizələrindən silinir, yenilərini isə onlar daha
qavramırdılar. Zehni gücləri tərəddüd edir, münbit şirələri tükənmək üzrə idi;
qarşımızda artıq “hazır” və çox vaxt da tamamilə tükənmiş insan dayanırdı. Sanki
mexanizm kimi qurulan, ailə həyatı quran və eyni dairədə dövr vurmağa alışan bu
insan, özünün dar, xidməti hüdudlarına qapılır, nəzakətlə öz işlərini yerinə yetir, lakin
bundan o yana gedə bilmir...
Məşhur psixoloq bunun ardınca bizim sistemlə, anqlosaks sistemi arasında
mövcud olan fərqləri bizə göstərir. Anqlosaks sistemində bizdə olduğu qədər çoxsaylı
xüsusi məktəblər yoxdur; onlarda kitabları deyil, fənnin özünü başa salırlar. Onlarda
mühəndisliyi məktəbdə deyil, birbaşa emalatxananın özündə öyrənirlər və bu onların
hər birinə, əqli qabiliyyətlərinə cavab verən bilikləri mənimsəməyə imkan verir, yəni,
kimsə bundan o yana gedə bilmirsə, sadə fəhlə kimi qalır və ya usta kimi yetişir və
yaxud da qabiliyyəti imkan verirsə, mühəndisliyə kimi yüksəlir. Bu, şübhəsiz, 18 və ya
20 yaşlı insanların öz karyeralarını cəmi bir neçə saat davam edən təcrübədən asılı
qoyan metoddan, daha çox demokratik və cəmiyyət üçün ən faydalı metoddur.
“Hospitalda, mədəndə, fabrikdə, memarın, vəkilin yanında gənc yaşlarından
şagird kimi qəbul edilən şəxs, bizdə kontor xidmətçisi və ya emalatxanada rəssam
kimi bənzər təhsil kursu və ya təcrübə keçir. Oxumağa daxil olanadək, artıq hər hansı
bir qısa, ümumi kurs keçir ki, bu da yeni biliklərin yığılması üçün bir növ təməl kimi
xidmət göstərir. Bundan əlavə çox vaxt asudə vaxtlarda əlinin altında olan hansısa
texniki kurslara da getməklə, öz gündəlik təcrübə xarakterli müşahidələrindən çıxış
edərək, burada mənimsədiklərini qaydaya salır. Belə bir rejimdə şagirdin praktiki
bacarıqları genişlənir və inkişaf edir, özü də təbii istedadına cavab verən dərəcəyədək
və onun gələcək fəaliyyəti üçün özünü həsr etmək istədiyi xüsusi işdən ötrü lazım
olan istiqamətdə. Beləliklə, İngiltərədə və Birləşmiş Ştatlarda gənc öz istedad və
bacarıqlarından çox tezliklə faydalana, bəhrələnə bilir. Əgər, zəkasında çatışmazlıq
yoxdursa, 25 yaşında o, təkcə faydalı icraçı yox, hətta sahibkar, təkcə maşın deyil,
həm də mühərrik ola bilər. Fransada isə, hansı ki, tamamilə əks sistem üstünlük təşkil
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə